"iPhone"u yaradan, iy verən milyarder haqqında MARAQLI FAKTLAR

"iPhone"u yaradan, iy verən milyarder haqqında MARAQLI FAKTLAR5 oktyabr 2011-ci ildə dünyasını dəyişən "Apple" şirkətinin qurucusu Stiv Cobs haqqında yazılmayan, deyilməyən çox az şey qalıb. 2013-cü ildə onun həyatından bəhs edən "Jobs" filmi də təqdimatı ilə dünyanın diqqəti yenə ona yönləndirmişdi. Lakin bu gün də əfsanəvi insan Cobsun həyatına bir daha nəzər salmaqda fayda var.

"Apple" qurucusu heç də filmlərdə gördüyümüz, kitablarda oxuduğumuz o "yaxşı" qəhrəman deyil. Bizim üçün hazırladığı telefonlar, kompüterlər belə bu həqiqəti dəyişməyə yetmir. Çünki qarşımızda müvəffəqiyyət üçün hər yola baş vuran bir dahi var.

Dizaynını bəyənmədi, oksigen maskalarını geri qaytartdı

"Apple" məhsullarını digərlərindən fərqləndirən ən vacib şey onların dizaynıdır. Kəmhövsələ, qəribə və zalım olmaqla yanaşı həm də mükəmməlliyə can atan biri idi Cobs. Qüsursuzluğa və gözəl dizayna sevgisi xəstə yatağında belə onu tərk etməmişdi. Xəstəliyinin son mərhələsində, güclə nəfəs almağına rəğmən dizaynını bəyənmədiyi üçün 5 ədəd oksigen maskasını geri qaytartdırmağı dəlilik sayılmazdımı?!

Övladlığa götürülmüş dahi

Stiv Cobs ömrünün böyük bir qismini şəxsiyyət axtarışına sərf edib. Bunun ən böyük səbəbi isə övladlığa götürülməsi idi. Yaxşı bir ailədə böyüməsinə baxmayaraq, xüsusilə gənclik illəri təlatümlü olub. Hindistana səfəri, Zen marağı və hətta narkotik vasitələrdən istifadəsi də bununla bağlıydı.

Bioloji ata-anası universitet dövründə tanış olub. Cobsun anasının ailəsinin etirazından sonra yeni doğulmuş uşağı övladlığa vermək məcburiyyətində qalıblar. Pol Reynhold və Klara Cobs tərəfindən böyüdülən Stiv məktəb illərində yüksək İQ göstəricisi və yaxşı qiymətlərinə görə iki sinif irəliyə keçirilib. Cobs ailəsi bütün gəlirlərini oğullarını oxutmaq üçün xərcləyiblər. Ancaq Stiv altı ay sonra məktəbi ataraq xəttatlıq kursuna yazılıb.

İki Stiv var

Stiv Cobs 16 yaşında başqa bir Stivlə - Voznyakla tanış olub. Aralarında beş yaş fərq olmasına baxmayaraq, çox yaxşı yola gedirlər. İki Stiv Ronald Ueynlə birləşərək "Apple" şirkətinin əsasını qoyurlar. Ueyn bir müddətdən sonra şirkətdəki 10%-lik hissəsini 800 dollara satıb və Stivlərdən ayrılıb. Həmin o 800 dollarlıq hissə hazırda bir neçə milyon dollar dəyərindədir.

"Apple 1" ilə başlayan PC inqilabı Makintoşla davam edib. Ancaq Cobsun "PepsiCo"dan "Ömrünün axırına kimi şirin su satmaq istəyirsən, yoxsa dünyanı dəyişdirmək?" deyib dəvət etdiyi Con Skalli onu yerindən edib və Stiv öz qurduğu şirkətdən qovulub. 11 il sonra şirkətə dəvət edilən Cobs iPod, iPad, iPhone inqilabı ilə həyatımızı dəyişdirib.

iPhone ilhamını İstanbuldan aldı!

Deyilənə görə, Stiv Cobs hələ iPod, iPhone və iPad kimi məhsullar hazırlanmamışdan əvvəl ailəliklə İstanbula gəlib. Burada bütün dünyada gənclərin eyni markalardan geyindikləri, eyni yerlərdə qidalandıqlarının fərqinə varıb və "niyə eyni telefonları, eyni cihazları işlətməsinlər?" deyərək öz texnoloji inqilabına qərar verib.

Stivdən sonra "Apple"

Cobsun ölümündən sonra şirkətə işgüzarlığı ilə seçilən Tim Kuk rəhbərlik etməyə başladı. Sıfırdan qurulan şirkət 14 ildə 110 milyard dollar gəlir əldə etdi. Bu gəlirin əldə edilməsində böyük rol oynayan Kuk daha ürəyiyumşaq rəhbər kimi fərqlənir. O, tez-tez maaş artımı və mükafatlarla işçiləri sevindirir, üstəlik Çində fəaliyyət göstərən fabriklərdəki iş rejimini yüngülləşdirir. Cobsdan sonra məhsul satışları aşağı düşməsə də, innovativ baxımdan böyük itki verdiyi göz qabağındadır.

Stiv Cobsun həyatından bəzi maraqlı faktlar:

- Universiteti atandan sonra video oyunlar istehsalı ilə məşhur olan "Atari" şirkətində işləyib. İşçilər Cobsdan "iy gəlməsi" ilə bağlı şikayət edib və Stiv gecə növbəsinə keçirilib.

- Meyvə pəhrizi saxlayan Cobs Voznyakın "Matrix", "Executek" kimi ad təkliflərini rədd edib və şirkətin adını "alma" qoyub.

- "Apple" üçün hazırlanan ilk loqo bütöv bir alma olub. Amma şəkildə alma gilasa bənzədiyi üçün dişlək də əlavə edilib.

-1984-cü ildə müxbir məhsulla bağlı Cobsdan marketinq araşdırması aparılıb-aparılmadığını soruşub. O da cavabında: "Qraham Bell telefonu kəşf edəndə marketinq araşdırması aparmışdı ki?" deyib.

Stiv Cobsdan 8 TƏSSİRLİ SİTAT

1. Dahi işlər tək insan deyil, komanda tərəfindən həyata keçir.

2. Bəzən həyat başınıza bir kərpic vurur, amma inamınızı itirməyin.

3. Mənim işim insanların həyatını deyil, onların özlərini yaxşılaşdırmaqdır.

4. İnsanlar düşünürlər ki, fikri ideyaya çevirmək – ağıla gələn təkliflərə "hə" deməkdir. Əslində, elə deyil. Bu, yüzlərlə yaxşı ideyaya "yox" deməkdir.

5. Siz ideyaları yaxşı seçməlisiniz. Mən həm etdiklərimlə, həm də etmədiklərimlə qürur duyuram.

6. Bəzən nəsə icad edərkən səhvlərə yol verirsiniz. Əsas odur ki, onları mümkün qədər tez aşkar edəsiniz.

7. Dahi işlər görməyin tək yolu etdiyiniz işi sevməkdir. Əgər hələ də belə bir iş tapmamısınızsa, axtarışlara davam edin, təslim olmayın.

8. Ürəyinizin səsini eşidəcək qədər cəsarətli olun. O, həqiqətən kim olmaq istədiyinizi necəsə bilir. (Kulis.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1335   Tarix: 14 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Bu iki paltarı heç vaxt bir yerdə yumayın

Bir çoxumuz vaxta qənaət etmək üçün bütün paltarları eyni səbətdə toplayıb birlikdə yuyuruq. Lakin mütəxəssislər ağır qış geyimləri ilə həssas parçaların heç vaxt eyni qazanda yuyulmaması lazım olduğunu bildirirlər. xəbər verir ki, həssas geyimlər adətən tor içində, soyuq suda yuyulmalıdır. Ağır parçala

10 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr