Xocalı sakini: "İşğaldan azad olunmuş torpağımın hər zərrəsi məzarsız atamın məzar daşıdır"

Xocalı sakini: "İşğaldan azad olunmuş torpağımın hər zərrəsi məzarsız atamın məzar daşıdır""Xocalı soyqırımı zamanı mənim iki yaşım var idi. Uşaq olduğuma görə, hadisələri tam xatırlamıram. Amma uşaqlıqda yaşadıqlarımı şüur altına ötürmüşəm. Dərk edə biləcəyim anlar xatirimdədir".

Bu sözləri Oxu.Az-a müsahibəsində 1992-ci il fevralın 25-dən 26-a keçən gecə əsir götürülən Xocalı sakini Lamiyə Qarayeva deyib.

Lamiyə Qarayeva o zaman uşaq olsa belə, hər gün atışma səslərini eşitdiyini söyləyib:

"Xocalı soyqırımı baş verən günə kimi yəni fevralın 25-dən 26-a keçən gecəyə qədər 4 ay idi ki, Xocalı blokadada idi. Gediş-gəliş tam məhdudlaşdırılmışdı. Biz həmin vaxtlar ancaq zirzəmilərdə günümüzü keçirirdik. Hər gün atışma səsləri olurdu. Hücum təhlükəsi ilə yaşayırdıq.

Vahid ordu olmadığı üçün Xocalının cavan oğlanları, ürəkli gəncləri könüllü şəkildə Xocalının müdafiəsinə qalxmışdılar. Nəticə olaraq Tofiq Hüseynovun rəhbərliyi ilə özünümüdafiə batalyonu yarandı. Atam və dayım özünümüdafiə batalyonunun döyüşçüsü idi. Həmin gecə evə gəlib, bildirdilər ki, artıq Xocalıya giriblər. Hücuma hazırlaşıblar. Xocalını tərk etmək lazımdır".

Lamiyə Qarayeva həmin gecəni xocalıların mübarizliyinin, qəhrəmanlığının bariz nümunəsi olduğunu qeyd edib:

"Xocalıda əhalinin ehtiyaclarının ödənilməsi kimi problemlər var idi. Bu qədər təhlükə ilə yaşadılar. Xocalılar bilirdilər ki, belə bir dəhşətli gecə yaşana bilər. Lakin heç kəs öz evini, elini, obasını qoyub getmədilər. Bu da xocalıların mübarizliyinin, qəhrəmanlarının bariz nümunəsidir.

Anamın dediklərinə görə, Dəmiryol vağzalı var imiş. Bir müddət orada qalmışıq. Orada belə ümidimizi itirmədik, evimizə qayıdacağımızı düşünürdük".

Həmin gecə sanki təbiət də qan ağlayırdı..

Müsahibimiz ermənilərin həmin gecəni seçmələrinin təsadüf olmadığını bildirib:

"Əhalinin oradan çıxmasına məhdudiyyət üçün sırf belə bir gecə seçilmişdi. Ermənilər tərəfindən bir neçə səbəbi var idi. Xocalı olduqca əhəmiyyətli bir mövqedə yerləşirdi. Həmin ərazidə ən çox azərbaycanlılar yaşayırdılar. Həm də Qarabağda yeganə aeroport yerləşirdi. Həm də həmin gecə fevralın 26-da guya onlar əhalinin təhlükəsiz çıxması üçün açıq dəhliz bir yol qoyublar. Əslində onların mülki insanlarla heç bir işi olmamalıydı. Bunlar ağ yalandır. Açıq dəhliz dedikləri yerdə elə ən çox meyit var idi. Ən çox orada qətliam törədilmişdi.

Dəmiryol vağzalından istiqamətimizi tutduq. Hətta Xocalıya illərlə bələdçilik etmiş insanlar da yolu tapmaqda çətinlik çəkirdilər. Əhali pərəm-pərəm oldu. Hər dəstə bir istiqamət tutdu. Biz Ağdamın Abdal Gülablı kəndi istiqamətində gedişi planlaşdırmışdıq. Lakin səhvən yolu düzgün tapa bilmədik. Dəhraz kəndinə üz tutduq. Orada ermənilər tərəfindən pusquya düşdük. Atışma oldu. Bizim 200-300 nəfərlik dəstədə ciddi şəkildə qətlə yetirilənlər oldu. Başqa çarəmiz olmadığı üçün təslim olduq. Əsir götürüldük.

Biz Xocalıdan çıxanda Qarqar çayını keçəndə çətinlik çəkdik. Ac-susuz qaldıq. Kətik meşəsindən çıxmağa çalışırdıq, Lakin yenə də gəlib eyni nöqtəyə çatırdıq. Qarqar çayını keçəndə ciddi şəkildə əziyyət çəkdik. Həyatını itirənlər də oldu... Qadınlara soyuq o qədər pis təsir etmişdi ki, yalvarırdılar dözə bilmirik, güllələyin.

Əsirlikdə bizlə bərabər olanlar içərisində özünümüdafiə batalyonun döyüşçüləri var idi. Atamla bərabər 13 nəfər döyüşçü var idi. Çox böyük işgəncələr verilib. Bizə yemək, su vermədilər. Heç kəsə mərhəmət göstərmədilər. Döyüb, təhqir edirdilər".

Hadisələrin şahidi atasını gəlib, apardıqlarını qeyd edib:

"Özünümüdafiə batalyonun döyüşçülərini gəlib, götürdülər. Atamı seçib aparanda, bir sutka dayanmadan ağlamışam. Mənə erməni qoca qadın quru çörək verəndə, mən əlimi vurub, çörəyi əlindən saldım. Dedim - "mənim atamı aparmısınız, gətirin".

Özünümüdafiə batalyonunu seçib, apardılar. Bundan sonra çöldə 13 güllə səsi gəldi. Biz bu gün də bilmirik ki, hədəfə tuşlanmış güllə səsi imiş, yoxsa o insanlardan ümidimizi kəsmək üçün ediblər. Hələ də ümidimiz var ki, sağdılar. Məlumatımız yoxdur. Sağ olduqlarına güman edirik. Çünki əsirlikdə olan qadınlardan birinin dediyinə görə, məhz seçilib, çölə çıxarılanlardan 10 dəqiqə sonra qadın çölə çıxıb, qayıdanda yerdə qan izi görməyib. Bir ümiddir. İçimizdə yaşadırıq. Uşaqkən ən böyük xəyalım atama qovuşmaq idi. Atam Yusifəli Qarayev 25 yaşında şəhid oldu".

L.Qarayeva atasının yaşamaması üçün dua etdiyini söyləyib:

"Böyüdükcə erməni əsirliyində olmağın çətinliyini gördüm. Hər gün dua edirəm ki, atam yaşamamış olsun. Bir qız övladı üçün atanın olmamağı çox ağırdır. Çox böyük itkidir. Xəyallarımı gerçəkləşdirə bilməmişəm. Atamın yoxluğunu hiss edirəm. Həmin qarlı qış gecəsində yaxınlarımı itirən hər kəs itkinin nə demək olduğunu bilir.

Xocalı soyqırımında Xocalı sakinlərindən elə bir ailə yoxdur ki, həmin gün öz nəsibini götürməmiş olsun. Bu gün ağır da olsa, onun sağ olmaması üçün dua edirdim. Ruhunun şad olduğunu bilirəm".

Biz xocalıların itkilərinin təsəllisi yoxdur. Həmin gecə yaşadığımız, aldığımız travmalar unudulmayacaq. Razılaşmıram ki, Xocalı soyqırımının 613 şəhidi var. Xeyr, belə deyil. Xocalı soyqırımı zamanı olan itkilər həmin gecə ilə yekunlaşmır. Xocalı soyqırımından sonra 3-4 ay erməni əsirliyində qalanlar oldu. Azad olduqdan sonra fiziki, psixoloji təzyiqlərdən dünyasını dəyişənlər də az olmadı. Bütün bu itkilər Xocalı soyqırımının itkiləridir".

Şəhid qızı torpaqların hər qarışını atasının məzar daşı hesab etdiyini söyləyib:

"Şəhidlərimizin qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Biz o torpaqları itirmişdik. Düzdür, itkilərimiz olmuşdu. Şəhidlərimizin qanı yerdə qalmadı. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu.

Bütün şəhidlərə rəhmət diləyirəm. Amma bizə heç bir təsəlli yoxdur. Torpaqların azad olunması, bayrağımızın vaxtı ilə işğal altında olan torpaqlarda dalğalanması bizim üçün ən böyük fəxarətdir. Məzarı belə olmayan şəhidin qızı üçün işğal azad olunmuş torpağımın hər zərrəsi məzarsız şəhidimin məzar daşıdır.

Hər zaman təbliğat aparmalıyıq. Öz tariximizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Qərbi Azərbaycan torpaqlarının da bizim torpaq olduğunu sübut etməliyik, nəsillərə ötürməliyik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1493   Tarix: 04 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Təhsil proqramları hər bir dövlətin strateji inkişaf yolunda əsas alətlərdən biridir" - DEPUTAT

"Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunun inkişaf etdirilməsidir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişa

18 iyun
.

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Kamboca Xalq Partiyası (KXP) Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Senatının sədr müavini Thun Vathana ilə görüşüb. Bu barədə "Report"a Milli Məcıisdən məlumat verilib. Görüşdə coğrafi uzaqlığa baxmayaraq, Azərbayca

13 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun
.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

İlham Əliyev Vladimir Putini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı - Rusiya Günü münasibətil

12 iyun
.

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi

2 iyul