Marketlərdə polietilen torbaların satışının hansı nəticələri oldu - müştərilər birmənalı itirdi, sonra isə...

Marketlərdə polietilen torbaların satışının hansı nəticələri oldu - müştərilər birmənalı itirdi, sonra isə...Ramilə Məmmədova: "Polietilen torbaların pullu olması xəstəlikləri və zəhərlənmələri artıracaq"

Məlum olduğu kimi, bu il fevralın 15-dən marketlərdə alış-veriş zamanı polietilen torbalar üçün ayrıca ödəniş tələb olunur. Belə ki, kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. İlk baxışdan 3-5 qəpik ödəniş cüzi görünə bilər. Ancaq müşahidələr onu göstərir ki, ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə verilən bu qərar özünü doğrultmur.

Belə ki, ödənişli olmasına baxmayaraq, polietilen torbalardan birdəfəlik imtina edənlər çox az saydadır. Yenə də bu torbalardan istifadə davam edir. Buna səbəb isə təhlükəli və ziyanlı dediyimiz polietilen torbalara kağız alternativlərin təqdim edilməməsidir.

"Ekologiyanı düşünürlərsə, o zaman polietilen torbalar ümumiyyətlə satışdan çıxarılmalıdır, ancaq onu əvəz edən…"

Qida mütəxəssisi Ramilə Məmmədova "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, polietilen torbaların satışdan çıxarılması və qadağası vacibdir. Polietilen torbaların pullu olması xəstəlikləri və zəhərlənmələri artıracaq. Polietilen torbalar dənizdə heyvanların yeminə çevrilir ki, bu da sonda plastik məhsulun boşqabımıza qədər gəlib çıxmasına səbəb olur. Nəticədə, başda mədə problemləri olmaqla, bir çox xəstəliklər qaçılmaz olur. Bu baxımdan polietilen torbalar ümumiyyətlə satışdan qaldırılmalıdır: "Bəs biz nə edirik? Əksinə, risqi daha da yüksəldirik. Belə ki, satışda olan polietilen torbaları heç kim iki və ya üç ədəd almır. Pullu olduğuna görə əksəriyyət məhsulları eyni torbaya qoymalı olur. Düşünək ki, alış-veriş edən insan həm toyuq, həm də ağartı məhsulları alıb. Risqli olan toyuqların daşıdığı "salmonella" bakteriyasıdır ki, bu da bir torbaya yığılan başqa qidaları da bu bakteriyaya yoluxdurur. Bunun kimi, qırmızı ət və balıq məhsulları da bakteriya daşıyıcılarıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti insanların sağlamlığını düşünürdüsə, qeyd etdiklərimi nəzərə almalı idi. Yox, əgər ekologiyanı düşünürlərsə, o zaman polietilen torbalar ümumiyyətlə satışdan çıxarılmalıdır. Ancaq onu əvəz edən alternativlər istehlakçıların ixtiyarında olmalıdır. Ilk olaraq həmin alternativ vasitələr insanlara pulsuz verilməlidir. Müəyyən müddət keçəndən sonra pulla satıla bilər".

Bakixeber.com


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1735   Tarix: 03 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista

7 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr