Əhalinin kredit borcu 10 milyard manatı ötüb: Banklar təhlükədədir?

Əhalinin kredit borcu 10 milyard manatı ötüb: Banklar təhlükədədir?2023-cü ilin yanvar-may aylarında Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb. Mayın 31-də bankların ümumi kredit portfeli (kredit qoyuluşları) 20 milyard 659 milyon 269 min manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, aprel ayının sonu ilə müqayisədə mayda müştərilərin banklara borclu olduqları cəmi kreditlər 279 milyon 642 min manat artıb. O cümlədən, cəmi biznes kreditləri portfeli 62 milyon 848 min manat artaraq 11 milyard 170 milyon 805 min manata, istehlak kreditləri portfeli 152 milyon 186 min manat artaraq 6 milyard 224 milyon 527 min manata, ipoteka kreditləri portfeli isə 64 milyon 627 min manat artaraq 3 milyard 263 milyon 957 min manata yüksəlib. 2023-cü ilin ilk beş ayı ərzində (yanvar-may) bankların cəmi kredit portfeli 1 milyard 64 milyon 914 min manat, o cümlədən biznes kreditləri 315 milyon 744 min manat, istehlak kreditləri 470 milyon 381 min manat, ipoteka kreditləri 278 milyon 798 min manat artıb.

Həmçinin qurumdan bildirilir ki, əhali tərəfindən alınan cəmi istehlak və ipoteka kreditləri 9 milyard 488 milyon 484 min manata çatıb. Bank olmayan kredit təşkilatları və lombardlar tərəfindən verilən kreditlər nəzərə alınarsa, əhalinin kredit təşkilatlarına borcu 10 milyard manatdan çoxdur.

Bəs bu borclanma ölkənin maliyyə-bank sektoru və vətəndaşlar üçün təhlükəli hədd deyil ki?

Rəqəmlər çox azdır və həcmi artırıla bilər

İqtisadçı-ekspert Xalid Kərimli Oxu.Az-a açıqlamasında bildirib ki, inkişaf etmiş ölkələrlə müqayisədə bu rəqəmlər azdır. Mütəxəssisin sözlərinə görə, bu rəqəmlərin hissə-hissə artırılması potensialı var:

"Hazırkı borclanmanın ümumdaxili məhsula nisbəti riskli deyil. Məsələn, ipoteka krediti ilə əmlakın alqı-satqısı Azərbaycanda yeddi-on faiz təşkil edir. Amma inkişaf etmiş ölkələrdə ipoteka kreditləri ilə əmlakların alqı-satqısı 80-90 faizdir. Əksinə, bu rəqəmlər çox azdır və həcmi artırıla bilər. Bu istiqamətdə daha əmin addımlarla getmək mümkündür".

Rəsmiləşməyən real gəlir

Ekspert deyir ki, biznes kreditlərinin artırılması dövlətin marağındadır:

"Rəqəmlərə baxdıqda görürük ki, istehlak kreditləri biznes kreditlərilə müqayisədə daha çox artıb. Bu, 2023-cü ildə iqtisadiyyatda aktivliyin istənilən səviyyədə olmamasının göstəricisidir. Ümumiyyətlə, kredit portfelinin ümumi daxili məhsula nisbətinə baxanda yenə də dünya ortalamasından iki-üç dəfə az olduğunu görürük. Yəni burada iqtisadiyyat üçün heç bir narahatlıq, risk yoxdur. İnsanların gəlirlərinin rəsmiləşmə səviyyəsi tam olmadığına görə banklar faktiki olaraq verə biləcəkləri istehlak kreditlərinin altında kredit verirlər. Məsələn, tutaq ki, vətəndaşın gəliri 2 000 manatdır, amma onun 700-800 manatı rəsmidirsə, bank buna uyğun kredit verə bilir. Yəni faktiki vəziyyəti nəzərə alsaq, banklar daha çox kredit verə bilər. Hazırkı rəqəmlər iqtisadiyyat üçün hələ ki, başağrısı deyil".
"Vətəndaş krediti sabah qaytarmaya da bilər"

Bank mütəxəssisi Əkrəm Həsənov da hazırkı borclanma səviyyəsinin təhlükəli həddə olduğunu düşünmür. Mütəxəssis deyir ki, əvvəlki illərlə müqayisədə istehlak kreditlərinin həcmi azalıb:

