"Google"un yeni "Android" Zəlzələ Xəbərdarlığı Sistemi
Son zamanlar dünyada tez-tez baş verən zəlzələlər nəticəsində cəmiyyətdə qorxu, həyəcan hissi artıb. Zəlzələlərdən qabaqcadan xəbərdar olmaq üçün insanlar müxtəlif üsullar axtarışındadırlar. Bu üsullardan biri də telefonlar üçün uyğunlaşdırılmış "Google" "Android" Zəlzələ Xəbərdarlığı Sistemidir. Bəs bu sistem nədir və ondan necə istifadə olunur?
"Google" şirkəti öz infrastrukturundan və texnologiyasından istifadə edərək, bütün dünyada baş verən zəlzələləri aşkar edən və istifadəçilərə xəbərdarlıq göndərən pulsuz sistem hazırlayıb. Xəbərdarlıq sistemi sayəsində vətəndaşlar zəlzələdən saniyələr əvvəl xəbərdar edilərək onların daha təhlükəsiz yerə hərəkət etməsinə şərait yaradılır.
Sözügedən proqram yalnız "Android" cihazları üçün əlçatandır. "iOS" üçün "Google" Zəlzələ Xəbərdarlığı sistemi hələlik aktiv deyil. Bu xəbərdarlıq sistemi telefonların "yer" parametrlərindən istifadə edir. Belə ki, bu proqram hər zəlzələnin aşkar ediləcəyinə də zəmanət vermir. Çünki telefon yaxın ətrafda 4,5 və ya daha yüksək bal gücündə zəlzələləri təyin edə bilir. Proqram telefonlardakı akselerometrlərdən istifadə edərək, silkələnməni aşkarlayır və təsirlənmiş ərazidəki "Android" istifadəçilərinə xəbərdarlıqlar göndərir.
Android Zəlzələ Xəbərdarlığı Sistemi hazırda Android OS 5.0 və daha yuxarı olan bütün smartfonlarda işləyir. Sistemin iPhone-lara nə vaxt gələcəyi bilinmir, lakin Android Zəlzələ Xəbərdarlıq Sistemini istifadə etmək istəyən Android smartfon istifadəçiləri, "Ayarlar" bölməsindəki "Məkan" seçiminə sıxaraq telefonlarında "Təcili Yerləşdirmə Xidməti"ni aktivləşdirə bilərlər.
Türkiyə, Yeni Zelandiya və Yunanıstan ilə birlikdə ABŞ-dan kənarda Android sistemli zəlzələ xəbərdarlığından istifadə edən ilk ölkələr sırasındadır. Android Zəlzələ Xəbərdarlıq Sisteminin gələcəkdə Filippin, Qırğızıstan və Özbəkistan kimi ölkələrdə də tətbiq planlaşdırılır.
Qeyd edək ki, "Google"un yeni sistemi ABŞ, Yunanıstan Yeni Zelandiyaya,Türkiyə, Filippin və digər ölkələrdə mövcuddur. Şirkət yaxın zamanda bütün dünyada bu proqramı aktiv etməyi planlaşdırır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2453 Tarix: 19 mart 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrPaltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim
11 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrSüni intellekt xəstələrə dərman təyin etməyə başladı
ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər
8 oktyabrGecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil
Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə
11 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabr