Dünyanın ən zəngin ailələrinin adları açıqlandı - SİYAHI
Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi "Walmart"ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, "Bloomberg"in dünyanın ən zəngin ailələri siyahısına başçılıq edir.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, nəşr ailənin sərvətini 224,5 milyard dollar qiymətləndirib ki. Bu da il ərzində 13,7 milyard dollar azalması deməkdir.
"Walmart" 1962-ci ildə iş adamı Sem Uolton tərəfindən təsis edilib. İndi bütün dünyada mağazaların sayı 10,5 mini ötür, baş ofisi ABŞ-ın Arkanzas ştatının Bentonvil şəhərində yerləşir, şirkətin gəliri 573 milyard dollardır. Şəbəkənin səhmlərinin 47%-i Uolton ailəsinə məxsusdur.
Ən zəngin 10 ailəyə həmçinin aşağıdakılar daxildir:
Mars ailəsi, qənnadı məmulatları və uzun saxlanılma müddətli qida istehsalçısının sahibləri — 160 milyard dollar (cari il üçün +18 milyard dollar);
ABŞ-ın "Koch Industrues" neft-kimya korporasiyasının sahibləri olan Kox ailəsi — 124,4 milyard dollar (+4,4 milyard dollar);
Səudiyyə kral ailəsi Əl Səud - 105 milyard dollar (+5 milyard dollar);
Fransanın "Hermes" moda evinin sahibləri olan Erme ailəsi — 94,6 milyard dollar (-17 milyard dollar);
Hindistanın "Reliance Industries" neft hasilatı və emalı holdinqinin sahibləri olan Ambani ailəsi — 84,6 milyard dollar (-9,1 milyard dollar);
"Chanel" fransız moda evinin sahibi olan Verhaymer ailəsi — 79 milyard dollar (+17,2 milyard dollar);
"Cargill" kənd təsərrüfatı şirkətinin sahibləri olan Kargill ailəsi - 65,2 milyard dollar;
"Reuters" xəbər agentliyinin nəzarət paketinin sahibləri olan Tompson ailəsi - 61,2 milyard dollar;
İsveçrə əczaçılıq şirkəti "Roche Holding"in minoritar sahibləri olan Hoffmann ailəsi — 45,1 milyard dollar.
Ümumilikdə reytinqə 25 ailə daxil edilib. Onların arasında Almaniyanın "Aldi" endirimli mağazalar şəbəkəsinin sahibi olan Albrext ailəsi (41,4 milyard dollar), "Cox Enterprises" telekommunikasiya şirkətinin sahibləri olan Koks ailəsi (28,3 milyard dollar), Hindistanın "Hapoorji Pallonji Group" tikinti şirkətinin əsas sahibləri olan Mistri ailəsi və s. var.
"Bloomberg"in məlumatına görə, dünyanın ən zəngin 25 ailəsinin ümumi sərvəti 1,5 trilyon dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 143 milyard dollar azdır. Bununla yanaşı, nəşr qeyd edib ki, bəzi superzəngin ailələrin, məsələn, Rokfellerlərin var-dövləti nəzərə alınmır, çünki onların aktivlərini "izləmək çox çətindir".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1870 Tarix: 31 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Süni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrYatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları
Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl
10 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrTurşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara
11 oktyabr