CinemaPlus-da "Əyləncəli səyahət"adlı macəralı komediya
"CinemaPlus" kinoteatrlar şəbəkəsində, iyulun 6-dan etibarən
"Əyləncəli səyahət" (JOY RIDE) adlı möhtəşəm və macəralı Amerika filminin
nümayişi başlayır.
Hollivud komediyasının prodüseri, məşhur ssenarist və aktyor Set Rogendir.
Onunla birlikdə əfsanəvi "Superbad", "The Boys", "Pam & Tommy" kimi qlobal
hitlərə imza atmış Evan Qoldberq bu filmdə də ortaq müəllif və ortaq prodüserdir.
Karyerasında ilk dəfə olaraq Rogen, qızlara yönəlmiş bir layihə həyata keçirdi.
Məşhur aktyor/prodüser"Mən ayda yüzlərlə ssenari alıram, oxuyuram, lakin
"Əyləncəli səyahət"-in ssenarisi şəxsən mənim üçün istənilən pulu ödəməyə hazır
olduğum bir ssenari idi! O, çox gülməli və eyni zamanda ürəkdən yazılmışdır ki, bu
da, şübhəsiz hər bir prodüser üçün böyük uğurdur"deyərək, SXSW festivalı
çərçivəsində keçirilən filmin premyerası zamanı fikirlərini bölüşdü.
Qızların macəralarından bəhs edən komediya filminin rejissoru, ssenari müəllifi və
prodüseri Adel Lim olub. Onun Hollivuddakı böyük uğurlarından biri məşhur
"Crazy Rich Asians" filmi hesab olunur (dünya üzrə gəlir 238 milyon dollar
olmuşdur). Limin rejissorluq debütünü etdiyi növbəti layihəsi- Disneyin animasiya
blokbasteri "Raya və Son Əjdaha" idi.
Film unudulmaz səyahətə çıxan dörd rəfiqənin həyəcanlı və gülüş dolu
macəralarından bəhs edir! Odrinin (Eşli Park) işgüzar səfəri uğursuzluğa düçar
olanda o, kömək üçün ən yaxın rəfiqəsi Loloya (Şerri Kola), Çin televiziya
ulduzuna çevrilmiş kollec rəfiqəsi Ketiyə (Stefani Syui) və Lolanın ekssentrik
əmisi qızı Mamiyə (Sabrina Vu) müraciət edir. Dörd dost birlikdə Asiya üzrə
səyahətə çıxırlar və yol boyu özünü qəbul edib, sevməyin nə demək olduğunun
kəşf edirlər.
Baş qəhrəman Obrini "Emily in Paris" şousunda baş roldan sonra tamaşaçıların
aşiq olduğu aktrisa, rəqqasə və müğənni Eşli Park canlandırıb. Brodvey musiqili
layihəsi "Mean Girls"-da roluna görə Eşli Park nüfuzlu "Tony" Mükafatına
namizəd olmuşdur.
Onun rəfiqəsi Ket rolunu isə, "ailəvi seriallar" ulduzu, Stefani Syu canlandırır. O,
bu il məşhur elmi-fantastik komediya "Hər şey hər yerdə və bir anda" filmində baş
qəhrəman Mişel Yeohun qızı roluna görə "Oskar" mükafatına namizəd olub. Syu
həmçinin "Möcüzəli missis Meysel" layihəsində və "Şan-Çi və on halqa əfsanəsi"
super qəhrəman blokbaster filmlərində rolları ilə tanınır.
Rotten Tomatoes-da "Əyləncəli səyahət" (JOY RIDE) reytinqi heç vaxt aşağı
düşmür,ilk izləyicilər isə ona inamla yüksək qiymət verirlər.
"Əyləncəli səyahət" istirahət etmək və müsbət enerjilə yüklənmək istəyənlər üçün
mükəmməl bir filmdir.
CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş
sürprizlər etməyə həmişə hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Əli Həsənova yeni vəzifə verilir
Tələbələr dərs saatlarını özləri seçə biləcəklərmi? Azərbaycanda yeni sistem tətbiq oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyirlər - AÇIQLAMA
Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək
Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir