Putin Trampın qələbəsini raket və bombalarla qeyd edəcək

Rusiyanın Aralıq dənizində cəmləşdirilmiş hərbi gəmi qruplaşmasının iştirakı ilə yaxın saatlarda Suriyada müxaliflərin mövqelərinə şiddətli aviasiya və raket zərbələri endiriləcək.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb. Məlumata görə "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisi və "Böyük Pyotr" raket kreyserinin başçılıq etdiyi gəmi qruplaşmasından həm qanadlı raketlərlə, həm təyyarələrlə yaraqlıların Hələb ətrafındakı mövqeləri vurulacaq. Habelə Rusiyanın Suriyadakı Hmeymim aviabazasından təyyarələr Hələbin bombalanmasını bərpa edəcək.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi şərh etməyib. Lakin daha sonra "İnterfaks" hərbi qaynaqlardan məlumatı təsdiqlədə bilib. Mənbələr bildiriblər ki, "Admiral Kuznetsov" təyyarədaşıyanın göyərtəsindəki aviasiyanın da iştirakı ilə yaxın saatlarda Hələb ətrafına zərbələr endiriləcək. Mənbə terrorçuların Hələbin mühasirəsini yarmaq səylərinin nəticə verməyəcəyini bildirib.

Rusiyanın Şimal donanmasının gəmiləri "Admiral Kuznetsov" təyyarədaşıyanının başçılığı ilə bir neçə NATO ölkəsinin sahili boyu nümayişkarənə şəkildə üzərək bir neçə gün əvvəl Aralıq dənizinə çatıb. Yolboyu onlara Baltik donanmasının gəmiləri və Qara dəniz donanmasından təchizat gəmiləri qoşulub. Bu, Rusiyanın Aralıq dənizində ən irimiqyaslı qüvvə cəmləşdirməsidir.

Böyük Britaniya xarici kəşfiyyatı Rusiyanın Aralıq dənizinə qüvvə cəmləşdirməsinin Hələbə yeni hücum planı ilə bağlı olduğunu açıqlamışdı.Lakin Rusiya rəsmiləri bunu təkzib etmişdi. Bir çoxlarına görə Rusiyanın məqsədi sadəcə olaraq Qərbə güc nümayişi idi və hərbi baxımdan cəmi 20 təyyarə götürə bilən "Admiral Kuznetsov"un Şimal dənizindən Aralıq dənizinə dartılıb aparılması məntiqli deyildi.

Lakin indi təsdiqlənir ki, Rusiyanın Aralıq dənizinə gəmi qruplaşması cəmləşdirməsinin məqsədi məhz Hələbə yeni və güclü zərbələr endirməkdir. Özü də bu zərbələr ABŞ-da prezident seçkilərinin nəticələrinin elan olunması ilə eyni vaxtda başlayacaq. Başqa sözlə, Rusiya prezidenti Vladimir Putin ABŞ seçkilərinin nəticələrini atəşfəşanlıqla qeyd edəcək, bu atəşfəşanlıqda fişənglər deyil, raketlər və bombalar işə salınacaq.
Nədən Putin Hələbə zərbələri ABŞ seçkilərinin nəticələrinin açıqlanması ilə eyni vaxta təyin edib? Belə görünür ki, bu, "Putinin adamı" imici qazanmış Donald Trampın seçkilərdə az ehtimal olunan qələbəsini qeyd etmək məqsədi daşımır. Əksinə, böyük ehtimalla seçkiləri udacağı gözlənilən və Rusiyaya qarşı sərt xətt tərəfdarı olan Hillari Klintonu "təbrik etmək" üçün nəzərdə tutulur.

Xatırladaq ki, Barak Obama və administrasiyası Suriya məsələsinə, daha doğrusu bu məsələdə ABŞ-ın Rusiyaya uduzmasına görə tez-tez tənqid olunur. Hillari Klinton isə hakimiyyətə gələcəyi halda Rusiyanın Yaxın Şərqdəki aqressiv addımlarına sərt cavab veriləcəyi haqda danışırdı.Putin isə nümayiş etdirir ki, ABŞ-da hakimiyyətə Hillari Klintonun gəlməsi onun Suriya taktikasını dəyişdirə bilməz. Habelə o, bundan sonra da Rusiyanın maraqlarını təmin etmək üçün silahdan istifadədə tərəddüd etmək niyyətində deyil.
Putin Trampın qələbəsini raket və bombalarla qeyd edəcəkPutin Trampın qələbəsini raket və bombalarla qeyd edəcəkPutin Trampın qələbəsini raket və bombalarla qeyd edəcəkPutin Trampın qələbəsini raket və bombalarla qeyd edəcək


