Türkiyəni dəyişən "simitsatan" - Bu dəfə də bacaracaq?

Türkiyəni dəyişən "simitsatan" - Bu dəfə də bacaracaq?Seçkilərin son günü Türkiyədə təbliğata moratorium qoyulsa da, türkcə yayımlanan beynəlxalq nəşrlər, eləcə də Türkiyədə izlənə bilən xaricidilli nəşrlər seçkiqabağı vəziyyət, namizədlərin şansları, çıxışları, sosioloji sorğuların nəticələri, seçkidən sonrakı Türkiyənin daxili və xarici siyasəti barədə təhlil və reportajlarına davam etdirirlər.

Bu zaman Ərdoğanın siyasi portretinə xüsusi diqqət yetirilir. "BBC Persian"-ın "Türkiyəni dəyişən simitsatan" başlıqlı təhlilində qeyd edilir ki, Ərdoğanın 20 illik hakimiyyəti ərzində Türkiyəni dəyişdirə bilməsi yalnız Atatürkün 1920-30-cü illərdəki addımları ilə müqayisə oluna bilər. Amma seçkiqabağı baş vermiş güclü zəlzələ rəqiblərinin əlini xeyli gücləndirib; Ərdoğan hakimiyyəti təbii fəlakətə hazır olmamaqda suçlanır.

Ərdoğan 1954-cü ildə qaradənizli sahil mühafizəçisi ailəsində doğulub, 13 yaşında olanda ailə İstanbula köçüb, gənc Ərdoğan simit satmaqla ailəyə kömək edib. Mərmərə universitetində menecment təhsili almazdan qabaq imam xətib məktəbi bitirib. Gəncliyində futbol həvəskarı olub. Amma elə erkən gənclik yaşlarından Nəcməddin Ərbakanın islamçı Rifah Partiyasına qoşulub. Partiyanın populyarlığının yüksək olduğu 90-cı illərdə İstanbul meri seçilib və 4 il bu postu tutub. Ərbakanın 97-cü ildə istefaya məcbur edilməsindən sonra Ərdoğan mitinqlərdə söylədiyi bir şeirə görə həbs edilib. 1998-ci ildə Rifah yasaq olunur, 2001-ci ildə Ərdoğan yaxın silahdaşı Abdulla Güllə bərabər Ədalət və İnkişaf Partiyasını təsis edirlər. Ərdoğan daha çox dünyəvi eltianın marginallaşdırdığı dindar çoxluq, iqtisadi tənəzzülün müflisləşdirdiyi təbəqələr arasında populyar idi. 2002-ci ildə hakimiyyətə gələn Ərdoğan üç müddət baş nazir kimi fəaliyyəti dövründə ciddi iqtisadi uğurlar qazanır, beynəlxalq səviyyədə islahatçı kimi qəbul olunur.

Hakimiyyətinin ilk illərində kürd azlığını da inandıra bilir, kürdlərin mədəni hüquqları tanınır, 2013-cü ildə PKK atəşkəs elan edir.

2015-ci ildə partiyası parlamentdə çoxluğu itirib, 2016-cı ilin iyununda dövlət çevrilişinə cəhd olub. Çevriliş cəhdinə görə Fətullah Gülən və tərəfdarları ittiham olunub, 150 min məmur işdən azad edilib, 50 mindən çox hərbçi, jurnalist, hüquqşünas, məmur, polis, alim və siyasətçi həbs olunub. Hakimiyyəti illərində Ərdoğan beynəlxalq siyasətin mühüm fiquruna çevrilə bilib. NATO ölkəsinin dövlət başçısı olmasına rəğmən Rusiya prezidenti ilə də yaxşı əlaqələri var. Bu əlaqələr Ukrayna müharibəsi vaxtı Türkiyənin vasitəçi rol oynamasına kömək edib.

2019-cu ildə İstanbul, Ankara və İzmirdə mer seçkilərini uduzması Ərdoğan hakimiyyətinə ilk böyük zərbə idi. Xüsusən Ərdoğanın özünün və AKP-nin ilk ciddi uğurlarının qazandığı İstanbulda mer seçkilərində məğlubiyyəti, seçicilərin ondan üz döndərməsinin ilk siqnalı kimi qəbul edənlər var. Müxalifət bu nəticəni prezident seçkilərində də təkrar etmək istəyir.

