Bakıdakı dəhşətli qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEO

Bakıdakı dəhşətli qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakının Qaradağ rayonunun Qobustan qəsəbəsində ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb, ölən sürücünün kimliyi məlum olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd edilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Bildirilib ki, hadisə zamanı ölən şəxs Heydərov Nizami Qədir oğludur.
12:22
"Yanğın 80 dəqiqəyə söndürülüb".

Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.
Bakıdakı dəhşətli qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOOnun sözlərinə görə, əraziyə 12 texnika və 65 şəxsi heyət cəlb olunub.

"Məlumat daxil olan kimi yanğın bölmələri hadisə yerinə cəlb olunub.

Yanğının baş verməsinə səbəb 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes" markalı yanacaqdaşıyan avtomobilin hərəkətdə olan 42-CB-514 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını ilə toqquşmasıdır. Bu toqquşmadan sonra 99-BH-926 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsi "Mercedes"ə çırpılıb".

Ə.Novruzov qeyd edib ki, hadisədən sonra "Mercedes" markalı avtomobilin sürücüsü partlayış nəticəsində dünyasını dəyişib:

"Opel" tamamilə kül olub. Avtomobildə olan 2 nəfər şəhər xəstəxanasına aparılıb. "KamAZ"ın arxa təkərləri yanıb. Sürücüsü ilə bağlı məlumat yoxdur".

11:56
Səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində baş vermiş dəhşətli qəzadan sonra ərazidə dəhşətli mənzərə yaranıb.

Oxu.Az xəbər verir ki, partlayış nəticəsində 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes" markalı yanacaq daşıyan avtomobil bir neçə hissəyə parçalanıb.

Partlayışın gücündən nəqliyyat vasitəsinin çəni kuzovundan ayrılıb.

42-CB-514 dövlət nömrə nişanlı "KamAZ" markalı yük maşını isə daşla yüklü olduğundan qəzadan qismən az zərərlə çıxıb. Zərbənin gücündən onun daşıdığı mişar daşları yola dağılıb.

Qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı "Opel" markalı nəqliyyat vasitəsi tamamilə kül olub.

10:12

Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində dəhşətli qəzadan sonra baş verən yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə nəticəsində, ilkin məlumata əsasən, bir nəfər həlak olub. Yanğının söndürülməsi ilə yanaşı FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəza zamanı 99-BH-926 dövlət nömrə nişanlı "Opel", 99-ZD-593 dövlət nömrə nişanlı "Mercedes" və 42-CB-514 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində "Mercedes"in sürücüsü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Bakıdakı dəhşətli qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEOBakıdakı dəhşətli qəzada ölən şəxsin kimliyi BİLİNDİ - YENİLƏNİB + FOTO/VİDEO09:52

Baş Dövlət Yol Polisi İdarəsi Qobustandakı dəhşətli qəza ilə bağlı yeni məlumat yayıb.

Qurumdan bildirilib ki, hadisə bu gün səhər 08:20-də Bakı-Qazax yolunun 55 kilometrliyində qeydə alınıb.

Hadisə zamanı biri yanacaqdaşıyan maşın olmaqla üç avtomobil toqquşub.

Qəzadan sonra yanğın başlayıb.

Hazırda DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

Hadisə barədə ətraflı məlumat veriləcək.

09:09

Qobustanda "KamAZ" markalı yük maşını yanacaqdaşıyan avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində yanacaqdaşıyan avtomobildə olan yanacaq dağılıb və yanğın başlayıb.

Yoldan keçən bir neçə avtomobil yanıb. Hadisə nəticəsində bir nəfər ölüb.

Hazırda Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobilin yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 11624   Tarix: 03 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021