Avropa ölkələrinin "viza bataqlığı" - Azərbaycan vətəndaşları hansı problemlərlə üzləşirlər?

Avropa ölkələrinin "viza bataqlığı" - Azərbaycan vətəndaşları hansı problemlərlə üzləşirlər?Azərbaycan vətəndaşları Şengen ölkələrinə viza almaqda süni yaradılan maneələrlə üzləşirlər. Səfirliklər, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlər insanlara ciddi problemlər yaradırlar.

Xaricə səfər vizasından imtina edilmiş insanın nə hiss etdiyini anlamaq çətin deyil. Böyük həvəslə səyahətə hazırlaşan, gəzəcəyi yerlərin xəritəsini cızan turist üçün bu, xəyal qırıqlığına uğramaq kimidir. Təəssüf ki, son vaxtlar belə ümidsizliyə qapılan çoxlu insan var. Onların Şengen ölkələrinin səfirliklərində qarşılaşdıqları problemlər sosial platformalarda uzun-uzadı müzakirələrə çevrilməkdədir. Müxtəlif səyahət qruplarında "İtaliya səfirliyində növbə tutmaq üçün gecə 4-5-də boşluq olur", "Fransa səfirliyinə müraciət etdim, bütün sənədlərim qaydasında idi, amma rədd cavabı aldım", "İtaliya artıq viza görüşü üçün sistemi bağlayıb", "Macarıstan səfirliyinə yaxın düşmək olmur…" kimi rəylər müxtəlif səyahət qruplarında paylaşılır. Bəzən müraciətçilərin öncədən aldıqları təyyarə bileti, hotellərin rezervasiyası əllərində qalır - viza almaq əsl problemə çevrilir.

Çətinlik və ümidsizlik

"Vətəndaşların əksəriyyəti səfirliklərdən, eləcə də onların yaratdığı viza mərkəzlərində xidmət göstərən şirkətlərdən şikayətlənir", - deyən Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İctimai Birliyinin Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədovun fikirləri viza alınması ilə bağlı hazırkı mənzərəni kifayət qədər aydın əks etdirir: "Azərbaycan vətəndaşları bir sıra Avropa ölkələrinə getmək üçün viza almaqda çətinlik çəkirlər". Turizmçi viza alınması ilə bağlı ölkəmizdəki səfirlikləri iki kateqoriyaya – "çətin" və "daha çətin" qruplara bölür: "İstər adi vətəndaşlar, istərsə də turizm şirkətləri uzun müddətdir ki viza alınması, xüsusən yerlərin götürülməsi məsələlərində çoxlu çətinliklərlə qarşılaşırlar. Bunlar iş, verginin ödənilməsi haqqında arayış, əlavə sənədlər, aviabiletin və otelin ödənilmiş qəbzi və s. tələbi ilə bağlı süni yaradılan baryerlərdir. Məsələn, İtaliya səfirliyində vizanın verilməsi ilə bağlı həddən artıq ciddi problemlər var. Müraciət edənlərin 50 faizinə imtina verilir. Eyni zamanda, İtaliya universitetlərinə qəbul alanlar üçün təhsil vizasının alınması müşkülə çevrilib". Ş.Məmmədovun sözlərinə görə, Macarıstan səfirliyinə müraciət edənlər daha çox əngəllə qarşılaşırlar: "Eyni zamanda, bunu səfirliyin tələbi kimi göstərirlər. İş yerindən arayış və maaş kartından çıxarışla bərabər vergi ödənməsi ilə bağlı sənəd, gediş-gəliş biletinin alınmış variantını tələb edirlər. Təbii ki, vətəndaş təyyarə bileti alıb və hotel pulunu ödəyibsə, viza almadığı təqdirdə böyük zərərlə üzləşir. Belə vəziyyətdə onun müraciət etdiyi turizm şirkəti üçün də xoş olmayan vəziyyət yaranır". Turizmçinin sözlərinə görə, bəzi səfirliklərdə isə, ümumiyyətlə, "aşağı və yuxarı büdcəli" seçimi var: "Böyük Britaniya səfirliyindən cavab almaq 21 gün və ya daha çox çəkir. Orta büdcəli turistlərin sənədləri, demək olar ki, qəbul edilmir. Gəlir çox yüksək olmalı və göstərilməlidir. Bəlkə ondan sonra viza verərlər. Almaniya səfirliyində də eyni problem mövcuddur. Aşağı büdcəli turistlər üçün viza verilməsi şansı azdır. Əksər vizalara rədd cavabı gəlir. Problem vizaya müraciət etmək çətinliyi və müraciətdən sonra viza almaq ümidsizliyidir".