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2873   Tarix: 09 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gözlənilməz kəşf Qədim Misirin mənşə tarixini yenidən yazdı

Qədim Misirin mənşə tarixi alimlərin onun ən qüdrətli dövrünə dair yeni xronologiya təqdim etməsindən sonra yenidən nəzərdən keçirilib. Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, bu kəşf Misirin erkən sülalələrinin xronologiyasını dəyişdirərək Yeni səltənətin yaranmasını əvvəl düşünüldüyündə

16 dekabr
.

Ukrayna və Portuqaliya dəniz dronlarının birgə istehsalı barədə razılığa gəlib

Ukrayna və Portuqaliya Ukrayna dəniz pilotsuz uçuş aparatlarının birgə istehsalı barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Aleksandr Kamışin "X" sosial şəbəkəsində bildirib. "Biz dronlarımızın Rusiya hərbi gəmilərinə və sualtı qayıqların

20 dekabr
.

Alimlər təbii elektrik stansiyaları kimi fəaliyyət göstərən qayalar kəşf etdi

Alimlər hidrogen istehsal edən və "reaktor" kimi davranan süxurlar aşkar ediblər. Bu tapıntı dərin okeanların kimyasının necə işlədiyini və ehtimal ki, milyardlarla il əvvəl həyatın necə yarandığını anlamaq üçün mühüm açar rolunu oynayır. Qaynarinfo nəşrinə istinadən xəbər verir ki, Kardif

15 dekabr
.

Tramp xalqa müraciət etdi - Video

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciət Ağ Ev tərəfindən yayımlanıb. "11 ay əvvəl xaosu miras aldım və indi bu vəziyyəti düzəltmək üzərində çalışıram", - Tramp çıxışının əvvəlində bildirib. O, demokratlar

18 dekabr
.

Dünya liderlərindən aldığı hədiyyələri satır

İtaliyanın Baş naziri Corciya Meloni dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə satışa çıxarır. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Co Baydenin ona verdiyi keramika qabdan tutmuş Albaniya Baş naziri Edi Ramanın ona hədiyyə etdiyi ad günü şərfinə qədər təxminə

17 dekabr
.

Ukrayna prezidentinin işdən çıxarılan aparat rəhbəri Andrey Yermak haradadır?

Korrupsiya qalmaqalından sonra işdən çıxarılan Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak "heç yerə getməyib" və hər axşam Konça-Zaspadakı iqamətgahında Volodimir Zelenski ilə ünsiyyət qurur. xəbər verir ki, məlumatı yayıb. Mənbələrin bildirdiyinə görə, Zelenski özü ofisini birbaş

20 dekabr
.

Milyarderin 100-dən çox uşağı varmış - Maskla quda olmaq istəyir

"Duoyi" onlayn oyun şirkətinin təsisçisi, 48 yaşlı çinli milyarder Xu Bo ABŞ-də fəaliyyət göstərən surroqat agentlikləri vasitəsilə 100-dən çox ABŞ doğumlu uşaq sahibi olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Xunun gələcəkdə uşaqlarından birinin amerikalı sahibkar və iş adam

16 dekabr
.

Çində günəş elektrik stansiyası səhranı "oyandırdı" - Alimlər

Günəş enerjisi bu gün çox perspektivli sayılır, baxmayaraq ki, günəş panellərinin istismarı zamanı və xüsusilə də onların xidmət müddəti başa çatdıqdan sonra ekoloji təsirlər barədə müəyyən narahatlıqlar mövcuddur. Lakin bəzi hallarda günəş panelləri ekologiya üçün əhəmiyyətli müsbət təsir göstərə bilər

18 dekabr
.

Süni intellekt "həmkarları" tərəfindən yaradılan video və fotoları müəyyən etməyi öyrənib

"Google" şirkəti süni intellekt modelləri tərəfindən yaradılan foto və videoməzmunu tanımaq üçün "Gemini" çatbotuna xüsusi vasitə əlavə edib. bu barədə "The Verge" resursuna istinadən xəbər verir. Məlumata görə, yeni vasitə "SynthID" rəqəmsal nişanına əsaslanır

20 dekabr