Ölkədəki haqsız rəqabət formaları - ARAŞDIRMA

Ölkədəki haqsız rəqabət formaları - ARAŞDIRMA"Gücünüzü rəqiblərinizin zəif tərəfləri üzərinə yönəldin", "Rəqiblərinizə önəm verin, xətalarınızı ilk olaraq onlar görərlər", "Rəqabətin qəlbi və ruhu müştəriləri cəlb etməyi bacarmaqdır".

Bunlar məşhur biznes adamlarının rəqabətlə bağlı fikirləridir və hər birində söhbət haqlı rəqabətdən gedir. Yəni ortaya rəqibindən daha yaxşı iş qoymalı, seçilməlisən. Ancaq rəqabətin bir də haqsız forması var.

Bu günlərdə onlayn sifarişlə yemək çatdırılması həyata keçirən şirkətlərdən birinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yol verilmiş haqsız rəqabət hallarının qarşısının alınması və aradan qaldırılması məqsədilə məcbur olan göstəriş verib, habelə haqsız rəqabətə yol verdiyinə görə müəssisə barədə maliyyə sanksiyası tətbiq edib.

Amma zaman-zaman başqa şirkətlərin də haqsız rəqabətə yol verməsi ilə bağlı fikirlər səsləndirilir. Bəs biznes mühitimizdə bazar qaydalarına zidd olan hansı rəqabət halları var? Dövlətin bir şirkətlə bağlı gördüyü bu tədbir düzgün rəqabətli bazar mühitinin təmini üçün nə dərəcədə effektlidir?

Sonxeber.az xəbər verir ki, "Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Almaniyada çalışan iqtisadçı Murad Calalov bildirib ki, haqsız rəqabət ölkə iqtisadiyyatı üçün arzuolunmaz haldır və inkişafa nail olmaq istəyən dövlətlər bununla sərt mübarizə aparırlar:

"Avropa təcrübəsində görürəm ki, rəqabətli bazar mühiti üçün dövlət nəzarəti daim olmalıdır. Sərt qaydalar var, onlardan kənara çıxmaq olmaz. Almaniya Ticarət Qanunları kitabı var. Hansısa şirkət qurursunuzsa, o kitab sizə verilir, nələrə əməl etməli olduğunuz orda qeyd edilib. Məsələn, uşağı cəlbedici yolla maraqlandırıb valideynini nəyisə almağa məcbur etmək belə qadağandır. Yaxud reklam edirlər ki, filan məhsulumuz var, mağazada çoxdur, gedirsən, deyir ki, o məhsul bitib, başqasını təklif edək. Yaxud endirim edirlər, deyirlər ki, bu məhsulu alsanız, filan xidmətlər sizə pulsuz olacaq. Amma baxırsan ki, elə yüksək qiymətədir ki, pulsuz dedikləri xidmətin haqqı da artıqlaması ilə o ödənişin içindədir. Bunlar haqsız rəqabət növlərindəndir".

M.Calalov qeyd edib ki, rəqabət qaydalarından kiçik bir yayınma qısa zaman kəsiyində belə xırda şirkətləri bazardan çıxara bilir:

"Məsələn, bir şirkətin qiymətləri digər şirkətlərə nisbətən qəfil endirməsi qısa zaman kəsiyi üçün haradasa qəbul ediləndir. O da endirimin səbəblərinə baxır. Məsələn, şirkətin filialı bağlanır, ərzaq məhsuludursa, istifadə tarixinin bitməyinə az qalıb və s. Bu endirimlər 1 gün, 1 həftə, maksimum 1 ay çəkə bilər. Amma uzun zaman ərzində qiymətin digər şirkətlərə nisbətən çox aşağı endirilməsi haqsız rəqabət sayılır. Bu, digər büdcəsi aşağı olan şirkətlərin bazardan çıxmasına yol açmış, dövlətin iqtisadi gücünə təsir etmiş olur".

Biznes idarəçi, biznes konsultant Anar Bayramov haqsız rəqabətin Azərbaycanda rast gəlinən formalarından danışıb:

"Bir forması hökmran mövqeyi olan - bazar payı 35-40 faizdən çox olan şirkətlərin öz güclərindən istifadə edib bazarda qiymətləri həddindən artıq aşağı etməsi, yaxud kəskin artırması kimi metodlardır. Bazarda rəqabət şəraitini məhv edirlər. Digər metod bir neçə oyunçunun birləşməsidir. Yəni bəzən sektor üzrə bazarda hökmran bir şirkətin mövqeyi olmur, amma bir neçə şirkət birləşib "sözü bir yerə qoyur". Məsələn, danışırlar ki, filan məhsulun satışında qiyməti filan məbləğdən aşağı etməyək. Bu, həmin şirkətlərin bazarda hökmranlıq etməsinə gətirir. Başqa məsələ inzibati gücdən istifadədir. Hansısa məmura bağlı şirkətin inzibati resurslardan istifadəsi də haqsız rəqabətdir".

A.Bayramov qeyd edib ki, dövlət idarələrində də haqsız rəqabətə yol vermə halları var:

"Məsələn, tenderlərin şəffaf keçirilməməsi halları. Yaxud dövlət qurumu hər il eyni şirkətlə işləyir. Başqa şirkətlərə təklif vermək üçün şərait yaratmır. Bunlar da rəqabət mühitinin pozulmasına səbəb olur".

A.Bayramov bildirib ki, inkişaf istəyən dövlətlər haqsız rəqabətlə hər zaman mübarizə aparmalıdırlar:

"İqtisadi, biznes fəaliyyəti üçün ölkədə şərait olmalıdır. Bunlardan biri də haqlı rəqabət mühitidir".

Vəkil Aygün Əliyeva deyir ki, "Haqsız rəqabət haqqında" qanunun tələblərinin pozulmasına görə təqsirli şəxslər ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qanunun pozulmasına görə bazar subyektlərinə maliyyə sanksiyaları tətbiq edilir:

"Yol verilən hərəkətlərə, onun ilk dəfə, yaxud təkrar törədilməsi və s. məsələlərə görə sanksiyanın məbləği dəyişir. Bu qanunu pozan müvafiq icra hakimiyyəti orqanları, bazar subyektləri və onların vəzifəli şəxsləri qanun pozuntusunu dayandırmaq və onun nəticələrini aradan qaldırmaq haqqında Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərini yerinə yetirməyə borcludurlar. Məsələn, qanunsuz əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada büdcəyə ödəməyə, vurulmuş zərəri, tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməyə borcludurlar".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 3023   Tarix: 27 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA

Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa

19 may 2021