"Qarabağda həyata keçirilən "Fərrux", " Qisas" əməliyyatları Ermənistana dərs olmalıdır" - Deputat

"Qarabağda həyata keçirilən "Fərrux", " Qisas" əməliyyatları Ermənistana dərs olmalıdır" - DeputatVətən müharibəsindəki qələbəmizlə torpaqlarımızı işğaldan azad etməklə yanaşı, bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı mərd, mübariz, döyüşkən bir xalqdır. Xalqımız onun torpaqlarını işğal edən, yurd yuvalarını dağıdan, övladlarını amansızlıqla qətlə yetirən düşməndən qisasını aldı. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu və Azərbaycan xalqının qazandığı bu zəfər Azərbaycanın tarixinə şanlı bir gün kimi yazılacaq, gələcək nəsillər əbədi olaraq bu qələbə ilə fəxr edəcək.
Bu sözləri Sonxeber.az- a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O həmçinin qeyd edib ki, 44 günlük müharibə zamanı bəzi ölkələrin Azərbaycana qarşı siyasi addımlar atmaq çəhdləri uğursuzluqla nəticələndi. Qələbəmizi şərtləndirən amillərdən biri də Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin Vətən müharibəsində torpaq uğrunda bir olub qardaş kimi çiyin-çiyinə vuruşmaları oldu:
"Dünya azərbaycanlılarının qürur yeri, Qarabağın tacı, tək Azərbaycana yox, bəşəriyyətə dahi insanlar bəxş etmiş Şuşa şəhəri işğaldan azad edildikdən iki gün sonra Ermənistan məğlub olduğunu etiraf edərək kapitulyasiya aktına imza atdı. Şuşa şəhərinin işğaldan azad edilməsində Azərbaycan oğullarının göstərdikləri şücaət, qəhrəmanlıq bütün dünyanı heyrətə salmışdı. Müharibə dövründə kimin kim olduğu sübut olundu. Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər olsun fərari olmamışdır. İgid oğullarımız torpaq uğrunda şəhid oldular, amma bir addım belə geri çəkilmədilər.
Prezident cənab İlham Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə bizi Qələbəyə aparan Zəfərdən, birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizə səbəb olan amillərdən, Ermənistan rəhbərliyinin sərgilədiyi qeyri konstruktiv mövqe barədə çıxış etdi. Ölkə başçımız eyni zamanda Ermənistanda baş qaldıran revanşist qüvvələrə və bölgədə gərginlik yaratmaq istəyən xaricdəki qüvvələrə ciddi xəbərdarlıq etdi.
Birinci Qarabağ müharibəsi zamanı siyasətdən, dövlət idarəçiliyindən xəbəri olmayanlar hakimiyyəti zəbt etmişdilər, düşmənlə mübarizə aparmaq əvəzinə hakimiyyət uğrunda savsaşırdılar. AXC -Müsavat cütlüyü hakimiyyətə gəlmək üçün alınmaz qala olan Şuşanı ermənilərə təslim etdi. Dırnaqarası siyasətçilər hakimiyyətə gəldikdən sonra ölkədə vətəndaş müharibəsinə rəvac verdilər, talançılıqla, soyğunçuluqla məşgul oldular. Onlar Azərbaycanln müharibə yolu ilə qələbə qazana bilməyəcəyi barədə fikirlər formalaşdırırdılar.
Cənab İlham Əliyev Prezident seçildikdən sonra Azərbaycanı iqtisadi cəhətdən güclü dövlətə çevirdi, Azərbaycan Ordusu dünyanın ən müasir silahları ilə təchiz edildi. Məhz güclü, dayanıqlı iqtisadiyyata malik Azərbaycan güclü Ordu yaratmağa nail oldu. Azərbaycan xalqının bir yumruq kimi Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməsi və xalqın qüdrətli Azərbaycan Ordusuna olan inamı bizi böyük Qələbəyə çatdırdı. Prezident cənab İlham Əliyevin apardığı uğurlu və müdrik xarici siyasəti nəticəsində BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdilər ki, bu da Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.
44 günlük müharibə zamanı bəzi ölkələrin Azərbaycana qarşı siyasi addımlar atmaq çəhdləri uğursuzluqla nəticələndi. Qələbəmizi şərtləndirən amillərdən biri də Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin Vətən müharibəsində torpaq uğrunda bir olub qardaş kimi çiyin-çiyinə vuruşmaları oldu.
Gələn il ölkəmizin dövlət büdcəsi rekord həddə çatır. Bu da imkan verir ki, hərbi xərclərə ayrılan məbləğ də yüksək həddə olsun. Prezident cənab İlham Əliyevin Ordumuza göstərdiyi diqqət nəticəsində bugünkü Azərbaycan Ordusu müharibədən əvvəlki ordudan da daha güclü bir orduya çevrilmişdir.
Bu gün Ermənistanda olan iqtidar da, müxalifət də, o cümlədən, xaricdən Qarabağa göndərilmiş ünsür də bilməlidilər ki, Azərbaycan a qarşı hər hansı təxribata əl atsalar onları 2020-ci ildən də ağır aqibət gözləyəcək. Bu il Qarabağda həyata keçirilən "Fərrux", " Qisas" əməliyyatları və 13-14 sentyabrda erməni təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat Ermənistana dərs olmalıdır. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyannamədə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Qarabağdan öz silahlı dəstələrini çıxarmalı və Zəngəzur dəhlizi istifadəyə verilməlidir".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1695   Tarix: 23 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

15 oktyabr
.

Prezident: "Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır"

"Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib. "Biz sülh təkli

15 oktyabr
.

"Haber Global": Azadlıqdan Qarabağ zəfərinə - Azərbaycanın müstəqillik yolu - Video

"Azadlıq meydanı. Hər şey burada başladı. Azərbaycan xalqı 70 ildən sonra yenidən müstəqilliyinə qovuşdu". xəbər verir ki, bu barədə "Haber Global" telekanalının 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Gününə həsr etdiyi süjetində bəhs edilir. Bildirilir ki, Azərbaycan il

18 oktyabr
.

Füzuli şəhərində aparılan bərpa işləri

Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul

15 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

17 Oktyabr - Füzulinin azadlığı və dirçəlişinin rəmzi

Xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli iradənin, qəhrəmanlığın, vətənpərvərliyin və ərazi bütövlüyümüzün bərpasının rəmzi olan 17 oktyabr tarixi 2020-ci ildə Füzuli şəhərinin Ermənistanın işğalından azad edilməsini, Azərbaycan Ordusunun misilsiz şücaətini və Azərbaycan xalqını

16 oktyabr
.

Bakı Bəyannaməsi qəbul edilib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, xsənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

15 oktyabr
.

AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal

16 oktyabr
.

AQEM-ə sədrliyin uzadılması Azərbaycana etimadın göstəricisidir

Oktyabr ayının 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsində (AQEM) ölkəmizin bu təşkilara sədrliyi daha iki il uzadılıb. Prezident İlham Əliyev Bakıda AQEM-in 7-ci Zirvə Toplantısında buna görə üzv dövlətlərə təşəkkür edib. "Azərbaycanın AQEM-ə sədrliyini

16 oktyabr