Anası paxıllığını çəkdi, qonşular adına damğa vurdular- Mavi gözlü "erkək Fatma"

Anası paxıllığını çəkdi, qonşular adına damğa vurdular- Mavi gözlü "erkək Fatma"Bu gözəllikdə qadna niyə "erkək Fatma" deyəydilər ki? Amma ona deyirdilər. Məğrur baxışlarına, düzlüyünə, qorxusuzluğuna görə. Ötən əsrin 60-cı illərində gözəlliyi və canlandırdığı gözəl obrazlarla Türkiyə filmlərinə damğa vuran Fatma Girik barədə danışacağıq.

Lent.az-ın "Bir ulduz axdı" layihəsi davam edir.

1942-ci ildə İstanbulda dalğıc ailəsində anadan olmuşdu. Dolanışıqları yaxşı deyildi. Ailədə 3 uşaq idilər. 12 yaşına çatınanda anası Münəvvər Girik qızını inandırmışdı ki, "sən artist olub, hamımızın həyatını qurtarmalısan". O, kasıblığa görə məktəbi buraxmalı olur, elə bu addım taleyində mühüm rol oynayır.
Fatma atası Hayrı bəyin qarşısına keçib, "Baba mən artist olacam" deyir. Atası öz əsəbi xasiyyətinə uyğun cavab verir. "Nə zibil olursan ol, işini doğru-dürüst yerinə yetir". Fatma anası ilə birlikdə film setlərini gəzməyə başlayır.

Münəvvər xanım o zamanlar 35 yaşında gözəl bir qadın idi (Fatma eynilə anasına bənzəyirdi) və ümid edirdi ki, qızı ilə bərabər onu da rola çəkərlər. Qonşular söz-sözhbət edir, ana və qızi ikisi də "şıllıq" (fahişə) olmaq üçün əlləşirlər" deyirdilər. 12 yaşında Fatma ilk dəfə rola çəkiləndə, ilk həsədi, qısqanclığı da elə anasından görür. Amma ana böyük pullar müqabilində susur. 16 yaşlı gənc ulduz Fatmaya öz kinorejissoru Məmduh Ün elçi gələnə kimi. Anası qısqanclıq edib, qızının aktyorluğu buraxmasını tələb edir. Məmduh bəy Fatmaya görə arvadı, aktrisa Muhterem Nurdan ayrılmağa söz verir, ailə rəsmən boşanmasa da, rejissor, ömrünü ona həsr edir.

Tərəflər aralarındakı böyük yaş fərqinə baxmayaraq, atəşli sevgiylə bir-birlərinə bağlanırlar, 50 il ömür yolunu birlikdə addımlayırlar. 50 il birlikdə yaşasalar da, sadəcə sevgili kimi qalırlar, evlənmirlər. Məmduh bəy Fatmanı tez- tez təhdid edirmiş: "Məni atıb getsən, özümü öldürərəm". Fatma Girik ömür yoldaşı öldükdən sonra hər zaman onu sevgiylə anır, ömür boyu ondan özünə qarşı zərrə qədər kobudluq görmədiyini deyirdi.

Fatma o qədər gözəl idi ki, sevgilisi olduğunu bilənlər belə ona elçi düşürdülər, o müxtəlif məşhurlardan, milyonçulardan evlilik təklifləri almışdı. Amma ömrünü Məmduha həsr edir. Övladları olmur. Ahu adlı bir qıza qoruyucu analıq edir, övlad həsrətini onunla soyudur.

Məşhur aktrisa 1968-ci ildə bir müddət müğənnilik də edib.

İlk rolu namusu ləkələnmiş qız obrazıydı və buna bənzər rollar Fatmanın boynuna biçilmişdi. Sonralar müsahibələrində dediyi kimi, heç bir məşhur onun irəli getməsində maraqlı olmayıb, hətta qarşısını almağa çalışıblar. Fatma Girik bir müddət (1988-ci ildə) İstranbulun Şişli rayonunda bələdiyyə sədri kimi də fəaliyyət göstərib. Hər kəs ona inanır, "Fato dedisə olur" deyirdilər.

Fatma Girik uzun və gözəl ömür yaşayıb. Ömrünün sonuna qədər ən gözəl təbii qadın statusunu saxlayıb, heç bir zaman plastik əməliyyat etdirməyib.

Ən yaxın dostu Cüneyt Arkın idi. Birlikdə çoxlu filmlərdə oynamışdılar. Hətta Fatma vəfat edəndə qoca dostu Cüneyt, "Fatmacan, tezliklə mən də arxanca gələcəm", - demişdi. O 80 yaşında beynində yaranmış xəstəlik səbəbiylə həyatla vidalaşıb. Cismi dünyadan köçsə də, mavi gözlü əsmər qız kimi ürəklərə köçüb. Yaddaşlarda "Qanlı Nigar", "Ezo gəlin", "Koroğlunun Nigarı", "erkək Fatma", "Badam şəkəri", "Qara çarşaflı" kimi yüzlərlə gözəl obrazlarla qalıb.

Fatma Girik sağlığında 190 filmə, onlarla seriala çəkilib, saysız-hesabsız nüfuzlu mükafatlar alıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1798   Tarix: 28 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransada 500 etiraz aksiyası gözlənilir

Fransa hüquq-mühafizə orqanları məktəb etirazları və yaşayış xərclərinin yüksək olması, yanacaq qiymətlərinin artması və ictimai xidmətlərin pisləşməsi ilə bağlı artan ictimai narazılıq fonunda çətin bir şənbə gününə hazırlaşır. xəbər verir ki, "Le Figaro" qəzetinin məlumatına görə, ölkəd

17 oktyabr
.

Tramp Ukraynada "Starlink"in işini kimin məhdudlaşdırdığını açıqladı - Video

ABŞ Prezidenti Donald Tramp nə özünün, nə də "SpaceX" şirkətinin rəhbəri İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi "Starlink" peyk sisteminə çıxışı məhdudlaşdırmadığını bəyan edib. RBC-ya istinadən xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib

18 oktyabr
.

Moskvada bank qarətinin üstü 11 il sonra DNT analizi ilə açıldı

Rusiyanın paytaxtı Moskvada 2015-ci ildə törədilmiş bank qarətinin üstü müasir DNT analizləri sayəsində 11 il sonra açılıb. Şübhəlinin şəxsiyyəti məhkumların planlı genom qeydiyyatı zamanı müəyyən edilib. bu barədə REN TV-yə istinadən xəbər verir. Cinayət 2015-ci ildə Varşava şosesində yerləşən ban

17 oktyabr
.

El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib

Sakit okeanda El-Ninyo iqlim hadisəsi ilə əlaqədar suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. "Report" Reuters agentliyinə istinadən xəbər verir ki, bu il El-Ninyo hadisəsini

18 oktyabr
.

İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı

Amerikalı milyarder İlon Mask övladının anası Eşli Sent-Kler münasibətləri barədə açıq danışdıqdan sonra ona etdiyi aylıq ödənişləri 20 min dollara qədər azaldıb. xəbər verir ki, bu barədə rejissor Aleks Gibninin oktyabrın 16-da kinoteatrlarda nümayiş olunan "Mask" adlı yeni sənədli filmind

17 oktyabr
.

Uşaq yatsın deyə gözünü və ağzını bağladılar, öldü

Avstraliyada beş yaşlı oğlanın ölümü ilə bağlı aparılan araşdırma dəhşətli hadisələrin üstünü açıb. xarici mediaya istinadən xəbər verir ki, valideynlərin uşaqları yatızdırmaq üçün qeyri-adi və qəddar üsuldan istifadə etdiyi müəyyənləşib. Məlum olub ki, onlar beş yaşlı oğlanı və digər uşaqları hər gec

18 oktyabr
.

Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır

Ukrayna artıq ABŞ nümayəndələri ilə yeni görüşün keçirilməsi barədə danışıqlar aparır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. "Bilirəm ki, bizim komandamız onlarla daim əlaqə saxlayır. Düşünürəm ki, yaxın günlərdə bu və ya digər səviyyədə görü

16 oktyabr
.

Fransada 14 yaşlı qız dərs zamanı lisey binasını yandırdı - Video

Fransanın qərbində dərs vaxtı lisey binasında yanğın törədilib. bu barədə "France 3" telekanalına istinadən xəbər verir. Bildirilir ki, yeniyetmə ikinci mərtəbədəki sinif otaqları arasındakı dəhlizə yanar maye tökərək od vurub. Məktəb administrasiyası bildirib ki, iki müəllim yanğındöndürə

18 oktyabr
.

Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır

İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır. "Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqç İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 52-ci iclasında çıxışı zamanı bildirib

18 oktyabr