Bəs sən hansı xarakter tipinə aidsən? - Temperament növləri

Bəs sən hansı xarakter tipinə aidsən? - Temperament növləriTemperament – insanın elə bir anadangəlmə xüsusiyyətləridir ki, onlar intensivliyin, təsirə cavab vermə sürətinin dinamik xarakteristikalarının emosional qıcıqlanma və tarazlıq dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

"Temperament" sözünün latın dilində hərfi tərcüməsi "hisslərin lazımi qarşılıqlı nisbəti" deməkdir. Yunan həkimi Hippоkratin (V-IV əsr) yanaşmasında bildirilir ki, "temperament" dedikdə insanın həm fərdi anatоmik-fiziоlоji, həm də psiхоlоji хüsusiyyətləri nəzərdə tutulur.

Temperament tiplərinə Hippokratın verdiyi sanqvinik, хоlerik, fleqmatik və melanхоlik adları ilə müasir psiхоlоgiya indi də işlənilməkdədir.

BiG.AZ oxuculara bu tiplərin hər biri haqqında qısa məlumat vermək istəyir.

Bəs sən hansı xarakter tipinə aidsən? - Temperament növləriSanqvinik

Mimikaları, hərəkətləri canlı və ifadəli olur. Hər yeni işə dərhal girişir, sürətli nitqə sahib olurlar. Düşdüyü yerə tez uğunlaşır, tez sevinib, tez də kədərlənirlər. Həmişə harasa tələsirlər. Yanlız bu an üçün yaşayırlar. Asanlıqla bir işdən digərinə keçirlər. Tez öyrənir və bacarıqları bərpa edir, çox enerjili və səmərəli olurlar. Sanqvinik insanlar çox vaxt lider olurlar.

Xolerik

Tez özlərindən çıxan, hövsələsiz, inadkar, dözümlü olurlar. Eyni zamanda kəmhövsələdirlər. Maraqları sabit və davamlıdır.
Başladıqları işi axıra qədər yerinə yetirməyə meyilli olurlar. Müvazinətsiz olurlar.

Fleqmatik

Sakit, səbirli, az danışan olurlar. Özlərini sakit aparırlar. Həddən artıq soyuqqanlı olurlar. Təkliyi sevirlər, yeni adamlara gec alışırlar. Onlarda plastiklik aşağı olur. Dözümlü və özlərini ələ ala biləndirlər. Onlarda asanlıqla özlərindən çıxma halları müşahidə olunmur.

Melanxolik

Bu tip insanlar həssas olurlar. Onlara hər şey toxunur, hər şeydən inciyirlər. Özlərinə tənqidi yanaşırlar. Onlar tez çökür, tez həyatdan bezirlər. Hədsiz dərəcədə küsəyəndirlər. Səsləri zəif, hərəkətləri süstdür. Bəzən gücləri çatan işi belə, axıra qədər yerinə yetirmirlər.

Nəzərə almaq lazımdır ki, temperamentin təmiz bir tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tiplərin hamısının əlamətlərinə rast gəlmək mümkündür. Lakin bunlardan birinin əlamətləri üstünlük təşkil etdikdə adamı həmin tipə aid edirlər.

Bəs sən hansı xarakter tipinə aidsən? - Temperament növləri


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3017   Tarix: 17 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il

17 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr