"Zibillikdən yemək götürüb uşaqlarıma yedirirdim"-5 yaşından çobanlıq edən Gülşənin hekayəsi

"…Mənim bir qoyun qədər qiymətim olmayıb. Halbuki, bir qarın yemək, isti yataqdan başqa heç nə istəməmişəm", - göz yaşları danışmasına imkan vermir. Balalarını bağrına basıb hönkürür.

5 yaşında qızı, 2 yaşında oğlu var. Oğlunun üzü-gözü yara içindədir. "Gecə evdən qaçanda yıxılıb",-paltarının ətəyi ilə göz yaşlarını silərək dillənir.

Noyabrın 15-də polislər tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib. Ona qədər isə körpələri ilə küçələrdə, parklarda gecələyib. 29 yaşlı Gülşən Məmmədova başına gələnləri virtualaz.org saytına danışıb.

- 5 yaşından çobanlıq edirəm. 6 yaşında əlimə bir qələm, dəftər verib məktəbə göndərdilər. Tək bircə gün, sonra yenə atamın sürüsünü otarmağa getdim. Nə hərf tanıyıram, nə də oxumağı bacarıram. Kəlbəcər işğal ediləndə uşaq olsam da, çox sevinirdim. Çünki qoyunlardan yaxa qurtaracaqdım. Gecə-gündüz tək bir istəyim olub, Allah göydən daş yağdırsın, atam və qoyunları bir gecədə ölsün. Nə bəladır ki, atam bütün sürünü Kəlbəcərdən çıxara bilib. Beləcə Göygölə gəldik. Evdən qaçana qədər sürüyə mən baxmışam.

- Ailədə səndən başqa çobanlıq edəcək bir kimsə yoxdur?

- 4 bacı, 2 qardaşıq. Qardaşlarım bizdən böyükdür, amma atam ta uşaqlıqdan onların işləməsinə imkan verməyib. Deyir ki, Allah qızları əvvəlcə atasına, qardaşlarına, sonra da ərlərinə xidmət etmək üçün yaradıb. Həmişə ailənin bütün yükü mənim və bacılarımın üzərinə düşüb. Mən çobanlıq edirdim, bir bacım evləri təmizləyirdi, digərləri südü-qatığı aparıb satırdılar. Sonradan hamısı evdən qaçdı, qaldım tək. Mən də qarşıma çıxacaq ilk insanla qaçacağıma and içmişdim. Elə qaçqım da.

-Bəs həyat yoldaşın hardadır?

- Qoyunlar xəstələnmişdi, atam bunu bəhanə edib məni döydü. Evdən qaçıb tövlədə yatdım. Qış idi, qar yağmışdı, səhərə qədər qoyunlara sığınıb qaldım. Axı, mənim bir təqsirim olmamışdı. Ertəsi gün yenə məni döydü, dedi ki, hər qoyuna görə cavab verəcəksən. Üç gün ac saxladı məni. Həmin günlərdə indiki həyat yoldaşımla tanış oldum, kim olduğu ilə maraqlanmadan qoşulub qaçdım. Bu da həbsdən yeni çıxıbmış, nə evi, nə də ona sahib çıxacaq birisi yoxmuş. Sonra oğurluq edib yenidən həbs olundu. Mehriban xanım uşaqlara sənəd düzəltmək üçün köməklik etdi.

-Anladığım qədər, yenidən ata evinə dönmüsən.

- Küçələrdə qalırdım, zibillikdən yemək götürüb yeyirdim, dilənirdim. Sonra oğlum xəstələndi. Uşağı qucağıma götürüb, bütün xəstəxanaları gəzmişəm. Savadsızam, amma bilirdim ki, dövlət xəstəxanalarında pulsuz müalicə edirlər. Həkim dedi ki, don vurub, zibillikdən yemək yeyib deyə xəstələnib. Sonra atamgilə getdim, dedim ki, bəlkə uşaqlara görə onlarda qalmağıma icazə verər. Yenə çobanlıq edirdim, amma hər şeyə, ən çox da uşaqların çox yemək yeməsinə deyinirdi. Qızımı döyürdü, deyirdi, apar uşaqları küçəyə at, yenidən gəl sürüyə bax. Onda evdə qalmağına icazə verəcəyəm. Mən də uşaqları küçəyə atmağa razı deyiləm.

-Buna görə evdən qaçdın?