"VOAtürkce" "Ərdoğan: Türkiyənin Siyasi Kimlik Mübarizəsinin Əsas Oyunçusu" adlı yazısında qeyd edir ki, Türkiyə Cümhuriyyət elanının yüzüncü ildönümündə, həm də siyasi kimlik mübarizəsi aparır. Asiya və Avropa arasında fiziki keçid; millətçilik və Avropaya inteqrasiya arasında metaforik kəsişmə; Qlobal müsəlman siyasətinin simvolik liderliyini üzərinə götürən ölkə. Bütün bunların mərkəzində yenidən seçilməyə çalışan prezident Rəcəb Tayyib Ərdoğan dayanır. Bir çoxları üçün Ərdoğanın qütbləşdirici hakimiyyəti Türkiyə cəmiyyətini siyasi baxımdan dünyəvilər və mühafizəkarlar olaraq iki yerə bölüb. Ərdoğanın tərəfdarları onun hakimiyyəti altında yeni orta sinif formalaşdıran, əsasən kənd yerlərində yaşayan və ya şəhərlərə yeni köçən dini və sosial mühafizəkarlardır. Bu seçici kütləsi Ərdoğanın təvazökar keçmişindən danışır, onun xarizmasına heyran olur, hakimiyyətinin davamlılığını sabitlik kimi görür.

Siyasi qütbləşmənin digər tərəfində isə Ərdoğanın "avtoritar" idarəçiliyinin Türkiyə cəmiyyətinin dünyəvi dəyərlərini ləkələdiyinə inanan opponentləri ittifaq çətiri altında birləşib. Onlar üçün Ərdoğanın "siyasi İslam" anlayışı Osmanlı imperiyasının dağılmasından sonra Atatürk tərəfindən qurulan müasir Türkiyənin təməlləri ilə ziddiyyət təşkil edir.

BBC rus xidməti seçkilərin tarixi adlanmasının səbəbi olaraq müxalifətin ilk dəfə qələbə şansı əldə etməsini göstərir. İddia olunur ki, 20 illik hakimiyyəti ərzində Ərdoğan mühafizəkar və islamçı köklərə qayıdıb. Daxili siyasətdə opponentləri onun despotizmdə suçlasa da, beynəlxalq arenada Ərdoğan ölkəsinin nüfuzunu artırmaq üçün ardıcıl addımlar atıb, İran, Rusiya, Qətərlə əlaqələri sıxlaşdırıb, Suriya və Liviyada ölkəsinin maraqlarını müdafiə edib.

İndiki maliyyə inflyasiyası isə Ərdoğanın Mərkəzi Bankın işinə ardıcıl müdaxiləsinin nəticəsidir və bu seçkidə onun əleyhinə işləyən birinci mühüm amildir.

İkinci amil müxalifətin kövrək birlik şəklində olsa da konsildasiya oluna bilməsidir.

Üçüncü amil Türkiyə tarixinin ən böyük təbii fəlakətinin baş verməsinin seçki elanından sonraya təsadüf etməsidir.

BBC rus xidməti əsas rəqib olan 74 yaşlı Kemal Kılıcdaroğlunun təmiz, sakit, amma qətiyyətli bürokrat kimi xarakterizə edir. Qeyd olunur ki, qalib gəlmək üçün birinci turda 50 faizdən çox səs yığmaq lazımdır. Müxalifət dünyəvilk tərəfdarı olduğu üçün Kılıcdaroğlu dini baxışlarından danışmırdı, yalnız seçki kampaniyası vaxtı çıxış edərək özünü dindar ələvi adlandırb. Kılıcdaroğlu seçkiyə iki gün qalmış Rusiyanı kampaniyaya müdaxilədə ittiham edib. Buna səbəb isə digər namizəd Məhərrəm İncə barədə seks kaseti şantajı idi. Amma Rusiya bu məsələdə rol oynamasını qətiyyətlə inkar edir.

Bəs Kılıcradoğlunun çıxışları Rusiyada necə qarşılanır? Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlamaya sərt reaksiya verib: "Rəsmi olaraq bəyan edirik: Müdaxilədən söhbət gedə bilməz. Bu iddiaları müxalifətin əsas namizədinə çatdıran yalançıdır"( RİA Novosti). Amma Kılcdaroğlu "Reuters"ə açıqlamasında iddia edib ki, əllərində möhkəm sübut var.

