Demokratların yarıdan çoxu Co Baydenin prezidentliyə namizədliyini dəstəkləmir

Demokratların yarıdan çoxu Co Baydenin prezidentliyə namizədliyini dəstəkləmirDemokratik Partiyanın tərəfdarları 2024-cü ildə ABŞ-da keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin namizəd kimi irəli sürülməsini dəstəkləmir.

Moderator.az Azərtac-a istinadla xəbər verir ki, ABC telekanalının və "The Washington Post" qəzetinin birgə keçirdiyi sorğunun nəticələrinə görə, bu ideya demokratların 56 faizi tərəfindən müsbət qarşılanmır.

Eyni zamanda "Co Baydenin 2024-cü ildə ikinci müddətə prezidentliyə namizəd irəli sürməsini istəyirsinizmi" sualına respondentlərin 35 faizi "hə" cavabını verib, rəyi soruşulan şəxslərin 9 faizi isə bu barədə fikirlərini dəqiqləşdirmədiyini deyib.

Sorğuda iştirak edən respublikaçıların isə 47 faizi ABŞ-ın sabiq prezidenti Donald Trampın namizədliyinin lehinə, 46 faizi əleyhinə rəy bildirib, 7 faizi isə cavab verməkdə çətinlik çəkib.

Birləşmiş Ştatlar Prezidenti Co Bayden sentyabrın 19-da CBS telekanalına müsahibəsində 2024-cü ildə dövlət başçısı postuna keçiriləcək seçkilərdə iştirak etmək istədiyini, lakin bu məsələ ilə bağlı yekun qərar verməyin hələ tez olduğunu bildirib.

Sentyabrın 18-dən 21-dək keçirilən sorğuda minə yaxın amerikalı iştirak edib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1156   Tarix: 26 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq

İran parlamentinin oktyabrın 18-də keçiriləcək virtual iclasında müdafiə naziri postuna namizəd Mehrdad Əxlaqi Kitabçiyə etimad məsələsinə baxılacaq. "Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat katibi Abbas Gudarzi bildirib. Onun sözlərinə görə, parlamenti

17 oktyabr
.

ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb

"Anthropic" şirkəti yaydan bəri ABŞ Konqresində süni intellekt sistemlərinin tənzimlənməsi üçün qanun layihəsi irəli sürüb. "Report"un məlumatına görə, bu barədə "Politico" mənbələrə istinadən xəbər verib. Qanun layihəsi hökumətə süni intellekt modellərinin buraxılışın

17 oktyabr
.

ABŞ-ın Yaxın Şərqdəki yüksək rütbəli komandiri, İranın səlahiyyətlilərinin pul çatışmazlığı səbəbindən İİKK-yə pul göndərdiyini söyləyir

ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper, "bölgədəki İranla əlaqəli milis qruplarının İslam İnqilabı Keşikçiləri Korpusuna pul köçürmək üçün əsgərlərindən ödənişləri dayandırdığı" barədə məlumatlara istinad edir. The Times of İsrael-ə istinadən xəbər verir ki, Kuper ABŞ ordusunu

17 oktyabr
.

Batareyaların ömrünü uzadan ucuz üsul tapıldı: Cəmi 25 faiz dəmir kifayət edir

Hindistan alimləri sink-ion batareyalarının daha səmərəli və uzunömürlü olması üçün ucuz üsul hazırlayıblar. Tədqiqat göstərib ki, batareyanın katod materialında vanadium atomlarının 25 faizinin dəmirlə əvəzlənməsi enerji tutumunu, sürətli enerji ötürmə qabiliyyətini və dövrlər üzrə dayanıqlığını artırır

16 oktyabr
.

İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib. "Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasını

18 oktyabr
.

Ərdoğan: "Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq"

"Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan "Osman Gazi"ni iş yerinə - Qara dənizə yola salırıq". -ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Osman Gazi" üzən istehsa

17 oktyabr
.

İranın hərbi dəstəyinin Husilərin ərazi qazanclarına və Səudiyyə Ərəbistanına hücumlara təkan verdiyi deyilir

"The Wall Street Journal" qəzeti Səudiyyə Ərəbistanı və Yəmən kəşfiyyatına bələd mənbələrə istinadən xəbər verir ki, İran Yəməndəki Husi üsyançılarına hərbi yardımını artıraraq, qruplaşmanın Səudiyyə Ərəbistanına və onun Yəmən müttəfiqlərinə qarşı getdikcə daha mürəkkəb hücumlar həyata keçirməsin

17 oktyabr
.

ABŞ Konqresində Rusiya dizel yanacağının idxalına qarşı qanun layihəsi təqdim edilib

ABŞ Nümayəndələr Palatasının Demokrat üzvü Qreqori Miks Donald Tramp administrasiyası tərəfindən Rusiya dizel yanacağının alınması və idxalı ilə bağlı mümkün razılaşmanın qarşısını almağı hədəfləyən ikipartiyalı qanun layihəsi təqdim edib. xəbər verir ki, sənəd "Korrupsiyalaşmış Rusiya Neft Sövdələşmələrini

17 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr