Bakıda qadın 10 manata görə iş yoldaşını döyüb

Bakıda qadın 10 manata görə iş yoldaşını döyübBakının Nəsimi rayonunda 1995-ci il təvəllüdlü Ülkər şəxsi münasibətlər zəminində iş yoldaşı Elnarəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində gözəllik və sağlamlıq mərkəzlərindən birində baş verib.

Ülkər iş yoldaşı Elnarə ilə mübahisə zamanı ona şillə və təpik zərbələri vurub. Elnarə hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülkərin sözlərinə görə, gözəllik və sağlamlıq mərkəzində administrator vəzifəsində çalışır: "İş prinsipim müdiriyyətin mənə verdiyi göstərişə və səlahiyyətlərə əsaslanaraq salonda işləyən şəxslərin işə gecikmələrinə görə cərimə yazmaq, hər hansı xətaya görə onlara irad tutmaqdır. Elnarəyə qarşı əvvəlcədən şəxsi qərəzliliyim və ədavətim olmayıb".

Ülkər qeyd edib ki, hadisə günü Elnarə işə gecikdiyinə görə ona iradı bildirib və müdiriyyətin tapşırığına əsasən 10 manat cərimə yazıb:

"Bundan sonra Elnarə mənə qarşı ədavətli davranmağa başladı. Hər məni görəndə qıcıqlandırıcı sözlər deyib məni əsəbləşdirirdi. Buna baxmayaraq Elnarənin dediyi sözlərə əhəmiyyət verməməyə çalışırdım.

Həmin gün saat 18:00-da salonun masaj otağına daxil olarkən təsadüfən Elnarə də orada idi. Bu zaman Elnarəyə hansı səbəbdən mənimlə belə rəftar etdiyini, müştərinin yanında mənə qarşı hörmətsizlik etdiyini soruşdum. O da mənim və ailəmin ünvanına nalayiq ifadələr işlətdi. Əsəbləşərək Elnarənin sinəsindən itələdim. Boğazından tutaraq məni təhqir etməməsini tələb etdim.

Elnarə sərt şəkildə təhqirə davam etdi. Daha da əsəbləşərək onun saçını yoldum.

Elnarənin Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq döyülməsi barədə məlumat verdiyini sonradan eşitdim".

Zərərçəkmiş Elnarənin sözlərinə görə, gözəllik və sağlamlıq mərkəzində usta kimi fəaliyyət göstərib:

"İşlədiyim salonda administrator vəzifəsində çalışan Ülkər mənimlə qərəzli və ədavətli münasibətdə olub. Mütəmadi olaraq işimə irad tutub, mənə təzyiq göstərərək ünvanıma nalayiq ifadələr işlədib".

Zərərçəkmiş şəxs qeyd edib ki, hadisə günü saat 18:00-da salonun masaj otağında olarkən Ülkər də həmin otağa gəlib:

"Onunla həmsöhbət olmamaq üçün otaqdan çıxmaq istədim. Ülkər ünvanıma nalayiq ifadələr işlətdi. Məni arxaya itələdi, saçımdan tutaraq yoldu. Bədənimin müxtəlif hissələrinə xəsarət yetirdi.

Ülkərin əlindən qaçaraq otaqdan çıxmağı bacardım. Dərhal "102" xidmətinə zəng vuraraq hadisə barədə məlumat verdim. Ülkərdən şikayətçiyəm".

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

Ülkər 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2318   Tarix: 29 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021