Neftin enmiş qiyməti artacaqmı? - Ekspertdən bədbin proqnoz

Neftin enmiş qiyməti artacaqmı? - Ekspertdən bədbin proqnozDünyada neftə olan tələbat azalır. Bu da özünü qiymətlərdə göstərir. Uzun müddətdir "qara qızıl"ın qiyməti 80 dollar ətrafında dəyişir. Mövcud vəziyyət bütün proqnozları tamamilə alt-üst edir.

Son zamanlar neftin qiymətinə nəzər saldıqda azalmalar müşahidə edirik. Hazırda Rusiya neftinə sanksiyalar tətbiq olunur. Həmçinin dünya iqtisadiyyatında da pandemiyadan sonra inkişaf qeydə alınır. Bəs bu amillər fonunda neftin qiymətinin azalmasına səbəb olan nədir?

"Kaspi" qəzeti bugünkü yazısında bu suala cavab axtarıb:

Neftin ən maksimum qiyməti...

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, neftin qiymətində artım və azalma müşahidə olunsa da, proses 80 dollar həddinin altında cərəyan edir: "Hazırda (28 mart) neftin qiyməti London birjasında 78 dollardır. 17 mart tarixində isə neft 72 dollara qədər ucuzlaşmışdı. Sonrakı günlərdə 76 dollara qədər artıb, martın 24-də isə 74 dollara qədər ucuzlaşıb. Ötən il dekabrın 5-də Rusiya neftinə qarşı sanksiyalar tətbiq edildi. Ondan sonra dünya bazarında neftin qiymətində bir qədər artım müşahidə edildi. Neftin ən maksimum qiyməti yanvarın 23-də 88 dollar olub. Bu ilin əvvəlində - yanvar ayının 2-də brent markalı neftin qiyməti 78 dollar idi. Bu gün də həmin qiymətədir".

Enerjiyə olan tələbat azdır

İ.Şabanın sözlərinə görə, neftin ortalama qiymətinin 80 dollardan aşağı olmasının müəyyən səbəbləri var: "Beynəlxalq Enerji Agentliyinin mart ayında açıqladığı sonuncu hesabatda göstərilir ki, OPEC+ çərçivəsində dünya bazarına qəbul etdikləri gündəlik kvotadan 1,72 milyon barel az neft çıxarılıb. Amma cari il üçün qeyd edilirdi ki, 2022-ci ilin təlatümləri bir qədər geridə qaldığına görə dünyada neftə olan tələbat artacaq və dünya iqtisadiyyatında daha çox artım müşahidə olunacaq. Bu hələ ki özünü göstərmir. İstər Beynəlxalq Valyuta Fondu, istər Dünya Bankı cari il üçün dünya iqtisadiyyatının artım tempinin dekabrda verdikləri proqnozdan daha aşağı olacağını bildiriblər. Bu da o deməkdir ki, enerjiyə olan tələbat heç də proqnoz edildiyi kimi deyil. Yəni dünya bu gün iqtisadi artıma müvafiq olaraq daha az enerji ilə kifayətlənməyə köklənib".

İsti hava və inflyasiya

Ekspert bildirdi ki, enerjiyə tələbatın azalması həm də inflyasiya ilə bağlıdır: "Digər tərəfdən, cari ilin ilk üç ayı, yəni qış mövsümü şimal yarımkürəsində kifayət qədər mülayim keçdi. Bununla da enerjiyə tələbat azaldı. İnflyasiya insanların gəlirlərinin azalması deməkdir. İnsanların gəlirləri azalanda, onlar bahalı malları almağa meyilli olmurlar. İnkişaf etmiş ölkələrdən kasıb ölkələrə qədər hamısında inflyasiyanı müşahidə edirik. Yəni ölkələr varlanmır, əksinə, kasıblaşır. Kasıblaşanda kredit borcu yaranmasın deyə xərcləri azaltmaq lazımdır. Xərcləri azaltdıqda enerjiyə olan tələbat da azalır. Bütün bu səbəblər neftin qiymətinin artımının qarşısını alır".
Ölkələr əgər ucuz neft alırlarsa...

İ.Şaban qeyd etdi ki, hazırda dünya bazarında neftin qiymətinin artımına gətirib çıxaracaq heç bir amil yoxdur: "Neftin qiyməti o zaman qalxır ki, bazarda qıtlıq olsun. Hazırda o qıtlığı yaşamırıq. İkinci məsələ budur ki, Rusiya kimi bir ölkəni Avropa kimi iri istehlak bazarından ayırıblar. Rusiya da həcmlərini dünyanın digər böyük istehlak bazarı olan Çin və Hindistanda ucuz qiymətə satır. Bu ölkələr əgər ucuz neft alırlarsa, demək orada əvvəllər satılan başqa həcmlər artıq satılmır. Təklif çoxalanda qiymət artıma meyilli olmur".

Dünya artıq müharibəyə öyrəşib

Ekspert dedi ki, neftin qiymətini artıran digər səbəb dünyada hansısa təlatümlərin olmasıdır: "Artım üçün bazarda qlobal hadisələr baş verməlidir. Yəni böyük bazarlar arasında müharibə, münaqişə yaşansa, artım ola bilər. 2022-ci ildə belə bir şey oldu və qiymətlər artdı. Amma indi dünya artıq müharibəyə öyrəşib. Yeni yollar, bazarlar, təchizat sxemləri yarandığından risklər azalmağa başlayıb. Risklər azaldığında isə qiymət artımı müşahidə edilmir. Rusiya Baş Nazirinin müavini Aleksandr Novakın açıqladığına görə, Rusiyada neft hasilatı mart ayında 500 min barel azalıb. Sanksiya varsa, azalmalıdır. Ancaq bu azalma dünyadakı iqlim amillərinə, iqtisadiyyatın artım tempinə uyğun olmadığından bazarda qıtlıq yoxdur. Bunun nəticəsində qiymətlər 80 dolların altındadır".

"Qiymətlərin artacağını gözləmirəm"

İ.Şaban bildirdi ki, dünyadakı proqnozlar qiymətlərdə artımın olacağını ifadə etsə də, elə olmayacaq: "Bütün proqnozlarda, istər Beynəlxalq Enerji Agentliyi, istər OPEC qeyd edirlər ki, neftin qiyməti üçüncü rübdən başlayaraq artmağa doğru gedəcək. 100, 110, 95 dollar kimi qiymətlər səsləndirirlər. Ancaq 2015-ci ildən sonra verilən proqnozların reallıqda gerçəkləşdiyini müşahidə etməmişəm. Mən şəxsən qiymətlərin artacağını gözləmirəm. İlin sonuna qədər proqnoz vermək çətindir. Ancaq görünən odur ki, yaxın 6 ay üçün neftin qiyməti yenə də 75-80 dollar arasındakı dəhlizdə dəyişəcək".

Azalma özünü gəlirlərdə də göstərəcək

Ekspertin sözlərinə görə, bu il üçün Azərbaycanın da neft gəlirləri aşağı düşəcək: "Əgər 2022-ci il üçün Neft Fondunun gəlirləri faktiki olaraq 9,9 milyard dollar olmuşdusa, bu il ən yaxşı halda 8 milyard dollar olacaq. Proqnozlara görə, Azərbaycanın neft hasilatı təqribən 1 milyon ton azalacaq. Bu azalma özünü gəlirlərdə də göstərəcək".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2710   Tarix: 01 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr