Sevgilinizin sizə hörmət etdiyini göstərən 10 əlamət

Sevgilinizin sizə hörmət etdiyini göstərən 10 əlamətSevgi münasibətlərində ən önəmli olan qayda bir-birinizə hörmət etməkdir. İstər xanımlar, istərsə də bəylər hər zaman qarşı tərəfə sayğı göstərməlidir.

Lakin hər nə qədər qadınları anlamağın çətin olduğu deyilsə də, bu söz kişilər üçün də keçərlidir. Çünki xanımlar da eynilə qarşı cinsi tanımaqda çətinlik çəkir, onların sevib-sevmədiyini, dəyər verib-vermədiklərini anlaya bilmirlər.

Əziz xanımlar, bir sevgiliniz, yaxud da xoşunuza gələn kimsə var və onun sizə hörmət etdiyini başa düşə bilmirsiz?

Elə isə OLAY qarşı tərəfin sizə hörmət etdiyini göstərən 10 əlaməti təqdim edir:

Birincisi, bütün diqqətini sizə yönəldər.

Xanımlar tez-tez diqqətsizlikdən şikayətlənirlər. Çünki zaman-zaman qarşı tərəfin onlarla maraqlanmadığını hiss edirlər. Bir kişi sizə hörmət edirsə, mesajlarınıza gec cavab verməz, yemək yeyəndə diqqəti yalnız sizdə olar, telefona baxmaq yadına düşməz. Lakin bu hissi möhtaclıq duyğusu ilə qarışdırmayın.

Əgər birgə qurduğunuz planları tez-tez təxirə salırsa, sizin yanınızda dostları ilə mesajlaşırsa, zənglərinizi gec cavablandırırsa, özünüzü yormayın. Onun diqqətini çəkmək üçün vaxt sərf etməyin. Sizə dəyər verəcək başqa biri ilə qarşılaşa bilərsiniz... Çünki həyat layiq olmayan adamlara zaman xərcləyəcək qədər uzun deyil.

İkincisi, fikirləriniz onun üçün önəmli olar.

Bir söhbət əsnasında sözünüzü kəsib, susdurulmaqdan pis heç nə yoxdur. Sizinlə eyni fikirdə olsun, ya da olmasın. Bu, əhəmiyyət kəsb etmir. Çünki sizi sevirsə və hörmət edirsə, fikirlərinizi sona qədər dinləyəcək. Düşüncə tərzinizin necə olduğu ilə maraqlanacaq. Davamlı olaraq nə düşündüyünüzü soruşub, fikirlərinizi ciddi qəbul edəcək. Eyni qadınlar kimi kişilər də tövsiyə ala biləcəyi, fikir mübadiləsi edəcəyi insanlarla dostluq etmək istəyir.

Mövzulara öz baxış bucağınızdan münasibət bildirəndə sizə gülən, düşünmədən rədd edən adamla eşq yaşayırsınızsa, bilin ki, o, tək hörmətsizlik etmir. Həm də böyümək üçün vaxta ehtiyacı var.

Üçüncüsü, sizi idarə etməyə çalışmaz.

Münasibətlərdə daim xanımları yönləndirən, kontrol edən kişilər bunu qorumaq kimi başa düşürlər. Bu, çox vaxt bir güc nümayişi kimi göstərilsə də, lap dərinlikdə güvənsizlik, qorxu və ya dəyərsizlik kimi hisslərdən qaynaqlanır. Məsələn, sizdən fikrinizi soruşmadan yemək sifariş vermək kimi davranışlar bunun göstəricisi ola bilər.

Dördüncüsü, duyğularını açıq şəkildə ifadə edir.

Kişilərin hisslərini açıq şəkildə ifadə etməkləri daim olan problemlərdəndir. Məsələ burasındadır ki, əksər bəy bunu bacarmır. Cəmiyyətin basqıları, böyüdükləri mühit, yaxud da güvənsizliklər kişiləri duyğularını dilə gətirməkdə qadınlardan geridə qoyur.

Ona görə də bir kişi sizə keçmişindən, qorxularından danışırsa, hörmət etdiyindən əmin ola bilərsiniz. Bunun sayğı ilə olduğu qədər güvənməklə də əlaqəsi var. Kiməsə hörmət etmədən öncə ona güvənmək olduqca çətindir. Çünki fikirləri önəm kəsb etməyən birinə duyğularınızdan danışacaq qədər güvənilir hiss etməzsiniz. Bu səbəbdən də bir kişi atasının ona necə dəyərsiz hiss etdirdiyindən danışırsa, buna önəm verin. Çünki sizə hörmət etdiyinin bariz göstəricisidir.

Beşincisi, sizi uğurlu olmağa sövq edər.

Birinə hörmət etmək onun uğurlu olmağı üçün hər cür dəstəyi göstərəcəyinizi hiss etdirir. Yəni onu fərqləndirən xüsusiyyətlərini sevirsiz, onunla qürur duymağı sevirsiz və daha çox uğurlu olmağı üçün can atırsız. Lakin qarşı tərəf tez-tez həvəsinizə soyuq su tökürsə, hədəflərinizlə maraqlanmırsa, yaxud da daha pisi özünüzü inkişaf etdirmək üçün cəhdlərinizi görməzdən gəlirsə, yol yaxınkən yolunuzu dəyişin. O adamla ömür keçməz, sizə hörmət etməyi öyrənməz.

Altıncısı, gözləntiləri ilə bağlı dürüstdür.

İstər bir aydır münasibətdə olun, istərsə də bir il. Sizə hörmət edən kişi münasibətinizlə bağlı açıq müzakirə aparacaq. Bəzən hazırda ciddi münasibət istəmədiyini deyə bilər. Lakin bunu açıq şəkildə danışdığı müddətdə sənə hörmət etdiyini göstərir. Ya da həftəsonu planları, bir-birinizin valideynləri ilə görüş haqqında fikirlərini açıq bildirdiyi müddətdə bir problem yoxdur. Mübahisələrdə nə çıxırsa, çıxsın, sizə hörmət edən kişi əlindən gələn qədər dürüst olacaq və fikirlərini rahat ifadə edəcək.

Yeddincisi, bir-birinizin həyatına daxil olmağınızı istəyər.

Bir kişi ilə uzun müddətdir danışıb, görüşürsünüzsə, sonunda bir-birinizin ailəsi, dostları ilə tanış olmağınızın məntiqlidir. Sizə hörmət edirsə, həyatınızın bütün məqamlarını öyrənmək istəyəcək. Lakin qarşı tərəfin həyatı haqqında bir fikriniz yoxdursa, onun dostlarından birinin belə adını bilmirsinizsə, ehtiyatlı olun.

Səkkizinci, hər zaman sizin zövqünüzlə maraqlanar.

Bir kişi sadəcə sekslə maraqlanırsa və sizə heç bir hörmət etmirsə, çox vaxt eqoistlik edəcək. Sayğı göstərən kişi sizi birinci yerə qoyacaq. Seçdiyi restoranı bəyəndiyinizdən əmin olacaq, hava soyuyanda sizə gödəkcəsini verəcək, sizi güldürməyə çalışacaq və duyğularınıza sayğı göstərəcəkdir.

Doqquzuncusu, qısqanmaz.

Qısqanclıq bir az fikirləri qarışdırır. Çünki hər zaman harada olduğunuzu bilmək istəyən, telefonunuza baxan, onsuz hər dəfə tək bir yerə gedəndə problem yaradamla sizi qısqanmayan kişi arasında böyük fərq var. Bu tipli davranışlar sizə güvənmədiyini, yaxud da şəxsi həyatınıza dəyər vermədiyini göstərir.

Onuncu, sizin bir nömrəli pərəstişkarınızdır.

Həyatınızda həqiqətən hörmət etdiyiniz birini fikirləşin. Bəlkə ananız, müəlliminiz, ya da ən yaxın dostunuz. Birinə hörmət edəndə, həqiqətən də bir nömrəli heyranı olursunuz və həyatta xoşbəxt, sağlam, özündən əmin görmək istəyirsiniz. Sizə hörmət edən kişi də eyni şəkildə bir nömrəli pərəstişkarınız kimi yanınızda olacaq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2595   Tarix: 24 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO

Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb

10 sentyabr 2021
.

Bu ölkədə borşa abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. Abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrinə abidə qoyulduğun

10 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021