Azərbaycanda ölüm cəzası yenidən tətbiq oluna bilər? - AÇIQLAMA

Azərbaycanda ölüm cəzası yenidən tətbiq oluna bilər? - AÇIQLAMAÖlüm hökmü cinayət törədən insana verilən ən ağır cəza növüdür. Tarixdə geniş yayılmış bu cəza tətbiqi dövrümüzdə hələ də qalmaqdadır. Bir sıra ölkələrdə həbs olunan şəxsi cəzalandırmaq üçün bu yoldan istifadə edilir. Vaxtilə Azərbaycanda da cinayətkarları cəzalandırmaq üçün ölüm hökmü tətbiq olunub. Ölkədə ölüm hökmü 1998-ci ildə ləğv edilib. Hazırda da ölkədə ağır cinayətlər törədilsə də, ölüm cəzası aktiv deyil.

Bəs Azərbaycanda ölüm hökmü yenidən gündəmə gələ bilərmi və buna ehtiyac varmı?

Mövzuyla bağlı BiG.AZ-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, konstitusiyamızda ölüm hökmü müəyyən hallarda nəzərdə tutulur:

"Hazırda dünyada ölüm hökmünü tətbiq edən 58 ölkə var. 108 ölkə ölüm hökmünü ləğv edib, 35- i moratorium qoyub, 7 ölkənin qanunvericiliyində olsa da, tətbiq etməyib. Əslində ölüm hökmü ağır cəza olduğuna görə yaxud qeyri-adekvat cəza olduğuna görə ləğv edilmir. Onun ləğv olunmasının bir səbəbi var. Bu, yeganə cəza növüdür ki, tətbiq olunandan sonra dəyişmək olmur. Yəni müəyyən olunsa ki, şəxsin günahı yox idi, yaxud günahı edam olunacaq dərəcədə deyildi, daha yüngül cəza almalı idi, bu zaman səhvi düzəltmək artıq mümkün olmur.

Amerikada belə hallar çox olur. Məsələn, şəxs 10 il cəza alır və daha sonra onun günahsız olduğu üzə çıxır. Dəfələrlə olub ki, hətta ömürlük cəza alan insan 20-30 il cəza çəkdikdən sonra məlum olub ki, onun günahı yoxdur və bəraət alıb. Amma ölüm hökmündə bu, mümkün deyil. Buna görə də belə cəza növü ləğv edilib.

Məsələn, elə qəddar cinayətlər var ki, ölüm cəzası onun üçün tam adekvatdır. Sadəcə burada istintaq, məhkəmə səhvi, siyasi sifarişlər ola bilər. Zaman keçdikcə bəlli olanda ki, həmin imsanların günahı yox idi, yaxud günahları o dərəcədə deyildi, artıq gec olur.

Bizim konstitusiyamızda ölüm hökmü müəyyən hallarda nəzərdə tutulur. Yəni ölkəmizə qarşı müharibə edəndə biz düşməni öldürə bilərik və s. Amma qanunvericiliyimizdə 1993-cü ildən 1998-ci ilə qədər Ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölüm hökmünə moratorium qoyuldu. 1998-ci ildən isə artıq ölüm hökmünü ləğv etmişik. Eyni zamanda ölüm hökmünün ləğvinə dair Birləşmiş Millətlər Təşkilatının Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Fakultativ protokoluna qoşulmuşuq. Həmçinin, biz Avropa Şurasına üzv olduqdan sonra orada ölüm hökmünün ləğvi ilə bağlı müvafiq protokola da qoşulmuşuq. Yəni ikiqat beynəlxalq öhdəliyimiz var ki, ölüm hökmünü tətbiq etməyək. Ona görə hesab edirəm ki, dediyim səbəblərdən buna lüzum yoxdur".

Hüquqşünas Ramil Süleymanovun fikrincə, ölüm hökmünün aktivləşdirilməsinə ehtiyac yoxdur. Ekspert bildirib ki, bu cəzanın tətbiqi ölkədə kriminogen vəziyyətdən asılıdır:

"Azərbaycan Konstitusiyasında ölüm hökmü ləğv olunmayıb, qanunla məhdudlaşdırılıb. Lakin əvvəllər Azərbaycan qanunvericiliyində ölüm hökmü olub. Qanunvericiliklə bizim Cinayət Məcəlləmiz qüvvəyə minəndə ölüm hökmü daxil olmadı.

Dünya dövlətləri cəza siyasətini artıq daha çox humanistləşdirməyə doğru addımlar atırlar. Nəticə etibarilə, dünyanın bir çox ölkələrində ölüm hökmü ləğv olunub. Dünyanın ən demokratik ölkəsi olan Amerikada belə, bəzi ştatlarda ölüm hökmü qalmaqdadır. Bununla bağlı hüquqşünasların fikri tamamilə fərqlidir. Bir qrup hüquqşünas hesab edir ki, cəza siyasəti nə qədər ağır olsa, insanlar həmin cinayətlərdən daha çox çəkinmiş olacaqlar. Nəticədə, ölkədə kriminogen vəziyyət idarə olunar vəziyyətdə olacaq. Bir qrup insanlar isə fikirləşirlər ki, insanın həyatına müdaxilə etmək dövləti kriminallaşdırmağa gətirib çıxara bilir və nəticədə şəxsi cəzalandırmaq üçün onun azadlığının əlindən alınması daha məqsədəuyğundur.