"Capago"nun oyunu

Vətəndaşların viza alınması ilə bağlı yaşadığı problemlər həm də Fransa səfirliyi ilə bağlıdır. Belə ki, ölkəmizdə səfirliyin viza prosedurunu Şengen vizası müraciətlərinin idarə edilməsi üzrə eksklüziv şirkət olan "Capago International" həyata keçirir: "Viza müraciəti zamanı sənədlərini özü təqdim edən turist, viza hazır olduqdan sonra özü götürə bilmir. Şirkət kuryer xidməti vasitəsi ilə çatdırılmasını məcburi edir" - deyə Ş.Məmmədov bildirir: "Pandemiyanın bitməsinə baxmayaraq, hələ də kuryer xidməti üçün bu şirkətə 17 AZN xidmət haqqı verilməlidir. Sənədlərin surətinin çıxarılması, tərcümənin təsdiqi üçün xidmət haqqı da yüksəkdir. Bundan başqa, şirkət əlavə xidmət haqları tutur. Bu xidmət haqqının nə olduğuna aydınlıq gətirilmir".

Lotereya və ya şans kimi

Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının üzvü Şəfiqə Mahmudova viza alınmasını lotereyaya və ya şansa bənzədir: "Paylaşılan rəylərdə deyildiyi kimi, İtaliya Səfirliyi viza üçün görüşləri dayandırmayıb. Viza verilir, sadəcə görüş götürmək çətindir. Bunun üçün biz gecələr oturub saytı izləməli, sistemdən görüş götürməliyik. Gündüzlər, ümumiyyətlə, sayta yaxın durmaq mümkün deyil. Almaniyada konsulluq görüşləri artıq canlı keçirir. Səhər 09.00-dan yaxınlaşmalı və 12.00-dək görüş götürməliyik. Macarıstan səfirliyində görüş götürmək, ümumiyyətlə, mümkün deyil. 4 nəfərlik ailə gedirsə, sistem yalnız bir nəfərə görüş götürməyə icazə verir". Ş.Mahmudovanın sözlərinə görə, səfirliklər bunun səbəbini pandemiyadan sonra gedənlərin sayının çoxalması ilə əlaqələndirirlər: "Biz bu gün insanları Avropanı gəzməyə çağırırıq, amma görüş götürə bilmirik".

İkitərəfli əlaqələrə maneə

Turizmçi Rəhman Quliyev də viza alınması ilə bağlı narahatlığını ifadə edir: "Viza rejimi tətbiq edən ölkələrin coğrafiyası geniş olsa da, vətəndaşlarımız üçün səyahət destinasiyası çox məhduddur. Buna səbəb viza verilməsində yaranan süni çətinliklərdir. Bu üzdən Avropaya səyahət etmək istəyən turist, tələbə və ya investor böyük problemlərlə üzləşir". Turizmçi hesab edir ki, vətəndaşlarla Şengen ölkələrinin səfirlikləri arasında yaranan anlaşılmazlıq Avropa ölkələri ilə ikitərəfli əlaqələrə də zərbə vurur.

İzahat tələb olunmalıdır

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev Azərbaycan vətəndaşlarına viza verilməsində yaranan çətinliklərlə bağlı məlumatsız olduğunu bildirir: "Maraqlanaram. Belə hallar kütləvi xarakter daşıyırsa, Milli Məclisdə qaldırıla bilər. Bəzi Avropa ölkələrinin, konkret olaraq Fransanın mövqeyi siyasi kriteriyalara görə mümkündür. Digər dövlətlərlə bağlı, ola bilər, qanunsuz miqrasiya, terrorçuluqla mübarizə və s. məsələlərlə əlaqələndirilir. Araşdırılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi həmin ölkələrin Bakıda fəaliyyət göstərən səfirliklərinin konsulluq şöbələri ilə əlaqə saxlamalı və izahat tələb etməlidirlər. Alınan cavablar ictimaiyyətə açıqlanmalıdır".("Kaspi" qəzeti)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2023   Tarix: 06 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad

17 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr