"Nüvə çamadanı" ilə bağlı ŞOK FAKTLAR: Çantadakı "qara kitab"
Nüvə silahlarına sahib ölkələrin dövlət başçıları bir sıra önəmli görüşlərə gedərkən köməkçilərində xüsusi bir çanta olur. Həmin əliçamadanlı şəxs bütün səfərlərdə prezidenti müşayiət edir. Onun əlindəki çanta isə "nüvə çamadanı", yaxud "nüvə çantası" adlanır. Bəzi miflərə görə bu çantanın içində fors major hallar üçün nüvə başlığına start verəcək düymə var. Amma bu, belə deyil.
Sonxeber.az Publika.az-a istinadla "nüvə çantaları" ilə bağlı məlumatları təqdim edir.
"Nüvə çamadanları"nın gücü haqqında deyilən miflər heç də həqiqəti əks etdirmir. Bu çantalar əslində rabitə rolunu oynayır. Ancaq digər rabitə vasitələrindən fərqli olaraq əlaqə şifrələr vasitəsilə yaradılır. Məhz buna görə də nüvə çantalarına "atom telefonu" da deyilir. İlk Amerika nüvə çantaları yerli futbolda istifadə olunan beysbol topuna bənzədiyinə görə, bu çantanı nüvə futbol topu da adlandırırlar.
İlk dəfə nüvə çantasının yaradılması ideyası 1950-ci ilin ortalarından sonra Amerika Birləşmiş Ştatlarında, Eyzenhauerin prezidentliyi dövründə əmələ ortaya atılıb. Daha sonra tam təkmilləşmiş çanta ilk dəfə prezident Kennedinin ixtiyarına verilib.
Nüvə çantalarının funksiyaları təxminən eyni olsa da, fərqli xüsusiyyətləri də var. ABŞ-la Rusiyanın çantalarında müəyyən fərqlər var. Məsələn amerikalıların nüvə çantasında xüsusi kodla yalnız "hücum" əmrini göndərmək mümkündür, ancaq rusların çantasında isə "Perimetr"adlı funksiya var. Bunun mahiyyəti odur ki, qarşı tərəfdən nüvə silahı istifadə olunanda o, cavab olaraq avtomatik işə düşür.
Nüvə çantasından istifadə təlimatına görə, nüvə silahından istifadə etmək yalnız bir nəfərin iradəsindən asılı deyil. Üş şəxsdən biri nüvə silahından istifadə etmək üçün xüsusi kodu Strateji Təyinatlı Raket Qoşunları qərargahına göndərəcəyi halda, qərargah bu əmri icra etmək hüququnda olmayıb. Yalnız ən azı üç nəfərdən ikisinin təsdiqindən sonra qərargah nüvə silahından istifadə etmək ixtiyarında olub.
Onu da qeyd etmək lazımdır ki, Prezidentlər dəyişilərkən nüvə çantaları inaqurasiya zamanı yeni seçilmiş prezidentə təqdim olunur.
Ağ Evin Hərbi İdarəsinin keçmiş direktorlarından birinin sözlərinə görə, çantada olan "Qara kitab", mümkün cavab hərəkətlərinin ssenarilərini, prezidentin əsas, ehtiyat və əlavə təxliyə yerlərini, təcili xəbərdaretmə sistemi barədə təlimatı və tanınma kodları olan kartı özündə əks etdirir.
Amerika Birləşmiş Ştatlarında nüvə çantası bank kartlarına bənzər xüsusi kodlu kartlarla açılır. Prezident Ceyms Karterin kostymu kimyəvi təmizlənmə məntəqəsinə gedəndə çantanın kartı yaddan çıxaraq pencəyinin cibində qalıb.
Amerikanın digər prezidenti Ronald Reyqan isə həmin kartı adi bank kartı kimi, pulqabında saxlayıb.
2001-ci ilin sentyabrın 11-də Amerikada baş verən məlum hadisələr zamanı prezident Corc Buş ilk dəfə nüvə çantasını açaraq onun istifadə təlimatı ilə tanış olub.
SSRİ-də isə nüvə çantasının hazırlanması Brejnevin dövründə başlanıb. Ancaq SSRİ rəhbərləri arasında ilk dəfə Konstantin Çernenkonun ətrafında qara çamadanlı bir adam peyda olub.
Kreml üzərində SSRİ-nin bayrağı məhz 25 dekabr 1991-ci ildə Mixail Qorbaçov nüvə çantasını Boris Yeltsinə təqdim etdikdən sonra Rusiya bayrağı ilə əvəzlənib.
Yeltsinə 51 nömrəli nüvə çantasının verilməsi yeni prezidentin qəzəbinə səbəb olub. O, prezidentdə 1 nömrəli çantanın olmasını tələb edib və bir neçə saat ərzində nüvə çantası dəyişdirilib.
SSRİ-də nüvə çantasını gəzdirən şəxslərin ən aşağı rütbəsi podpolkovnik olub. Onlara silah gəzdirmək hüququ verilib. Həmçinin həmin adamlar xüsusi rabitə vasitəsilə təmin ediliblər. Çamadanı daşıyan şəxslər hərbi-dəniz donanması zabitlərinin geyindiyi formada gəziblər. Niyə məhz bu formada olmaları ilə bağlı iki versiya mövcuddur. Raisa Qorbaçova hərbi-dəniz donanması formasını hədsiz sevdiyinə görə, həyat yoldaşına nüvə çantalarını gəzdirən adyutantların da bu cür forma geyinməsini xahiş edib. İkinci versiyaya görə isə, prezident nüvə çantasını gəzdirəni onu müşayiət edən digər hərbçilərdən fərqləndirmək üçün belə edilib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Pensiya artımı ilə bağlı TARİX AÇIQLANDI
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!