"3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver..."

"3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver...""Başımız o qədər işə qarışırdı ki, heç düşünmürdük ki, illər əvvəl çəkildiyimiz filmlərimiz illər sonra bu qədər seviləcək, klassikaya çevriləcək. Bir ana televiziyamız var idi, orada çəkilirdik. Hamı istəyirdi ki, orada çəkilsin. "Evləri köndələn yar" televiziya tamaşasını çəkəndə həyatda yaşayan çox mükəmməl aktyorlarımız var idi. Bu gün məni görənlər deyir ki, "Kübra xanım, siz gözəl sənətkarlarımızdan bizə yadigar qalmısınız". O vaxt Əliağa Ağayev də bizim üçün elə əlçatmaz idi. "Evləri köndələn yar" televiziya tamaşasında Siyavuşla olan səhnəmizdə o deyir ki, "Ədə, uçastkovunun payından". Məni tanıyanlar bilir ki, öz bazarlığımı özüm edirəm. Bir şey alarkən, deyirəm ki, "burada uçastkovunun payından olacaq?" (gülür). Bir daha tamaşaçıların yadına düşür, üzlərində təbəssüm olur, gözləri gülür. Nə oynamışıqsa, nə yadigar qoymuşuqsa hamısını tamaşaçılarımız üçün etmişik".

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib.

"Hər şeyi yerli-yerində istifadə etmək lazımdır. Bir söz ki, əgər tamaşaya, filmə şitlik qatacaq, onu gülüş xatirinə demək düzgün deyil. "Şirbalanın məhəbbəti" filmi başdan-ayağa komediyadır. Orada bir bayağılıq, şitlik görə bilməzsiniz. Bu filmin ssenarisi də həyatdan götürülmüşdü. Elə bilirsiniz ki, həyatda Şirbala, Ümbülnisə kimi qadınlar və kişilər yoxdur? Vallah var. 3-4 dəfə doğurlar, sonra kişilərin arxasınca düşürlər ki, aliment ver. Şirbala kimi gəzəyən, ailəsini atan kişilər azdır bəyəm?! Filmdə çəkilən 5 uşağımdan biri aktyor Firuz Xudaverdiyevin oğlu idi. O da 1-ci Qarabağ müharibəsində şəhid oldu. Bu filmdən sonra trolleybusa minə bilmirdim. Bir gecəyə məşhurlaşmışdım. Hər bir aktyorun imza atdığı rol var, məndə də Ümbülnisə roludur. Biz pul, ev, var-dövlət düşünməmişik, sənət düşünmüşük. Biz pulsuz sənətkarlarıq. Pul arxasınca düşüb teatra gəlməmişik", - deyə sənətkar bildirib.

Sənətkar valideynlərinin onun sənətinə qarşı olduğunu da bildirib.

"Gəncə teatrının yardımçı heyətində paltar ütüləyən işləyirdim. Evdən teatrda işlədiyimi eşidirlər. Elə bilirdilər ki, texniki işçiyəm. Teatrda bir gün məni erməni aktrisasına dublyor verdilər. Çox böyük sənətkarlarla tərəf müqabili idim. Anama dedim ki, gəl sən də bax, daxili baxışdır. Rolu necə ifa etdimsə, anam əlini dizinə vurub dedi ki, "Ağa, evin yıxılsın". Öz-özümə dedim ki, Kübra, Allah sənin köməyin olsun. Anam evə gələnə qədər öz-özünə fikirləşirdi ki, "Ağaya mən nə deyəcəyəm?". Ağa da atam idi. Bütün bu çətinliklərə baxmayaraq, anam məni Bakıya, teatrda işləməyə yolladı. Bu gün aktrisalar üçün bu cür maneələr yoxdur. Hamı aktrisa olmaq istəyir, hamı məşhurlaşmaq, çəkilmək istəyir. Valideynlər də razılıq verirlər", - deyə sənətkar əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2503   Tarix: 09 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr
.

Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb

Qazaxıstanda həbs edilən tanınmış ifaçı Navai (Nəvai Bəkirov) hazırda olduğu Taraz şəhərindəki istintaq təcridxanasında yeni treklər (mahnılar) yazmağa başlayıb. -ın "TengriNews"a istinadən xəbərinə görə, bu barədə sənətçinin vəkili Rəna Kərimova məlumat verib. Vəkilin sözlərinə görə, müğənn

18 oktyabr
.

Cim Kerri üçüncü dəfə gizli evləndi

Məşhur aktyor Cim Kerri üçüncü dəfə gizli evlənib. Axşam.az xəbər verir ki, 64 yaşlı aktyor 32 yaşlı asiyalı rəssam Min Ha ilə gizli şəkildə nikah bağlayıb. Toy Los-Ancelesdə yaxın dostlar və ailə üzvlərinin iştirakı ilə qapalı şəkildə keçirilib. Qeyd edək ki, Cim Kerri ilk dəfə 1987-ci ildə Meliss

1 oktyabr
.

"Nursema"nın taleyindən özü də xəbərsiz imiş…

Türkiyənin "Kızılcık Şerbeti" serialında dörd mövsüm "Nursema" obrazını canlandıran aktrisa Ceren Karakoç layihədən ayrılması barədə ilk dəfə ətraflı danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, Karakoç bu barədə Ayşe Armanın "Sahici" proqramında söhbət açıb. Ayşe Armanı

10 oktyabr
.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11 oktyabr
.

Başqa həbsxanaya köçürüldü

Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-

18 oktyabr
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10 oktyabr
.

Kubilayla Hafsanur ayrıldı

Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu

2 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr