Prezident İlham Əliyev millimizin qələbəsindən danışdı - Xüsusi təşəkkür

Prezident İlham Əliyev millimizin qələbəsindən danışdı - Xüsusi təşəkkürAzərbaycan prezidenti İlham Əliyev milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki uğurlu çıxışına münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra mətbuat üçün verdiyi bəyanatda ölkə başçısı bunları deyib:

"Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır".

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç isə azərbaycanlı həmkarının xoş sözlərinə belə cavab verib:

"Əvvəla, futbol üzrə yığma komandanızın əldə etdiyi nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə milli qürur hissi və ölkənizdə birlik üçün çox vacibdir. Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir. Eyni zamanda, ötən gecə Bakıda və Azərbaycanın digər bölgələrində çalışan Xorvatiya icmasının nümayəndələri ilə də görüşmək fürsətim oldu. Onların iki ölkə arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərinin genişlənməsinə və dərinləşməsinə böyük ruh yüksəkliyi ilə yanaşmasını müşahidə etmək də mənim üçün çox sevindiricidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1076   Tarix: 25 oktyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel
.

Hacı Əliyevin son durumu AÇIQLANDI

"Özümü yaxşı hiss edirəm". Bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib. H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:. "Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir

25 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

Azərbaycan cüdo üzrə Avropa çempionatında tarixi qələbəyə imza atıb

Azərbaycanın cüdo üzrə milli yığması aprelin 25-dən 27-dək Zaqrebdə keçirilən Avropa çempionatında iki qızıl və bir gümüş medal qazanaraq bu günə qədər ən yaxşı nəticəni əldə edib (1993-cü ildən bəri). -ın məlumatına görə, Elcan Hacıyev 90 kq çəki dərəcəsində Azərbaycanın ilk Avropa çempionu kimi tarix

28 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

Azərbaycanlı qızla evlənən İlhan Mansız ilk dəfə övladını göstərdi - FOTO

Türkiyə millisinin keçmiş futbolçusu İlhan Mansız şəxsi həyatı ilə diqqət çəkib. xəbər verir ki, ötən il Lela Leyla adlı azərbaycanlı xanımla ailə quran Mansız yeni doğuln övladının fotolarını paylaşıb. Görüntülər keçmiş futbolçunun ailə fotosessiyasındandır. O övladına Imre Leon adını verib

27 aprel