"Rusiya-Ukrayna müharibəsində ən çox zərər kimə dəydi?" - ŞƏRH

"Rusiya-Ukrayna müharibəsində ən çox zərər kimə dəydi?" - ŞƏRH"Sabah Rusiya-Ukrayna müharibənin bir ili bitir. Bu müharibənin bütün dünyaya təsir etməsi təbii idi. Çünki söhbət 148 mln.kv.km. quru sahəsi olan planetin 12%-ə sahib olan bir ölkədən gedir.Bu bir il ərzində oxuduğum və eşitdiyim ən böyük yanlış fikir sanksiyaların Rusiyadan daha çox Qərbə zərər verməsi haqqındakı fikirlər idi. Küçədə piyadanı avtomobil vuran zaman avtomobilə də zərər dəyir. Amma qəza zamanı alın şüşəsi çatlamış avtomobilə həyatını itirməkdə olan piyadaya dəymiş zərərləri müqayisə etmək nə qədər məntiqlidirsə, bu da o qədər məntiqlidir".

Bu sözləri Sonxeber.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
"Rusiya-Ukrayna müharibəsində ən çox zərər kimə dəydi?" - ŞƏRHO bildirib ki, müharibə başlayan kimi dedilər Avropa Rusiya qazı olmadan qışdan çıxa bilməyəcək, donacaq.

"Müharibənin 11-ci günü (7 mart tarixində) Avropada qazın qiyməti rekord vuraraq maksimum 3 900 dollara çatdı. Rusiya neft-qazı olmadan dünya olmaz deyənlərin səsi daha yüksəldi. Amma bu gün qazın qiyməti cəmi 600 dollardır. 7 dəfə azaldı qiymət. Qış isə geridə qaldı.

Bəs kim qalib gəldi?

Təbii ki Amerika. "S&P Global Commodity Insights" tərəfindən hazırlanmış hesabatlara əsasən, ötən il təkcə II və III rüblərdə ABŞ-ın publik neft-qaz şirkətlərinin ümumi xalis mənfəəti 200,24 milyard dollar təşkil edib. Cəmi beş rübə bir trilyon dolları keçir. Hələ ondan sonrakı vaxtlarda Rusiyanın boşaltdığı qaz bazarını Amerika öz LNG-si ilə (sıxılmış maye qaz) doldurmaqdadır.
Təhlil onu göstərir ki, Rusiyanı qısa müddətdə məğlub hala gətirmək ABŞ-nın planında yoxdur. Hər şey tədricən olmalıdır. Elə minvalla olmalı ki, Rusiyanın boşaldığı hər sahəni Amerika və onun izn verdiyi tərəfdaşları doldurmalıdır. Sürətli məğlubiyyət planetdə çox boşluqlar yarada bilər. Və ABŞ qısa zamanda bu boşluqları hamısı özü doldura bilməz. Əvəzində rəqibləri (Məsələn, Çin) o boşluqları tuta bilər. Ona görə də hər şey Qant Qrafikində olduğu kimi zamanlar üzrə dəqiq idarə edilir. Hətta işlər o qədər plana uyğun gedir ki, Amerika İrana və Çinə belə hansısa güzəştə getmir, əksinə paralel konflikt nöqtələrini saxlayır və genişləndirir.
Bəs daha çox zərər kimə dəydi? Rusiyaya? Əlbəttə yox, Əvvəlcə Ukraynaya, sonra Rusiyaya. Bu gün Ukraynanın yanında olan Amerika Rusiyanı məğlub hala gətirdikdən sonra Ukraynanın bərpasına və yenidən qurulmasına vəd etdiyi xərcləri qarşılamayacaqmı? Çətin. Ukraynaya dəymiş zərər trilyon dolları geridə buraxacaq. Zərərin birinci komponenti birbaşa infrastruktur itkiləridir ki, yüz milyardlarla dollarla ölçülür. Digər kompanent hərbi infrastruktur və digər mülki xərclərdir ki, onun da məbləği hələ müharibənin ikinci ayında 300 mlrd. dollara bərabər olduğu söylənilirdi. İndiyə qədər bu məbləğ dəfələrlə artmışdır.
Üçüncü bir komponent isə Ukrayna iqtisadiyyatının itkiləridir. Bura hərbi əməliyyatları davam etdirəcəyimiz müddət və sonrakı bərpa illəri boyunca ÜDM-in azalmasıdır. Qaçırılmış fürsətlər, itirilmiş mənfəətlər, sərmayə qoyulmamış investisiyalar və digər neqativlər Ukrayna iqtisadiyyarına trilyon dollardan artıq zərər vurdu. Rusiya infrasturkturların dağıdılması baxımından Ukrayna ilə müqayisədə yaxşı hesab edilə bilsə də, iqtisadi zərər və strateji baxımdan heç də yaxşı deyil. Düzdür, Rusiyanın rəsmi statistika qurumunun açıqlamasına görə Rusiya iqtisadiyyatı 2022-ci ildə 2.1 faiz kiçilib. Amma bu statistikanın reallığı əks etdirmədiyini, azalmanın daha çox olduğunu düşünürəm. Ötən il bir müddət ümumiyyətlə rəsmi statistikaların verilməsi qadağan edildi, ələxsusda neft-qaz statistikası gizlədildi. Odur ki, azalmanın çox olması və qarşıdakı müddətdə davam etməsi qaçılmazdı".

