Hər evin laylası Şövkət – Yaralı ömrün nəğmələri

Hər evin laylası Şövkət – Yaralı ömrün nəğmələriO həzin səsi ilə milyonların ürəyini fəth etmişdi. SSRİ-nin bütün respublikalarında, Fransa, İsveçrə, Şri Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşada yüzminlərlə insan bu ecazkar səsi ayaq üstə alqışlayırdı. Söhbət bu gün anadan olmasının 100 illiyi tamam olan Şövkət Ələkbərovadan gedir.

Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdu. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyovun, Bülbülün diqqətini cəlb etmişdi. Onun ifasında Azərbaycan mahnıları və muğamları xüsusi zərafətlə səslənirdi, türk, fars və ərəb dillərində də mahnıları da eyni peşəkarlıqla oxuyurdu. Bir dəfə ərəb ölkələrindən birində səhnəyə çıxır. Çox kilolu olduğuna görə tamaşaçılar səhnəyə çıxışı zamanı elə də alqışlamırlar, görünür yaxşı ifaya ümidləri yox imiş. Lakin Şövkət xanımın mikrofonsuz ifası, gözəl səsi ərəbləri çaşdırır, onlar dəqiqələrlə ifaçını ayaq üstə alqışlayıb, səhnəni gül yağışına tuturlar. O həm gözəl xanım, həm gözəl sənətkar, həm də gözəl pedaqoq, ən önəmlisi gözəl anaydı. Lakin xoşbəxt qadın idimi? Yəqin ki yox.
İki dəfə ailə qurmuş, hər ikisi hüsranla bitmişdi. Birinci həyat yoldaşı erkən vəfat etmişdi. Ondan qalan yadigarı Natella da həyata erkən vida etmiş, (ərə getdikdən az sonra xərçəng xəstəliyindən ölmüşdü), bu ölüm Şövkət xanımı çox sarsıtmışdı. Lakin bu barədə bir qədər sonra.

Birinci dəfə ailə həyatı alınmayan müğənni ikinci dəfə məşhur kinorejissor Lətif Səfərovİa ailə qurur. Bir oğlu dünyaya gəlir.

Bəşir dünyaya gələndən bir neçə il sonra Şövkət xanımın əri Lətif Səfərov intihar edərək həyatına son verdi. Özünü tüfənglə atəş açaraq öldürmüşdü. Buna səbəb kinorejissora edilən təzyiqlər nəticəsində psixologiyasının pozulamsıydı.

İki övladı olsa da, əslində 5 uşağa analıq eləmişdi. II Dünya müharibəsində itkin düşmüş qardaşı Mir Ələkbərin xanımı da vəfat edincə onların tək balası Validəni öz balası kimi böyütmüş, Validə yalnız 13 yaşında əsl anasının Şövkət xanım olmadığını öyrənmiş, ona daha çox bağlanmışdı.Validədən başqa Şövkət xanım digər qardaşı Mir Şəfehin Sevda və Eldar adlı uşaqlarını da öz himayəsində böyüdüb

Az öncə qeyd etdim ki, Şövkət xanım qızı Natellanın ölümündən sonra çox sarsılıb. O qızından sonra az yaşayıb, bir daha mahnı oxumayıb. Yalnız onun balalarına layla çalarmış. Tezliklə öləcəyini deyərmiş. Ömrünün son aylarında ailəsindən başqa heç kimin gözünə görünmək istəməyib. Kimsənin onu susqun, sınmış görməsini arzulamayıb. Gəlini Gülnarə xanım müsahibələrindən birində bildirmişdi ki, o övladlarının narahat olduğunu görüb deyərmiş. "Mən xoşbəxt sənətkar idim. Səsim bütün xalqın laylasına çevrilib, məni xalq sevib, niyə üzülürsünüz ki?". Bununla belə ailə üzvlərinin incəsənətdə olmasını istəmirmiş. Lətifin yaralı taleyi, özünün çətinliklərlə keçən ömrü və... Və deyərmiş ki, insanları qane etmək, razı salmaq çətindir, şöhrətin üzü dönük, özü nankordur.

Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn edilib. Ölümündən 30 ilə yaxın müddət keçir, lakin onun ifaları hələ də sevilərək dinlənir. Gənc musiqiçilər Şövkət xanımın repertuarına üz tutur, onun ifası ilə remikslər, duetlər hazırlayırlar. İnsanın ömrü onun sevən son insanın xatirələri unudulanda bitir. Bu mənada Şövkət xanım əbədiyaşardır./Lent.az


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 1707   Tarix: 20 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə evləndiyi barədə yayılmış məlumatlara münasibət bildirib. "Qafqazinfo" xəbər verir ki, deputat "Novoye Vremya" qəzetinə açıqlamasında sözügedən informasiyanı təkzib edib. Sənətçi hazırda Türkiyədə tətildə olduğunu qeyd edib

26 avqust
.

Fəxrəddin Manafov: 48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb. Axşam.az xəbər verir ki, aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb. F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:. "4

4 avqust
.

Şarovski II Fəxri xiyabanda dəfn olunacaq

Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib

9 sentyabr
.

Zeynəb Xanlarovanın 90 illik yubileyi harda keçiriləcək?

Dekabr ayında SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın 90 yaşı tamam olacaq. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, sənətkarın 90 illik yubileyi münasibətilə böyük tədbir keçiriləcək. İlkin məlumata görə, yubiley mərasiminin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır. Mərasimd

11 avqust
.

Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)

Sosial şəbəkələrdə yayılan görüntülər izləyicilərin diqqətini çəkərək geniş müzakirələrə yol açıb. xəbər verir ki, sosial media istifadəçisi Qurban Oruc mərhum sənətkar Elçin Cəlilovun baxımsız vəziyyətdə olan məzarını ziyarət edərək həmin anları lentə alıb. Daha sonra o və yaxınları məzarın ətrafınd

29 iyul
.

"Evdə tək"in aktyoru vəfat etdi

Britaniyalı məşhur aktyor Tim Karri 80 yaşında vəfat edib. "Qafqazinfo" "TMZ" nəşrinə istinadən xəbər verir ki, o, avqustun 25-i dünyasını dəyişib. Məlumata görə, aktyorun ölüm səbəbi barədə dəqiq məlumat verilmir, lakin hüquq-mühafizə orqanları zorakılıq əlamətlərinin aşkar edilmədiyin

27 avqust
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

8 iyul
.

Səhnəmizin Florasının 85-ci baharından - Görüntülər

Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:

24 iyul
.

"Serial bəzi gənclər üçün pis örnəkdi"

Xalq artisti Mehriban Zəki gənc aktyorların üstün və çatışmayan cəhətlərindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "MAG" layihəsində qonaq olarkən danışıb. O, bugünkü gənclərin öyrənməyə həvəsli və çalışqan olduğunu bildirib:. "Bugünkü gənclərin üstün cəhətləri var. Onlar

14 avqust