İslam dünyasını qarışdıracaq film ekranlara çıxır - VİDEO
Tarik Salehin "Qahirədə sui-qəsd planı" trilleri İstanbulda çəkilib, Misirdə isə qadağan olunub
Misir əsilli rejissor Tarik Salehin "Qahirədə sui-qəsd planı" trillerinin müsəlman dünyasında "bomba effekti" yaradacağı gözlənilir. Film artıq "Kann" film festivalında ən yaxşı ssenariyə görə mükafat alıb. Kinotənqidçilərin fikrincə, triller xarici dildə ən yaxşı film nominasiyasında "Oscar" da ala bilər.
Tarik Salehi 2017-ci ildə "Nil Hilton otelində hadisə" filmdən sonra həbs təhlükəsi ilə üzləşdiyi üçün Misiri tərk edib. Onun ölkəyə gəlişi qadağan olub və hazırda İsveçdə yaşayır. O səbəbdən filmdəki hadisələr Misirdə cərəyan etsə də, İstanbulda lentə alınıb.
Filmin əsas qəhrəmanı Manzalın şimalında yaşayan balıqçının oğlu Adəmdir. Ailəsində yaşlı atasından başqa onun iki kiçik qardaşı da var. Adəmin həyatı, yerli imamın ona ən qədim müsəlman universiteti Əl-Azhara qəbul olunmasını təklif etdikdən sonra 180 dərəcəni dəyişir.
Universitetdə sərt qanunlar mövcuddur və Adəm də bunlara əməl etmək məcburiyyətindədir. Günlərin birində bütün təhsil müəssisəsini sarsıdan hadisə baş verir. Misirin əsas İmamı şagirdlərin qarşısında çıxışı zamanı infarktdan ölür və bu hadisə ciddi sarsıntı yaradır. Bu vəfat İslam dünyası üçün böyük kədər yaratsa da, Misirin siyasi elitasına dövlət təhlükəsizlik orqanları vasitəsilə öz planlarnı gerçəkləşdirmək imkanları açır, dərhal öz oyunlarına başlayırlar. Misir dövlət təhlükəsizlik orqanları böyük imamın səlahiyyət müddəti başa çatmamış vəfatından öz siyasi ambisiyaları üçün istifadəyə çalışırlar. Bu işi dövlət təhlükəsizliyi xidmətinin polkovniki İbrahimə həvalə edirlər. O, hökumətin yeni İmam vasitəsilə "faraonlar kimi" İslam dünyasına nəzarətini təmin etmək üçün görəvrəndirilir.
Texniki cəhətdən Misir hökumətinin böyük İmamın seçilməsinə müdaxilə etmək hüququ yoxdur, ancaq öz agentləri vasitəsilə dini cəmiyyətin seçim qərarına təsir etməyə başlayırlar. Bu səbəbdən əsas namizəd olan dini liderlərin ətrafında oyunlar qurulur. Təvazökar Adəm də İbrahim vasitəsilə xüsusi xidmət orqanlarının casus oyunlarına cəlb edilir. Adəm əsas namizədin ətrafında Misir hakimiyyətinin qurduğu oyunların oyunçusuna çevrilir.
Tarik Saleh filmində İslamı qınamaq və ya qorumaq istəmədiyini iddia edir: "İslam xəbər başlıqlarını zəbt edib, amma insanlar bu din haqqında heç nə bilmirlər, baxmayaraq ki, dünyada bir milyarddan çox müsəlman var. Filmimdə İslamı tənqid etmədiyim olduqca aydın görünür. Bu dininin qaranlıq tərəfini, siyasətə alət olmaq cəhdlərini görməyi tamaşaçının öhdəsinə buraxıram"./Musavat
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1508 Tarix: 06 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı
Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
17 oktyabrYataq dəstlərini yumşaldan sadə üsul
Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək
4 oktyabrKərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabrTelefonda iki Wi-Fi işarəsi nə deməkdir?
Bəzi Android telefonlarının ekranında eyni vaxtda iki Wi-Fi işarəsi görünür: biri böyük, digəri isə kiçik. İstifadəçilərdə sual yaradan bu işarələr əksər hallarda nasazlıqla bağlı deyil. Qoşa işarə "Dual Wi-Fi Acceleration" adlanan funksiyanın aktiv olduğunu göstərir. "Dual-Channel Acceleration"
11 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrAlimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad
17 oktyabr