Bir gün əvvəl "İvestisya" qəzeti Yaxın Şərq-Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Stanislav Tarasovun ABŞ-ın Türkiyədəki seçkilərə təsir edə biləcəyi ilə bağlı təhlilinə yer vermişdi.

Beynəlxalq nəşrlər Kılıcdaroğlu və Ərdoğanın son mesajlarına da diqqət yetirirlər. Kılıçdaroğlu Samsun mitinqində olduğu kimi Ankara mitinqinə də polad jiletlə qatılıb. Belə geyim əslində namizədlərin həyatına təhlükə olması ilə bağlı publikaya hesablanmış mesaj verməkdir. Çünki İncə öz namizədliyini geri çəkərkən təhlükəsizliyinə təhdid barədə də danışmışdı. Digər namizəd Sinan Oğan da TV100 efirində çıxış edərkən özünün və tərəfdarlarının ciddi təhdidlər altında olduğunu demiş, canlı efirdə ənənəvi yumşaq üslubundan çıxıb sərt tonda və etik çərçivələri aşaraq daxili işlər nazirinə səslənmiş, ona "ey Süleyman" deyə müraciət etmişdi. Görünür, İncənin kütlələrə yönəlik sərt çıxışlarının effektini təkrarlamaq zərurəti hiss edilmişdi. Bundan sonra Kılıcdaroğlunun da təhdidlər aldığı haqda jesti gözlənilən idi.

Opponentlərinin üslubu sərtləşdiyi vaxt Ərdoğan son çıxışlarda tam əks üslubu seçməsi ilə diqqəti çəkib. Belə ki, rəqibləri davamlı olaraq hakim komandanı sərt üslubdan, nifrət nitqindən istifadə edərək seçkiqabağı mühiti gərginləşdirməkdə ittiham edirdilər. Amma Ərdoğan NTV-nin birgə yayımında hakimiyyətdən əl çəkməyəcəkləri ilə bağlı iddialara cavab olaraq demokratik yolla hakimiyyətə gəldiklərini , "millətimiz fərqli bir qərar çıxarsa, demokratiya üçün nə lazımdırsa, onu edəcəyik" deyib.

Seçkiyə bir gün qalmış rus mediasının Ərdoğana dolayı hücumu da maraqlıdır. Çünki rus KİV-ləri Ərdoğana daha çox rəğbətlə yanaşırdı, nəinki rəqiblərinə. "Lenta.ru" saytında "İyirmi il sonra. Ərdoğan Türkiyəni necə dəyişdi və niyə Rusiya üçün yaxşı tərəfdaşdır?" adlı mayın 10-da dərc olunmuş yazıda deyilirdi ki, o, hakimiyyətdə olduğu müddətdə Türkiyə böyük dəyişikliklərə məruz qalıb: ölkə Qərbdən ciddi şəkildə uzaqlaşıb və müstəqilliyə doğru yol alıb. "Ərdoğan Türkiyə üçün yeni Kamal Atatürk oldu. Türkiyə yaxın bir sıra ölkələri öz maraqlarının perimetrinə daxil etməklə pantürk dünyası ideyasını inkişaf etdirə bildi. Əgər Türkiyə əvvəllər Qərb beynəlxalq münasibətlər sisteminin bir hissəsi idisə, bu gün yeni çoxmərkəzli dünya nizamında əsas güc mərkəzlərindən biridir. Türkiyə özünü belə bir mərkəz və Şimal-Cənub və Qərb-Şərq ticarət yollarının keçdiyi ağırlıq mərkəzi kimi tanıtmaqdan çəkinmir"-deyə bildirilir.

Amma saytda dərc olunmuş son təhlildə Ərdoğanın prezidentliyini itirmək riskindən bəhs olunur. Bunun əsas səbəbi isə zəlzələ, yeni iqtisadi böhran kimi amillər qabardılır: "Zəlzələdən sonra prezidentin reytinqi xeyli aşağı düşdü" .

Ukraynanın "vesti.ua" nəşri yazır ki, Ərdoğan Ukraynanın iqtisadi vəziyyətinə müsbət təsir göstərən və bəzi ekspertlərin fikrincə, hətta ölkəni defoltdan xilas edən Taxıl Sazişinin təminatçılarından biridir. Ukraynanın cəbhədə xeyli miqdarda türk silahlarından istifadə etdiyini də qeyd etməmək mümkün deyil: "Kılıçdaroğlunun açıq-aşkar qərbyönlü bir mövqeyi olsa da, qalib gələcəyi təqdirdə, Rusiya ilə Türkiyə arasında münasibətlərdə kəskin dəyişikliklər gözləməyə dəyməz".

