"Google"dən istifadəçilərə MÜRACİƏT: "Chrome"u təcili yeniləyin

"Google"dən istifadəçilərə MÜRACİƏT: "Chrome"u təcili yeniləyin"Google" təhlükəli zəifliyi aradan qaldıran "Chrome"un masaüstü versiyası üçün təcili yamaq buraxıb.

Təcavüzkarların qüsurdan istifadə etməsi halları artıq məlum olduğu üçün şirkət versiyanı mümkün qədər tez yeniləməyi xahiş edir.

"Bleeping Computer"in ekspertləri bu barədə xəbərdarlıq ediblər.

Ekspertlərin sözlərinə görə, sistemdəki boşluğun ilin əvvəlindən mövcud olacağı ehtimal edilir. Onun köməyi ilə hakerlər "Chrome" axtarış sistemindən istifadə edən istifadəçilərin kompüterinə və ya smartfonuna casus proqramlar yeridə bilərlər.

CVE-2023-2033 kod adlı zəifliklər ən yüksək təhlükə səviyyəsi müəyyən edib. "Google" qeyd edib ki, təhlükəsizlik səbəbi ilə zəifliyin texniki təfərrüatlarını paylaşmayacaqlar - bu, "Chrome" sahiblərinə brauzerlərini yeniləmək üçün kifayət qədər vaxt verir.

Şirkətin mütəxəssislərinin aydınlaşdırdığı kimi, siz "Google Chrome"u Parametrlər vasitəsilə yeniləyə bilərsiniz - Chrome haqqında. Brauzer Windows, Linux və Mac-də 112.0.5615.121 versiyasına yenilənməlidir. Chromium mühərrikində işləyən Edge, Brave və digər brauzerlərin istifadəçilərinə də proqram yeniləmələrini yoxlamaq tövsiyə olunur.

Əlavə etmək lazımdır ki, "Google" birləşdirilmiş bütün platformalarda istənilən digər brauzeri qabaqlayır. 2023-cü ilin mart ayında "Chrome" bazarın 64,8 faizinə sahibdir. İkinci ən populyar brauzer 19,5 faizlə "Apple Safari"dir. İlk üçlüyü 4,6 faiz bazar payı ilə "Microsoft Edge" qapayır. Dördüncü və beşinci yerləri 2,93 faizlə "Firefox" və 2,57 faiz payla "Samsung Internet" mobil brauzeri tutur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1855   Tarix: 16 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Telefonun yaddaşı dolub? Fotolardan əvvəl bu 5 tətbiqi yoxlayın

Android telefonunuzda boş yer azalıbsa, foto və videoları silməyə tələsməyin. Yaddaşda yer tutan bəzi tətbiqlərin funksiyaları artıq Google xidmətlərində mövcuddur. Eyni işi görən əlavə proqramlardan imtina etməklə müəyyən qədər yer boşaltmaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "CHIP.de"

4 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr