Vətən müharibəsindəki taktikanın tarixdəki oxşarları: General-leytenant AÇIQLADI

Vətən müharibəsindəki taktikanın tarixdəki oxşarları: General-leytenant AÇIQLADI"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq etdiyi hərbi taktika da öz unikallığına görə hərbi ekspert və tədqiqatçıların diqqətini cəlb etmişdir. Azərbaycan Ordusunun hücumu təfsilatlı kəşfiyyat, atəşlə zərərvurma və PUA zərbələrinə əsaslanırdı. Bu taktika Türkiyə Silahlı Qüvvələrinin 2018-ci ildə Suriyanın Afrin şəhərində və İdlib vilayətində tətbiq etdiyi taktikaya bənzəsə də, miqyasına, aparıldığı relyef formasına və düşmənin hərbi potensialına görə çox fərqlənirdi. Çünki Qarabağda müharibə təxminən 200 kilometrlik bir cəbhədə aparılırdı, relyef forması həddindən artıq mürəkkəb idi".

Bu sözləri Milli Müdafiə Universitetinin rektoru, general-leytenant Heydər Piriyev "Azərbaycan Ordusu" qəzetində dərc olunan məqaləsində qeyd edib.

O bildirib ki, müharibənin fundamental şərti hesab olunan ərazinin tutulmasında və orada möhkəmlənmədə quru qoşunları vacib rol oynayır - əsgər ayağı dəyməyən yer tutulmuş hesab olunmur:

"İkinci Qarabağ müharibəsi göstərdi ki, PUA-lara artan tələbatın fonunda digər silahlar (texnikalar) və yüksək hazırlıqlı quru qoşunları müasir müharibələrdə düşmənin məhv edilməsində müstəsna rol oynayır".

General-leytenant qeyd edib ki, İkinci Qarabağ müharibəsi hərbi ekspertlərin təxmin etdiyindən 2 həftə çox davam etdi:

"Çünki oktyabrın əvvəllərində güman edilirdi ki, Azərbaycanla müharibə aparmaq üçün Ermənistanın sursat və yanacaq da daxil olmaqla resursları yalnız növbəti 2-3 həftəyə yetəcək, sonra xarici hərbi dəstək olmasa İrəvanın döyüşmək üçün heç nəyi qalmayacaq. Lakin xarici havadarlarının Ermənistanı silah və texnika ilə gizli şəkildə dəstəkləməsi müharibənin nisbətən uzun çəkməsinə səbəb oldu.

Bu məqamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın sayının təhlili də önəmlidir. İkinci Qarabağ müharibəsində məhv edilən düşmən texnikasının sayı sübut etdi ki, Ermənistan Respublikası xarici havadarlarının dəstəyi ilə beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozmuş və regionda ciddi təhlükəsizlik təhdidinə çevrilmişdi. Əslində düşmən tərəfindən qurulmuş istehkam maneələri yarıldıqdan sonra hərbi vəzifəlilər vəziyyətin bu şəkildə cərəyan edəcəyini bilirdilər. Müdafiə naziri başda olmaqla, Ermənistan ordusunun hərbi elitası Paşinyanı aldatmışdı. Müdafiə naziri David Tonoyanın vəzifədən istefa verməsi faktı da bunu sübut edir. Paşinyan bir neçə onilliklər ərzində xarici havadarlarının köməyi, dəstəyi ilə qurulmuş istehkam qurğularının onları Azərbaycan Ordusunun hücumundan qoruyacağını düşünürdü. Lakin onun ümidləri alt-üst oldu".

O əlavə edib ki, Ermənistan ordusunun hücumunu qabaqcadan təxmin edən Azərbaycan siyasi-hərbi rəhbərliyi əslində 1944-cü ildə müttəfiq qüvvələrin Almaniyaya qarşı həyata keçirdiyi "Bodiqard" əməliyyatına oxşar aldatma fəaliyyətini reallaşdırmışdı:

"Belə ki, 2020-ci il Tovuz hadisələrindən (iyul ayı) sonra erməni rəhbərliyində belə bir fikir formalaşdırıldı ki, Ermənistan ordusu hücum etdiyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri Ağdam istiqamətindən əks-hücuma keçəcək".


Sonxeber.az
Telegramda izləyin
Müharibə   Baxılıb: 1267   Tarix: 24 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

Müdafiə Nazirliyindən Əfqanıstandakı Azərbaycan sülhməramlıları ilə bağlı AÇIQLAMA

Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin verdiyi məlumatda qeyd olunub. Daim

15 avqust 2021
.

Laçın rayonunun Əhmədli kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Laçın rayonunun Əhmədli kəndinin görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:

13 iyun 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Azərbaycan yeni "Akıncı" PUA-larını alacaqmı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün "Bayraktar TB2" PUA-larının yeni və daha təkmilləşdirilmiş versiyası olan "Akıncı"ların Türkiyə Silahlı Qüvvələrinə təhvil verilməsi münasibətilə mərasim təşkil olunub. Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Dövlət başçısı yen

30 avqust 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Qaytarılan ermənilərin adları açıqlandı - TAM SİYAHI

Humanizm nümunəsi olaraq Azərbaycanın Ermənistana təhvil verdiyi 15 erməni əsilli şəxsin adları açıqlanıb. xəbər verir ki, siyahını "Sputnik Armeniya" yayıb:. 1. Akopyan Volodya Qaqikoviç. 2. Asatryan Gevorg Norayroviç. 3. Qasparyan Gor Vaqramoviç. 4. Enqoyan Sisak Qrişaeviç. 5. Karapetya

4 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021