Aeroportda ƏMƏLİYYAT: İrandan gələn çamadanlarda nələr tapıldı? - VİDEO
Külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn İran vətəndaşına məxsus çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub.
Bundan sonra həmin sərnişin yoxlama otağına dəvət edilib və gömrük baxışı keçirilib. Bu zaman ona məxsus baqaj yüklərindəki geyim əşyalarının - şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib. Aşkar edilən dərman preparatları arasında Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid "Alprozolam", "Oxazepam", "Clonezepam", "Alprokim" adlı dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.
Hazırda faktla bağlı araşdıma aparılır.
Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da "Dərman vasitələri haqqında" Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1941 Tarix: 17 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
8 yaşlı uşaq "reşotka"nın arasında boğulub öldü
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, avqustun 24-ü saat 17 radələrində Ramana qəsəbə sakini 2018-ci il təvəllüdlü Yusif Dövlətli oğlu Əmənov yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı metal çubuğa ilişib. Nəticədə
25 avqustKüçədə salfet satan 68 yaşlı qadını avtomobil vuraraq öldürdü
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda yol qəzası baş verib. Svetoforda dayanan avtomobillərə salfet və su satdığı bildirilən 68 yaşlı Günay Çimentepe avtomobilin vurması nəticəsində həyatını itirib. xarici mediaya istinadla xəbər verir ki, hadisə Mimar Sinan məhəlləsində, Otoban qovşağında ba
19 avqustTısbağanı ayağı ilə əzib öldürən qadın saxlanıldı - VİDEO
Türkiyənin Zonguldak vilayətinin Ereğli rayonunda tısbağanı ayağındakı çəkmə ilə əzərək öldürdüyü görüntüləri sosial şəbəkələrdə yayılan Arzu S. (37) saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, sosial mediada yayılan görüntülərdə qadının evin içərisində tısbağanı təpiklərlə vurduğu və ayağındak
26 avqustTövlədə heyvanları yemləyərkən öldü
Bərdə sakini bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, dünən saat 10 radələrində 1972-ci il təvəllüdlü Həsənov Mahir Həsən oğlu Mollalı kəndində yerləşən özünə məxsus fermada elektrik cərəyanının vurması nəticəsində ölüb. Belə ki, o, hadisə vaxtı iribuynuzlu heyvanlar saxlanıla
21 avqustXəstəxananın bağçasında 2 gün yatan yeniyetmə vəfat edib - VİDEO
İstanbulun Esenyurt rayonunda yolu keçmək istəyərkən motosikletin vurduğu Suriya vətəndaşı Beşşar Al Tawıl qəza nəticəsində yaralanıb. Xəstəxanada ilkin müalicədən sonra evə buraxılan şəxsi yaxınları iki gün sonra xəstəxananın həyətində huşsuz vəziyyətdə tapıb. Başqa xəstəxanaya yerləşdirilən Al Tawı
19 avqust