Bildiyimiz kimi, bizdə qanunlar Milli Məclis tərəfindən qəbul olunur, onun icra olunması isə hökümət tərəfindən həyata keçirilir. Təbii ki, bununla bağlı dövlətin hüquq aparatında qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcək şəxslər bu təklifi verə bilərlər. Bu, 40 min səsvermə hüququ olan şəxslər tərəfindən təqdim olunan layihələr nəticəsində ola bilər. Bundan sonra ümumi müzakirələr aparıb, həmin cəzanın Cinayət Məcəlləsinə daxil olub-olunmaması ilə bağlı qərar verilə bilər. Hesab edirəm ki, ölüm hökmünün ölkəmizdə tətbiqinə ehtiyac yoxdur.

Bir insanın yaşaya-yaşaya azadlığının, azadlıq hüququnun əlindən alınması özü elə ölüm hökmünə bərabərdir. Düşünün ki, insanlar ömrünün sonuna qədər 4 divar arasında qapalı həbsxanada cəza çəkirlər. Bu, elə ölümə bərabər bir şeydir. Öləndə nə var ki? Ölüb canını qurtarır. Bu, hökümətlərin cəza siyasətindən asılıdır. Nəzərə almaq lazımdır ki, bu gün hüququn inkişaf etdiyi və hüququn ali yerdə durduyu ölkələrin çoxunda ölüm hökmü yoxdur. Bizim də ölüm hökmünü tətbiq etməməyimiz bu gün beynəlxalq hüququn prinsiplərinə uyğundur.

Amma Konstitusiyamızda qeyd olunub ki, Azərbaycan Respublikası ölüm hökmünün tətbiqini istisna etmir. Tutaq ki, sabah ölkədə kriminogen vəziyyət yaranarsa, dövlət üçün həmin qanunu dəyişmək, yaxud Cinayət Məcəlləsinə ölüm hökmünü əlavə etmək mümkündür. Nəticədə, bu da tətbiq olunacaq. Ölüm hökmünün bir sıra növləri var: edam, tibbi yolla ölüm hökmü, güllələnmə. Yəni bunlar artıq tarixin səhifəsində qalıb və onlara artıq lüzum yoxdur. Ümumiyyətlə, dövlətlər daha çox hüquqla idarə olunursa, cəzalandırma da humanizm prinsiplərinə uyğun olaraq olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1600   Tarix: 29 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda VƏZİYYƏT TAMAM DƏYİŞİB: Havalar belə olacaq - Ekoloq

Son illərdə yaz mövsümü başlasa da, havaların nisbətən daha soyuq keçməsinin şahidi oluruq. Xüsusilə yağıntılı günlərin artdığı müşahidə olunur. Artıq aprel ayının ortaları olsa da, hələ də respublika ərazisində qar, güclü yağışlar və hətta dolu düşməsi müşahidə olunur. xəbər verir ki, bəzi hallard

19 aprel
.

Valideynlər üçün fürsət, uşaqlar üçün təhlükə? - "WhatsApp"dan qalmaqallı YENİ FUNKSİYA

"WhatsApp" uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir. Hətta məxfilik parametrlərin

19 aprel
.

27 yaşlı gənc mənzilində ölü tapıldı

Mingəçevirdə 27 yaşlı gənc yaşadığı mənzildə ölü vəziyyətdə aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən keçmiş "Kür" mehmanxanasının köhnə binasında qeydə alınıb. Bildirilir ki, burada müvəqqəti məskunlaşan 199-cu il təvəllüdlü Murad Şirinov yaşadığ

20 aprel
.

Elektromobil sahiblərinin NƏZƏRİNƏ: Çin istehsalı olan maşınlar daha çox risk altındadır

Yağışlı günlərdə sosial şəbəkələrdə paylaşılan kadrlarda su basmış yollarda aciz qalan, hərəkətsiz dayanan elektrikli avtomobillər xüsusi diqqət çəkdi. Bəs müasir texnologiyanın gələcəyi sayılan bu avtomobillər paytaxtın "yağış sınağı"ndan necə çıxdılar?. mövzu ilə bağlı "Kaspi" qəzetini

19 aprel
.

Mehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO

Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasını

18 aprel
.

XƏBƏRDARLIQ! İnstensiv yağış yağacaq, dolu düşəcək - BU TARİXDƏ

Aprelin 19-da Azərbaycanın dağlıq və dağətəyi rayonlarında, 20-dən 21-i gündüzədək isə bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı

18 aprel
.

Elçin Əmirbəyov: "Ermənistanla de-fakto sülh şəraitində yaşamağımız yeni fürsətlər açır"

"Dünyada baş verən münaqişələr ölkələrarası ixracat məsələsində ciddi problemlərə yol açır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Antalya Diplomatiya Forumunda panel müzakirə zamanı deyib. O, Orta Dəhlizi

18 aprel
.

Quru sərhədlər AÇILIR? - Bu şəxslər artıq...

Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır

19 aprel
.

Döyməsi olanlar əsgərliyə APARILMIR?

Belə bir iddia yayılıb ki, bədənində döymə olan şəxslər hərbi xidmətə çağırılmır. Bu məsələ cəmiyyətdə müzakirə mövzusuna çevrilib və müxtəlif fikirlər səsləndirilir. Bəziləri bunu doğru hesab etsə də, digərləri bunun sadəcə mif olduğunu bildirir. Bəs həqiqətən döyməsi olan şəxslər hərbi xidmətə aparılmır

19 aprel