"Banklar çox ehtiyatlı davranır. Hələ risk olmasa da, xüsusilə istehlak kreditlərinin bu templə yenidən artması təhlükə ola bilər. Azərbaycan bankları, təəssüf ki, istehlak kreditləri verməyə daha çox meyil edir, nəinki biznes kreditləri. Bu da başadüşüləndir. Çünki Azərbaycanda uğurlu və dayanıqlı biznes elə də çox deyil. Ona görə də biznes kreditləri verməkdən çəkinirlər. Lakin bu rəqəmlər artan templə davam etsə, gələcəkdə problemli kreditlərə çevrilə bilər. Çünki hazırda inflyasiya davam edir. Vətəndaş krediti sabah qaytarmaya da bilər".

İpoteka kreditlərindən kənar qalan əmlaklar

Mütəxəssis deyir ki, hazırda ipoteka kreditləri ilə bağlı vəziyyət ürəkaçan deyil:

"Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə bizdə ipoteka kreditləri çox azdır. Bunun da səbəbi Azərbaycanda daşınmaz əmlakla bağlı qanunsuz tikililərin çoxluğudur. Çıxarışları olmayan evlər ipoteka dövriyyəsində iştirak edə bilmir. Bu səbəbdən rəqəmlər artsa da, ürəkaçan deyil. Qeydiyyatda olmadıqda bazarda dövr etmir, girov qoyulmur. Amma indiki vəziyyət nə bank sektoru üçün, nə də vətəndaşlar üçün təhlükəlidir".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2396   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!

Əlinlə ver, ayağınla axtar - Borc verənlərin vəziyyətini ifadə edən bu və ya digər oxşar məsəllər indi daha aktualdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da borclanma iqtisadi münasibətlərin istiqamətlərindən birini təşkil edir. Əslində isə bu məsələ də qanunvericiliklə tənzimlənir. Maraqlıdır

10 mart
.

Bu çörəklər bahalaşdı

Bəzi çörək növlərinin qiyməti artıb. Qiymət artımı əsasən baton çörəklərində qeydə alınıb. Bizim.mediaya istinadən xəbər verir ki, əvvəllər doğranmış baton çörəkləri 1 manata satılırdısa, hazırda 1 manat 10 qəpiyə təklif olunur. Qiymət artımı supermarketlərdə hazırlanan çörək növlərində də qeydə alınıb

10 fevral
.

Naxçıvanda 40 subartezian quyusu qazılacaq - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətl

24 fevral
.

KOBİA indiyə qədər 33 qadın sahibkara 500 min manatdan artıq qrant ayırıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) indiyə qədər 33 qadın sahibkara 500 min manatdan çox qrant ayırıb. "Report" xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb. Bildirilib ki, eyni dövrdə qurum həmçinin 36 qadın sahibkara "Startap"

7 mart
.

Azərbaycan BƏƏ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 28 % azaldıb

2025-ci ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 329 milyon 65 min ABŞ dolları birbaşa investisiya qoyub. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 28 % azdır. Hesabat dövründə Azərbaycanın BƏƏ iqtisadiyyatına investisiy

21 mart
.

Azərbaycan pambıq ipliyi istehsalını 63 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 4,1 min ton pambıq ipliyi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,3 % çoxdur. Bu il martın 1-nə ölkədə 4,8 min ton hazır məhsul ehtiyatı olub. Xatırladaq ki, 2025-c

21 mart
.

Azərbaycan Qvatemaladan avokado tədarük etməyə başlayıb

Ötən il Azərbaycan 2,7 milyon ABŞ dolları dəyərində 536 ton avokado (təzə və ya qurudulmuş) idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq - 10 % çoxdur. Hesaba

15 mart
.

Azərbaycan yumurta ixracını müvəqqəti dayandırdı

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. xəbər verir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib

16 mart
.

Quzu əti kəskin ucuzlaşıb: Səbəb nədir?

Bu günlərdə quzu əti kəskin ucuzlaşıb. Qaynarinfo xəbər verir ki, bir neçə ay əvvəl 30-32 manata satılan quzu ətinin qiymətində azalma müşahidə olunub. Beyləqan rayonundakı ət bazarından verilən məlumata görə, hazırda çəkisi 8-12 kiloqram arasında olan quzu ətinin bir kilosu 22 manata təklif olunur

18 mart