- Yox, ev isti idi, atam evdə olmayanda qarındolusu yemək yeyirdik. Buna görə də, söyüşlərinə, təhqirlərinə çalışırdım cavab verməyim. Sonuncu dəfə qızıma bağdakı almaları toplamağı tapşırıb, bazarda satdıracaqmış. Uşaq da almalardan birini yeyib. Ona görə uşağı da, məni də döydü. Biz evdən çıxanda gecə saat 2 olmuşdu. Heç uşaqların paltarlarını da geyməsinə icazə vermədi. Mənim saçlarımdan tutub küçəyə qədər sürüdü ki, ya uşaqlarını bu gecə küçəyə qov, ya da özün də onlarla birgə get. Üz-gözüm qan içində idi. Gecə küçədə qaldıq. Səhəri gün Kəlbəcər Rayon İcra Hakimiyyətinə getdim.

-Ora niyə getmişdin? Polisə şikayət etmədin?

- Yox, İcra Hakimiyyəti mənə ayda 50 manat yardım verir, ev üçün qeydiyyatdayam. Amma mənə ev vermirlər, deyirlər ki, növbədə gözlə. "Qaçqınkom"da hamı məni tanıyır, içəri girən kimi deyirlər ki, get ev paylananda çağıracağıq. Bəs neyləyim, iki uşaqla nə vaxta qədər küçələrdə gecələyim? Əxlaqsızlıq edim? Bacılarımın mənə baxacaq imkanları yoxdur, anam illərdir yataq xəstəsidir, ayaqları tutulub, qardaşlarım da qapısına buraxmır. Atam qoyunlrından başqa heç bir şey fikirləşmir. Atam qoyunlarının yarısını satsa, Bakıda bir neçə ev alar. Uşaqların paltarı yoxdur, burda paltar veriblər, amma hələ də ayaqqabıya, coraba, isti paltara ehtiyacım var. İsti ev, bir də qarındolusu yemək verən olarsa, nə iş desələr, razıyam.

...Gülşən uşaqlarının internata verilməsinə razı deyil. "Çobanlıq da edərəm, bizə bir qarındolusu yemək versinər, məni, uşaqlarımı döyməsinlər", - bunu yazmağımı xüsusilə xahiş edir. "Çoban olaram" - hər dəfə bu kəlməni söyləyəndə sanki dünyanın bütün ağırlığını çiyinlərində hiss edir.
"Zibillikdən yemək götürüb uşaqlarıma yedirirdim"-5 yaşından çobanlıq edən Gülşənin hekayəsi"Zibillikdən yemək götürüb uşaqlarıma yedirirdim"-5 yaşından çobanlıq edən Gülşənin hekayəsi"Zibillikdən yemək götürüb uşaqlarıma yedirirdim"-5 yaşından çobanlıq edən Gülşənin hekayəsi"Zibillikdən yemək götürüb uşaqlarıma yedirirdim"-5 yaşından çobanlıq edən Gülşənin hekayəsi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1517   Tarix: 27 noyabr 2016  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Meyxanaçı Kərim vəfat etdi

Meyxanaçı Ağakərim vəfat edib. xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat verib. Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

Ofisiantların ölümünə görə tutulan icarədarın həbs müddəti artırıldı

Binəqədidə 4 gəncin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı həbs edilən "Lake Hotel"in icarədarı Ağasif Verdiyev yenidən məhkəməyə çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, prokuror cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etməsi ilə əlaqəda

19 dekabr
.

"Dəyirman"ın Anarı bu qurumda yüksək vəzifədə çalışır - Foto

Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir. Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqda

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr
.

Bu qadağa fevralın 1-dək ləğv olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın növbəti iclası keçirilib. Qaynarinfo xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda aparılan ekoloji monitorinqlərin nəticələri və mövcud elm

20 dekabr
.

Səhiyyə Nazirliyi və onun qurumlarından 12 milyonluq sifariş alan sirli şirkət

Səhiyyə Nazirliyi və onun tabeliyindəki qurumların keçirdikləri satınalma müsabiqələrinin əvəzsiz qalibi olan "Pro Construction Company" MMC cari ildə növbəti tenderini qazanıb. Qaynarinfo xəbər verir ki, tender Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Mustafa Topçubaşo

20 dekabr
.

Rusiya-Ukrayna cəbhəsində döyüşən Samirə Səmədova: "Qərbi Azərbaycan tarixi vətənimdir"

Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Samirə Səmədova ilə görüş keçirilib. Fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmı

20 dekabr
.

"AID Group"dan şikayətlə bağlı AÇIQLAMA - Problem HƏLLİNİ TAPDI

Sosial şəbəkələrdə "Aid Group" haqqında yayılan şikayətlə bağlı iddialara cavab verilib. xəbər portalında və sosial şəbəkələrdə "AID Group" şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İl

19 dekabr