Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və Rucozzo
Dünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina Fransanı məğlub edərək dünya kubokunu qazanıb. Beləliklə, argentinalı ulduz Lionel Messinin uzun illər gözlədiyi arzusu gerçəkləşib. O, çoxdan istədiyi kuboku başı üzərinə qaldırıb. Onun bu özəl və xoşbəxt günündə futbol sevərlərlə yanaşı, ailəsi də yanında olub. Messini ən çox həyat yoldaşı 34 yaşlı Antonella Rucozzo dəstəkləyib. Demək olar ki, Leonun çıxdığı bütün oyunlarda Antonella onu yalnız buraxmayıb.
Bəs, onlar necə tanış olub?
Uzun illərdir belə bir mif var ki, Lionel Messi və Antonella Rucozzo uşaqlıqdan birlikdədirlər.
Lent.az bu miflərlə bağlı kiçik bir araşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, onların münasibətlərinin bu yerə gəlməsi elə də asan olmayıb.
Onlar həqiqətən uşaqlıqdan tanışdılar. Hətta Messi 11 yaşı olanda yaxın dostlarından birinə bir gün Rucozzo ilə evlənəcəyini deyib. Amma Leo 13 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçdüyü üçün onların münasibətləri yarımçıq qalıb.
Həmin ərəfələrdə böyümə hormon pozğunluğu xəstəliyindən əziyyət çəkən futbolçunun müalicəsini "Barselona" futbol komandası öz üzərinə götürüb.
Uzun illər görüşməyən cütlük sonda 2007-ci ildə bir araya gəliblər. Bu zaman Leo 19, Antonella isə 20 yaşında idi. Həmin vaxt Rucozzonun yaxın dostlarından biri avtomobil qəzasında ölür. Bunu eşidən Messi ona dəstək olmaq üçün Argentinaya qayıdır. Beləcə, bundan sonra onların münasibətləri yeni mərhələyə qədəm qoyur. O zamanlar sevgilisi olan Antonella Messi ilə birlikdə olmaq üçün ondan ayrılır. Onun keçmiş sevgilisi müsahibələrin birində belə deyir:
"Ən azından o, məni Messi üçün tərk etdi. Hər hansı qoca biri üçün yox".
Antonella və Messi 2017-ci ilin iyununda Argentinada evləniblər. Toyda Messinin komanda yoldaşları, bir çox tanınmışlar, həmçinin Şakira və keçmiş əri Jerar Pike də iştirak edib.
Bəs, Antonella kimdir və hazırda nə ilə məşğuldur?
Antonella Rucozzo Argentinada Rosario Milli Universitetində Humanitar və Sosial elmlər ixtisası üzrə təhsil alıb və stomatologiya üzrə aspiranturaya başlayıb. Amma Messi ilə münasibətə başladıqdan sonra universiteti tərk edib.
2016-cı ilin noyabrında Rucozzo tanınmış dizayner Riki Sarkani ilə modellik üzrə müqavilə bağlayıb. 2017-ci ildə rəfiqəsi, futbolçu Luis Suaresin həyat yoldaşı Sofiya Balbi ilə Barselonada "Sarkany" ayaqqabı brendi butikini açıb.
Antonella "Adidas" və "Stella McCartney" də daxil olmaqla bir sıra fitness brendləri və şirkətləri ilə də əməkdaşlıq edib.
Cütlüyün üç oğlan övladı var. 2012-ci ildə ilk övladı Tiaqo, 2015-ci ildə Mateo və 2018-ci ildə ən kiçik oğlu Çiro dünyaya gəlib.
Messi müsahibələrinin birində ailəsi ilə bağlı bu sözləri deyib:
"Həyatın böyük sahələrində özünü inkişaf etdirirsən, nələrisə öyrənirsən, təcrübə qazanırsan. Amma bir insan olaraq üç övladımın olması mənim həyata baxışımı, düşüncə tərzimi dəyişdi və böyüməyimə kömək etdi".
O, ailəsi ilə birlikdə vaxt keçirməkdən zövq aldığını da xüsusilə vurğulayıb:
"Üç uşaqla evdə istirahət üçün çox vaxtımız olmasa da, onlarla televizora baxmaq, oyun oynamaq, ümumilikdə onlarla keçirdiyim hər saniyədən zövq alıram. Biz evdə qalmağı və birlikdə vaxt keçirməyi çox sevirik".








Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4529 Tarix: 21 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
Ürək transplantasiyasından sonra insanın xarakterində və davranışlarında dəyişikliklərin baş verməsi ehtimalı alimlərin diqqətini çəkib. xəbər verir ki, bu barədə çinli professor Syaopin Ren danışıb. Professor bildirib ki, ürək transplantasiyasından sonra bəzi pasiyentlərin xasiyyətinin dəyişməsi il
17 oktyabrWi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrUşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr
"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə
11 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabr