Ən qorxulu və ən iyrənc FİLM: 1 milyona çəkilib 1 milyard qazandırdı
2004-cü ildə çəkilmiş "Mişar" (Saw) qorxu filmi bütün dövrlərin ən çox gəlir gətirən filmləri sırasındadır. Bu film prokata buraxıldığı vaxtdan bu günə qədər 990 milyon dollar (2021-ci ilin hesabatına əsasən) gəlir gətirib. Film ekranlara çıxdıqdan sonra onun yeni seriyaları da çəkilməyə başlayıb. Lakin ilk filmin çəkilişləri çox maraqlı olduğu üçün məhz onun barəsində danışacağıq.
Filmin çəkilişləri üçün yaradıcı heyət cəmi 1 milyon dollar toplaya bilmişdi. Bu büdcəyə həm aktyorların qonorarları, həm film çəkmək üçün avadanlığın alınması, həm də texniki işlərin görülməsi (musiqi, dekorasiya və.s) daxil idi.
Büdcə az olduğu üçün bütün kadrlar bir otağın içində çəkilib. Hətta filmdə avtomobillərin bir – birini qovması kadrları da studiyada çəkilib. Rejissor işıqları oynatmaq, tüstü effekti vermək və ən nəhayət avtomobilləri yerində yırğalamaqla onların sürətlə hərəkət etməsi effektini yaratmışdı.
Film cəmi 18 günə çəkilib. Aktyorlar bir- iki dubla məşq etmədən oyun nümayiş etdirirdilər. Çox zaman onlara məşq etdikləri deyilir, amma əslində həmin anlar kameralara alınırdı. Bu daha təbii oyun əldə etmək üçün idi. Rejissor Ceyms Van filmin əsas qorxunc qəhrəmanı olan kuklanı öz əlləri ilə hazırlamışdı.
Rejissor qorxu səhnələrindəki bütün anların öz uşaqlıq kabusları olduğunu söyləmiş, öz xatirələri əsasında çəkmişdi.
Bu film öncə yalnız qorxulu videçarx kimi nəzərdə tutulmuşdu. Lakin sonradan Hollivuda ayaq açmaq arzusu rejissorun lentləri film formatına salmasına səbəb oldu.
BBC-nin apardığı anket sorğusuna görə, bu film bütün dövrlərin ən qorxunc və iyrənc səhnələri olan filmidir. Filmdə aktyorların bağırsaqlarının yerə töklüməsi, pornoqarafik səhnələr çox dəhşətli olduğuna görə, sonradan kəsilib.
Bir otağın içində, heç bir çöl çəkilişi olmadan 1 milyon qoyub, 1 milyarda yaxın vəsait əldə etmək əlbəttə kino tarixində ən böyük qələbələrdən biri sayılmalıdır.
Lent.az
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2512 Tarix: 13 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda çoxunun evində var: 250 MANATA ALIRLAR - FOTO
Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur. xəbər verir ki, bu barədə gənc numizmat Fərhad M. məlumat verib. Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifad
30 avqustToyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var
Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. "Qafqazinfo" xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil, paxlalılar
1 sentyabrUniversiteti yarımçıq buraxıb, uşaqlıq xəyalına sarılan gənc milyoner oldu
ABŞ-ın Mayami şəhərində yaşayan Andres Fernandez uşaqlıq həvəsini milyon dollarlıq biznesə çevirib. Biznes təhsili aldığı universiteti cəmi bir semestrdən sonra yarımçıq qoyan Fernandez bütün diqqətini Pokémon kartlarının satışına yönəldib. xarici mediaya istinadla xəbər verir ki, Fernandezin Pokémon-
31 avqustAğ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi
Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi
30 avqustAxtarışda olan şəxs nahar üçün polislərin restoranına gəldi
ABŞ-da polis əməkdaşları axtarışda olan cinayətkarla nahar zamanı təsadüfən qarşılaşıblar. xarici mediaya istinadla bildirir ki, polislər daim getdikləri restoranda əvvəllər iki dəfə saxlamağa çalışdığı şəxslə rastlaşıblar. Kişi şərti vaxtından əvvəl azadlığa buraxılma qaydalarını pozduğuna görə axtarışd
1 sentyabrDünyanın ən dərin metro stansiyası
platformalar artıq adi görünür. Lakin dünyada elə metro stansiyaları var ki, onların mühəndislik göstəriciləri hətta təcrübəli səyyahları belə təəccübləndirə bilər. xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Çuntsin şəhərində yerləşən "Hongyancun" metro stansiyası yerin 116 metr dərinliyind
31 avqustZolaq xətlərinin sarı olmasının vacib səbəbi var imiş
Sürücülərin hər gün qarşılaşdığı sarı yol xətləri sadə bir bələdiyyə seçimi və ya estetik toxunuş deyil. Yol hərəkəti mühəndisliyi və insan biologiyasının birgə işi ilə müəyyən edilən bu rəng çətin hava şəraitində həyat qurtaran kritik bir funksiyaya malikdir. xəbər verir ki, insan gözü spektrdəki bütü
30 avqust"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO
"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına
28 avqust