Uşaqlara necə telefonlar alınmalıdır?

Uşaqlara necə telefonlar alınmalıdır?Müasir zamanda insanları telefonsuz təsəvvür etmək olmur. Hətta artıq uşaqlarda, məktəblilərdə də bu cihazı görmək mümkündür. Uşaqların bəziləri əyləncə, bəziləri isə dərsləri və özünün inkişaf üçün smartfonlardan istifadə edirlər. Nə qədər məsləhət görülməsə də, azyaşlıların telefondan istifadəsi qaçınılmazdır.

Bəs, valideynlər uşaqlarına necə telefon almalıdırlar?

Lent.az xarici mətbuata istinadən bildirir ki, uşaqlara ilk növbədə hansı məqsədlə telefon alacağınıza qərar verməlisiniz.

Sonra həm büdcənizə uyğun, həm də funksional özəllikləri baxımından keyfiyyətli seçim etməlisiniz.

Uşağa ancaq ünsiyyət üçün telefon almağı planlaşdırırsınızsa, bunun üçün sadə bir cihaz seçin. Hətta düyməli olan smartfonlar daha məsləhətlidir. Yox, əgər oyunlar və proqramlar üçün istəyirsinizsə, bu zaman xüsusiyyətlərinə, əsasən də güclü batareyaya malik bir telefon almağınız vacibdir.

Seçim edərkən uşağın yaşına baxmaq lazımdır. Müasir cihazların diaqonalı 5 düymdən böyük olur. 10 yaşından kiçik uşaq belə bir smartfondan istifadə etməsi çətindir. Çünki bu cihazlar onların əl ölçüsünə uyğun gəlmir. Belə halda azyaşlılar tez-tez telefonu əlindən sala bilər.

Buna görə bu yaşdakı uşaqlara kiçik ölçülü telefonlar almağınız tövsiyə edilir. Böyük diaqonallı smartfonlar daha çox orta məktəb şagirdləri üçün əlverişli hesab olunur.

Onu da qeyd edək ki, uşaqlara bahalı telefonların alınması qətiyyən məsləhət görülmür. Buna səbəb onların telefondan düzgün istifadə etməməsi, çoxsaylı oyunların smartfona yüklənməsidir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1560   Tarix: 16 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəhvənin dərmanlarla birlikdə qəbulunun potensial təhlükələri

Qəhvə bəzi tibbi preparatların təsir mexanizmini dəyişə və birbaşa əks-göstəriş qeyd edilməsə belə, arzuolunmaz reaksiyalara səbəb ola bilər. xəbər verir ki, həkim Nəzifət Urtenova "İzvestiya" nəşrinə müsahibəsində bu kofeinli içkinin hansı dərman qrupları ilə birgə qəbulunun təhlükəli olduğun

8 may
.

Acqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?

Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın

6 may
.

Avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəbləri - Ekspert açıqlaması

Rusiyalı ekspert Roman Timaşov avtomobil akkumulyatorunun sıradan çıxmasının əsas səbəblərini açıqlayıb. xəbər verir ki, bu barədə mütəxəssis "Motor" jurnalına müsahibəsində danışıb. Onun sözlərinə görə, akkumulyatorun (AKB) sıradan çıxmasının əsas səbəbləri arasında uzunmüddətli saxlama zaman

6 may
.

Uşaqların cihazlardan istifadəsi onların nitqinə necə təsir edir?

Müasir uşaqlar elə bir dünyada böyüyür ki, ekranlar artıq oyuncaqlar qədər adi bir şeyə çevrilib. Bəs cizgi filmləri gündəlik vərdiş halını aldıqda uşağın nitqində nə baş verir? Gəlin bu məsələni daha ətraflı araşdıraq. xarici mediaya istinadən xəbər verir ki, iki yaşdan kiçik bir çox uşaq gündə təxminə

8 may
.

Bu 3 cins şalvar qadını daha incə göstərir: "İncə bel" effekti necə yaradılır?

Düzgün model seçildikdə cins şalvarlar bədən quruluşunun üstünlüklərini vurğulayır və gizlətmək istədiyiniz hissələri örtür. Qaynarinfo xəbər verir ki, hər qadın üçün fiquru daha incə göstərən şalvar tapmaq mümkündür. Ən çox effekt verən üç populyar modeli təqdim edirik. Hansı cins şalvarlar daha inc

5 may
.

Mübahisə yaradan görüntü! Yedikləri şoka saldı - VİDEO

Bir fitness idmançısının gündəlik qidalanma rejimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, fitnesslə məşğul olan şəxs əzələ inkişafını sürətləndirmək məqsədilə hər gün təxminən 500 qram protein qəbul etdiyini bildirib. Onun gündəlik menyusunda yer ala

8 may
.

"Al"la düzələn şəklini paylaşıb zarafat etdi - "Məni yaxşılaşdırıblar"

İtaliyanın Baş naziri Ciorcia Meloni instaqram hesabında süni intellekt vasitəsilə yaradılan saxta fotoları ilə bağlı paylaşım edərək izləyicilərini xəbərdar edib. xarici mediaya istinadən verir ki, Meloni son günlər müxalifləri tərəfindən paylaşılan və həqiqət kimi təqdim edilən süni intellekt məhsul

5 may
.

Qurduğu sistemlə 40 dəqiqəlik yolu 40 saniyəyə endirdi: "Sən dəlisən?" deyənlər də oldu - FOTO

Türkiyənin Van şəhərində yaşayan Necmettin Direk çətin relyef şəraitində yerləşən bağ sahəsinə rahat getmək üçün maraqlı üsula əl atıb. O, evlə bağ arasında öz imkanları hesabına kanat yolu sistemi quraraq 40 dəqiqəlik yolu cəmi 40 saniyəyə endirib. türk mediasına istinadən xəbər verir ki, təpəlik ərazid

7 may
.

PSJ-nin Çempionlar Liqasının finalına çıxmasından 1,3 milyon qazandı

PSJ-nin "Bavariya"nı məğlub edib Çempionlar Liqasının finalına çıxmasına mərc edən şəxs 1,3 milyon dollar qazanıb. PSJ-nin Çempionlar Liqasının yarımfinalında "Bavariya" üzərində qələbə qazanması və finala vəsiqə qazanması mərc edənə böyük qazanc gətirib. PSJ-nin finala çıxmasın

8 may