Beləliklə, xeyli tendensioz yanaşmaya rəğmən seçkilərin yekunları barədə birmənalı qənaətlər yoxdur. Ərdoğanın Türkiyənin inkişafında, müstəqil geosiyasi oyunçuya çevrilməsində rolu hamı tərəfindən etiraf olunur. Bəzi ekspertlər onun barəsində Türkiyə siyasətinin keçmişi kimi bəhs etməyə tələssələr də, əksəriyyət Ərdoğanın real və sabit elektoratı olması, qatıldığı bütün seçkilərdən qalib kimi ayrılmasına diqqət yetirilməsini zəruri hesab edir

Publika.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2400   Tarix: 13 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

WSJ: ABŞ-nin bir neçə ştatının baş prokurorları "OpenAI" ilə bağlı araşdırmalara başlayıb

ABŞ-nin bir neçə ştatının Baş Prokurorlar Koalisiyası "ChatGPT" çatbotunun yaradıcısı "OpenAI" ilə bağlı araşdırmaya başlayıb. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər yayıb. Nəşrin məlumatına görə, 12 iyund

14 iyun
.

Putin Trampa zəng etdi: Bir saata yaxın nələri müzakirə etdilər?

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp bu gün telefon danışığı aparıblar. TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, söhbət 55 dəqiqə davam edib. Putin Trampı 80 illik yubileyi münasibətilə təbri

14 iyun
.

Rusiyanın Ukraynaya hücumları zamanı ölən və yaralananlar var

Ötən sutka ərzində Rusiya hərbçilərinin Ukraynanın Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər ölüb, yeddi nəfər xəsarət alıb. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. "Ötən sutka ərzində Sumı vilayətini

14 iyun
.

Berlində təhlükəli virus yayılmağa başlayıb

Əvvəllər yalnız cənub bölgələrində rast gəlinən təhlükəli Qərbi Nil virusu, görünür, Almaniyanın paytaxtı Berlində ciddi və uzunmüddətli şəkildə kök salıb. xəbər verir ki, bu barədə "Bild" nəşrinə istinadən Berlinin "Şarite" klinikasının alimləri məlumat yayıblar. Mütəxəssislər 2

14 iyun
.

ABŞ Hörmüz boğazı yaxınlığında İranın bir neçə dronunu vurub

ABŞ hərbi qüvvələri Hörmüz boğazı istiqamətində hərəkət edən bir neçə İran pilotsuz uçuş aparatını (PUA) məhv edib. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Mənbənin sözlərinə görə, zərərsizləşdirilmiş sözügedən dronlar tranzit yük daşımaları üçün təhlükə mənbəyi olub. Məsəl

13 iyun
.

Arıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandı

Alimlər ayrı-ayrı arılara konkret insan üzünün fotoşəklini seçməyi və digər oxşar təsvirlərdən qaçınmağı öyrədiblər. xəbər verir ki, bu barədə məlumat yayıb. Məlumata görə, düzgün seçimə görə həşəratlar bir damcı şəkər siropu, səhvə görə isə acı xinin suyu alırdılar. Mükafatsız keçirilən həlledici testd

14 iyun
.

Kris Rayt: Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan fasilələr fonunda ABŞ hərbçilərinin dəstəyi ilə Fars körfəzindən gündə təxminən 7 milyon barel neft çıxarılır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt Hyustonda keçirilən enerji forumund

14 iyun
.

Pullarını saymaq üçün 31 min 700 il lazımdır

"SpaceX" şirkətinin səhmlərinin ilkin kütləvi təklifi (IPO) nəticəsində tarixdə ilk trilyonçu olan amerikalı sahibkar İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazım olar. AZƏRTAC-a istinadən bildirir ki, bu, "New York" jurnalında yazılmış məqalədə öz əksini tapıb. Bu nəhən

13 iyun
.

ABŞ şirkəti 1960-cı ildən bəri Kubaya ən böyük yanacaq ixracını dayandırdı

ABŞ-nin "Vanguard Energy" şirkəti, Kubanın dövlət neft şirkəti olan "Cupet"ə qarşı sanksiyalar tətbiq edildikdən sonra bu ölkəyə 250 min barel yanacaq vermək planlarını ləğv edib. xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilib ki, həmin ixrac 1960-cı ildə

14 iyun