Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür

Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülür1979-cu ildə Çin qanun qəbul etdi ki, bir ailə ancaq bir uşaq dünyaya gətirə bilər. 2015-ci ildə bu demoqrafik tədbir ləğv edildi, amma bunun insanlar üçün mənfi nəticələri oldu. "Bir ailə, bir uşaq" qanunu çinlilərin valideynlik öhdəliyində dərin iz qoyub. Əlbəttə ki, bundan ilk növbədə valideynlər və uşaqlar təsirləndi.
Sonxeber.az Publika.az-a istinadla oxucularını Çinlilərin bizə olduqca qəddar, ən azı qəribə görünə bilən tərbiyə üsulları ilə tanış edir.
Uşağı elə tərbiyə etmək lazımdır ki, dahi olsun
Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülürÇinli analar hesab edirlər ki, uşaq istənilən halda dahi olmalıdır. Odur ki, təlim-tərbiyəyə beşikdən başlayırlar. Uşaqlar günün çox hissəsini oxumaqla keçirirlər: Riyaziyyat, Çin dili, musiqi təhsili və.s Əgər uşaq məktəbdə pis qiymət alırsa, çinli ana bunun öz boynuna yazacaq, deməli, o, valideyn öhdəliklərini yerinə yetirə bilmir.
Valideynlər uşaqları oxumağa həvəsləndirmək üçün açıq şəkildə manipulyasiya edirlər: onları "qonşunun, ya rəfiqələrinin uşağı" ilə müqayisə edirlər, aylarla ev dustağı edə, hədiyyələrdən məhrum edə, bu da azmış kimi, günlər və həftələrlə uşaqlarıyla danışmaya bilərlər.
Məktəb heç də valideynlərdən geri qalmır. Burada uşaqlar arasında yarışlar təşkil etməyi sevirlər. Məsələn, iki uşağa eyni tapşırığı verirlər ki, görək kim daha yaxşı və tez həll edəcək. Fərq minimal olsa belə, uduzan bütün sinfin qarşısında alçaldılacaq. Yeri gəlmişkən, Çin məktəblərində fiziki cəzaya qanunla olaraq icazə verilir.
Təhqir normadır!
Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülürÇində uşaqlar böyüklərə böyük hörmət bəsləyirlər - bu, müqəddəs qaydadır. Amma belə görünür ki, böyüklər uşaqların hisslərini qətiyyən nəzərə almırlar. Uşağa zibili atmadığına görə "zibil" və ya testdə mənfi nəticə göstərdiyinə görə "axmaq" demək tərbiyədən kənar deyil. Çinli valideynlər uşaqların çatışmazlıqlarını qeyd etməkdə qəbahət görmürlər. Məsələn, artıq çəkilidirsə, bunu onun üzünə kobud şəkildə deyə bilərlər.
Fransızlar isə buna imkan vermirlər. Onlar başqalarına qarşı hörmətsizliyə dözmür və uşaq dünyaya gələn andan ona şəxsiyyət kimi yanaşırlar. Uşaqlar nəzakətli və itaətkardırlar. Fransız tərbiyəsinin 6 əsas prinsipi ilə sizi növbəti yazımızda tanış edəcəyik, odur ki, qayıdaq çinlilərə.
Qızlara heç nə olmaz!
Cəza, təhqir və sonsuz sevgi: Çində uşaqlar necə böyüdülürBir gecə rəfiqəsigildə qalmaq? Oğlanla görüşmək? Bunlar zərərsiz görünsə də, Çində qızlara qadağan edilib. Valideyn mühafizəkarlığına dair belə nümunələrdən çox saymaq olar. Ancaq oğlanlar demək olar ki, hər şeyi edə bilərlər. Bu, tək uşaq qanununun və kişilərin qadınlardan üstün olduğu Konfutsi ənənələrinin davamının nəticəsidir. Yeri gəlmişkən, Çində çox uşaq dünyaya gətirmək qadağan ediləndə hamı oğlan uşağı dünyaya gətirməyə can atırdı. Yeganə oğlan uşağı ailə üçün böyük dəyərə çevrildi, sözün əsl mənasında üstünə toz qonmağa qoymurdular. Nəticədə Çin "subaylar ölkəsi"nə çevrilib: kişilərin sayı qadınlardan 30 milyon çoxdur.
Hətta çinli qızların əcnəbilərlə görüşməsini qadağan edən təşkilatlar var. Onları sosial şəbəkələrdə alçaldır və hədələyirlər, hətta qeyri-çinli bəyi döyə bilərlər.
Valideynlik baha başa gələn məsuliyyətli yükdür
Çində uşaq sahibi olmaq baha başa gəlir. Hər şey hamiləlik və doğuşla başlayır. Özəl və dövlət klinikaları olsa da, ikincidə çinli qadınlar tibbi xidmətin aşağı səviyyəsindən şikayətlənirlər. Doğuş həm də inanılmaz bir büdcə deməkdir. Kiçik bir şəhərdə doğuş və qulluq təxminən 5000-6000 dollara başa gəlir, meqapolislərdə bu məbləğ 2-3 dəfə artır. Çinli qadınlar dekretdə çıxmır və 3 aydan sonra işə gedirlər. Nənə-baba yoxdursa, uşaq bağçaya göndərilir. Uşaq bağçasının aylığı isə 150 dollardır.
Məktəb pulsuz ola bilər, ancaq təhsilin yalnız ilk iki mərhələsi. Əgər uşaq ali məktəbə daxil olmaq istəyirsə, orta məktəbi bitirməlidir. Bir il təhsil təxminən 1500 dollara başa gəlir.
Bütün bunlara baxmayaraq, çinlilər uşaqlarını çox sevir və onları xoşbəxt etmək üçün hər şeyi verməyə hazırdırlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1664   Tarix: 31 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Telefonda iki Wi-Fi işarəsi nə deməkdir?

Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"

11 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad

17 oktyabr