Ekspert qeyd edib ki, DIW Berlin (Almaniya İqtisadi Araşdırmalar İnstitutu) bir neçə gün öncə isə Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına vurduğu zərərin 1,6 trilyon dollar olduğu bildirilib.

"Yəni qlobal iqtisadiyyatın 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə biləcəyi halda müharibəyə görə bunu edə bilməyib. Bu il də ən azı əlavə dəyər itkisi 1 trilyon dolları ötəcək. Bu 1.6 trilyon dolların içərisində Azərbaycanın da payı var. Yəni müharibə olmasaydı, Azərbaycan iqtisadiyyatında fərqli makroiqtisadi göstəricilər görə bilərdik. Düzdür, müharibənin Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurduğunu dəqiq söyləmək hazırkı mərhələdə mümkün deyil, amma reallıq budur ki, ölkə iqtisadiyyatı üçün mənfi təsirlər oldu. Eyni zamanda bir məsələni mütləq qeyd etmək lazımdır ki, bu müharibənin Azərbaycan üçün strateji hədəflər baxımından ciddi müsbət tərəfləri var. Müsbət və mənfi tərəflərindən, hansının daha çox olmasından asılı olmayaraq bütün hallarda müharibələr bəşəriyyətin ən pis hadisəsidir. Çünki, sülh zamanı oğlunun çiynində dəfn edilməli olan atalar, müharibə zamanı oğullarını öz çiyinlərində dəfn edirlər".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3482   Tarix: 23 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyat

8 noyabr
.

Azərbaycan və Türkiyə jurnalistləri üçün Şuşaya mediatur təşkil olunub - Foto/Video

Zəfər Günündə Azərbaycan və Türkiyə mediasının nümayəndələri üçün Şuşa şəhərinə press-tur təşkil olunub. "Report"a istinadən xəbər verir ki, tədbir Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin altıncı ildönümünə həsr edilib. Tur Yuxarı Gövhər ağa məscidinin ziyarət edilməsi il

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR

Azərbaycanda pensiya yaşına çatmaq hər kəsin avtomatik olaraq əmək pensiyası alacağı demək deyil. Vətəndaşın pensiya hüququ qazanması üçün müəyyən edilmiş sığorta stajı və ya pensiya kapitalı tələblərindən birinə cavab verməsi lazımdır. Bəs hazırda minimum pensiya almaq üçün fərdi hesabda nə qədər vəsai

8 noyabr
.

Xətai rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub - Foto/Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub. Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafi

8 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı

"2027-ci ildə isə ortaaylıq pensiyanın məbləğinin 45 manat artaraq 640 manat olacağı proqnozlaşdırılır". "AzPolitika" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev Parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bugünk

8 noyabr
.

PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Məlum olduğu kimi, 2027-ci ildə Azərbaycanda yaşayış minimumunun və ehtiyac meyarının artırılması nəzərdə tutulur. Belə ki, gələn il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdiriləcək. Ehtiya

8 noyabr