Fermerlərin sığorta ümidi - ARAŞDIRMA

Fermerlərin sığorta ümidi - ARAŞDIRMAAprelin sonu, mayın ilk günlərində Goranboy, Tərtər rayonlarında sel və daşqınlar müşahidə edilib, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda isə dolu yağıb. Təsərrüfat sahələrinə ciddi ziyan dəyib. Yağan yağış, sel, dolu, fermerlərin zəhmətini yuyub, aparıb. Onların ümidi sığortayadır.

"Kaspi" qəzeti mövzu ilə bağlı araşdırma aparıb.

"Goranboyda 15 hektara yaxın arpa, buğda, 3 hektar pambıq təsərrüfatlarımız var. Sel məhsullarımızı məhv etdi".

Bu sözləri fermer Bəsti Əhmədova deyir. Daşqınlar ona 25 min manatdan çox ziyan vurub. Ən çox təəssüfləndiyi hal isə, təsərrüfatını sığortalamamasıdır: "Ötən il sığortaya müraciət etmişdik. Lakin bu il ehtiyac bilmədik. İlk dəfədir ki, belə hadisə ilə rastlaşırıq. Buna görə təəssüf hissi keçirirəm. Günah özümüzdədir. Sığortalasa idik, belə əziyyət çəkməzdik. İndi 25 min ziyanı özüm ödəməliyəm".

Yağan yağış, sel, dolu fermerlərin zəhmətini "yuyub"

Aprelin sonu, mayın ilk günlərində Goranboy, Tərtər bölgəsində sel və daşqınlar müşahidə edilib, Şəki, Mingəçevir, Balakən, Qax, Gəncə, Göygöl, Zaqatala, Ağdam, Lənkəranda isə dolu yağıb. Hava şəraitinin kəskin dəyişməsi və təbiət hadisələri sadalanan bölgələrdə təsərrüfat sahələrinə ciddi ziyan vurub. Yağan yağış, sel, dolu, fermerlərin zəhmətini yuyub, aparıb. Təsərrüfatını sığortalayanların zərəri Aqrar Sığorta Fondu tərəfindən qarşılansa da, digərləri fəlakət qarşısında çıxılmaz vəziyyətdə qalıblar.

1651 Çağrı Mərkəzinə zəng edin

Hadisədən sonra Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bölgələrdə müstəqil sığorta ekspertləri ilə birlikdə təbii fəlakət nəticəsində zərər görmüş təsərrüfatlara baş çəkir, fermerlərlə görüşür, aqrar sığorta mexanizminin işləmə prinsipləri barədə məlumat verirlər. Mütəxəssislər təsərrüfatlarını sığortalamış fermerlərə əkin sahələri və bağlara dəymiş zərərlə bağlı Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini rəsmiləşdirməyi izah edirlər. Bəs nə qədər müraciət var?

Ən çox müraciət Şəkidəndir

Aqrar Sığorta Fondunun mətbuat katibi Günay Novruzqızı qəzetimizə açıqlamasında bildirdi ki, Aprelin 27-dən mayın 11-dək əkin sahələrinə, meyvə bağlarına dəymiş ziyanla bağlı 1651 Çağrı Mərkəzinə 18 rayondan 191 müraciət daxil olub: "Son 4 gün ərzində Şəkidən külək, quraqlıq, Cəlilabaddan dolu, Biləsuvardan qasırğa, külək, zərərverici həşəratların hücumu, tufan, Qobustandan dolu, sel, Ucardan dolu, sel-subasma və s. hadisələrlə bağlı məlumat verilib. Son həftələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar bəzi bölgələrimizdən leysan yağışları, sel, subasma, külək, dolu və digər təbiət hadisələri barədə müraciətlər daha çox Goranboy, Tərtər, Zaqatala, İsmayıllı, Cəlilabad, Şəki rayonlarında baş vermiş güclü yağışlar, dolu, sel və digər sığorta hadisələri ilə əlaqədardır".

"Fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq"

Qurum rəsmisi deyir ki, fermerlərin müraciətləri Fond tərəfindən qeydə alınır, dəymiş zərərin müəyyənləşdirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam olunur: "Sığortalanmış təsərrüfatlara dəymiş zərər müəyyən olunduqdan sonra fermerlərə sığorta müqaviləsi əsasında ödənişlərə başlanacaq. Zərərlər tam qiymətləndirilib yekunlaşdıqdan sonra məlumat veriləcək. Bizə daxil olan müraciətlərin hamısı sığorta olunan ərazilərdəndir. Təəssüf ki, sığortalanmayan fermerlər də az deyil".

Kənd təsərrüfatı təbiət hadisələrindən asılıdır

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli deyir ki, fermerlər təbii fəlakətlərdən qorunmaq üçün məhsulunu sığortalamalıdırlar: "Kənd təsərrüfatı təbiət hadisələrindən asılıdır. Əkin sahəsi, təsərrüfatı olan hər bir fermer bunu bilir. Bunun üçün təsərrüfatlarını əkib, becərməzdən əvvəl mütləq qoruma yollarına da diqqət etməlidirlər. Bu gün yeganə yol Aqrar Sığorta Fondunda öz təsərrüfatını sığortalamaqdır. Fermerlər əkinlərini və ya bağlarını elektron sistemdə bəyan edir, sığorta müqaviləsi bağlayırlar. Bu zaman təbiət hadisələrindən doğan zərərlərdən qorunmaq mümkündür".

"Başıma gəlməz" deyib sığortalamaqdan çəkinirlər"

Mütəxəssisin sözlərinə görə, təsərrüfat sahələri olan insanların sığorta ilə bağlı məlumatları var. Lakin "bu hadisə başıma gəlməz" deyib sığortalamaqdan çəkinirlər: "Əksər insanlar öz təsərrüfatlarını elektron sistemdə bəyan edirlər. Adətən kiçik, həyətyanı sahələri olanlar məhsullarını sığortalamır. Sel və daşqınlardan sonra bunun peşmançılığını çəkən kifayət qədər fermer var. Risklərdən qorunmağın ikinci yolu da eyni coğrafiyada fərqli məhsullar əkməkdir. Çünki fərqli məhsullar əkdiyiniz zaman məhsulların becərmə, çiçəkləmə, bar vermə dövrü əkin sahələri üçün fərqli müddətlərdə olur. Belə olan halda bir məhsulunuz təbiət hadisəsindən zərər gördüyü halda, digəri yan keçə bilər".

"Biz seli arzulayırıq"

Maraqlısı odur ki, ölkənin bir tərəfindəki fermerlər sel və daşqınlardan zərər görür, digəri güclü yağış, sel arzulayır. Seli arzulayan fermerlərdən biri Anar Tahirovdur. Oğuzda öz sahəsində taxılı dəmyə yetişdirir. Lakin onun təsərrüfatına sel deyil, quraqlıq zərər vurur: "Bu il Şəki və Oğuzun bir çox əraziləri quraqlıqdan əziyyət çəkir. Biz daşqını, seli, yağışı arzulayırıq. Yağış olmayanda məhsuldarlıq olmur".

Tahir Bəsti xanımdan fərqli olaraq, təsərrüfatını sığortalayıb: "Lakin Aqrar Sığorta Fondu quraqlığa görə dəyən ziyanı ödəmir. Fond dolu, yağış, yanğın, güclü küləklər, donvurma və s. olduğu halda dəyən ziyanı hesablayır. Bizim təsərrüfatımıza da Sığorta Fondundan gəlib baxış keçiriblər, amma müqavilədə quraqlıqla bağlı bir qayda olmadığı üçün necə olacağını bilmirik".

Aqrar sığorta mexanizmi dünya təcrübəsinə əsaslanıb

Fonddan isə bildirilir ki, quraqlıq aqrar sığortanın əhatə etdiyi risklərin siyahısında deyil: "Ölkəmizdə aqrar sığorta mexanizmi dünya təcrübəsinə əsaslanıb. Hazırda bütün dünyada quraqlıq qlobal problem olduğu üçün bu, risklər siyahısına daxil edilməyib. Amma bu istiqamətdə işlər aparılır, fermerlərdən təkliflər gəlir, bununla bağlı layihələr üzərində çalışılır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1876   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

Azərbaycan nefti ucuzlaşıb

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 5.88 ABŞ dolları və ya 4.59 % azalaraq 122.15 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 128.03 ABŞ dolları olub

17 sentyabr
.

Britaniya şirkəti Azərbaycanda mis istehsalını 7 dəfədən çox artırıb

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM) bu ilin birinci yarısında 12,329 unsiya qızıl hasil edib. şirkətin məlumatına istinadən xəbər verir ki, bu, 2025-cü ilin ilk yarəsə ilə müqayisədə 1,8 % çoxdur. "Angl

21 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Prezidentin sədr təyin etdiyi Osman Xaliyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Qaynarinfo xəbər verir ki, Osman Xaliyev bundan əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmr

7 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Çində 42 min nəfər təxliyə edilib

Çinin Haynan ada əyalətinin hökuməti güclü yağışlar, eləcə də daşqınlar və geoloji fəlakətlər təhlükəsi səbəbindən 42 mindən çox insanın təxliyəsi barədə göstəriş verib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Yerli hakimiyyət orqanları anormal yağışlarla bağlı ikinci səviyyəl

14 sentyabr