Qaz gəlirlərimiz neft gəlirlərimizə çatır

Qaz gəlirlərimiz neft gəlirlərimizə çatırDövlət Gömrük Komitəsi xəbər verir ki, 2023-cü ilin ilk 5 ayı ərzində 7 milyard 220 milyon 253 min dollar dəyərində xam neft, 7 milyard 103 milyon 82 min dollar dəyərində təbii qaz ixrac edilib. 2022-ci ilin ilk 5 ayı ərzində isə 8 milyard 58 milyon 720 min dollarlıq xam neft, 5 milyard 994 milyon 793 min dollarlıq təbii qaz ixrac edilmişdi. Beləliklə, xam neft ixracının dəyəri azalıb, təbii qaz ixracının dəyəri artıb. Diqqəti cəlb edən isə, təbii qaz ixracının dəyərinin xam neft ixracının dəyərinə yaxınlaşmasıdır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, dünya bazarlarında baş verən hadisələr bizə də təsir edir:

"2022-ci ilin fevral ayından Ukrayna ətrafında baş verən hadisələrlə bağlı dünyanın enerji bazarları, həmçinin qlobal enerji landşaftı yenidən quruldu. Ona görə qlobal enerji, həmçinin əmtəə bazarlarında qeyri-müəyyən vəziyyət yarandı. Əgər qlobal qaz bazarlarındakı mövcud qiymətlərə nəzər salsaq görərik ki, keçən ilin fevral ayından başlayaraq ilin sonuna kimi təbii qaz qiymətləri kifayət qədər yüksək olub. Avropada 1000 kub metr qazın orta satış qiyməti 300-330 dollar arasında olmuşdusa, ilin sonunda bu qiymət kifayət qədər artdı. Təbii qaz qiymətləri artan dinamika ilə davam etdiyinə görə bizim təbii qaz satışından gəlirlərimiz də kifayət qədər yüksəkdir".

Z.Vəliyevin fikrincə, gələn il üçün də qaz gəlirlərimizin yüksək olacağı gözlənilir:

"Keçən illə müqayisədə təbii qaz bazarlarında sabitlik var. Həm Avropa İttifaqının, həm Amerika Birləşmiş Ştatlarının, həm də Asiya ölkələrinin yeraltı qaz anbarlarında kifayət qədər qaz həcmləri var. Bu ilin dördüncü rübündə qlobal qaz bazarlarında tələb təklifi üstələyəcək və bu, 3 milyon ton disbalans yaradacaq. 2024-cü ilin birinci rübündə isə 6 milyon ton disbalans yaranacaq. 2024-cü ildə də təbii qaz, həmçinin neft satışından kifayət qədər gəlir əldə edəcəyik. Bu ilin yanvar-may ayı ərzində 13,7 milyon ton neft hasil olunub. Onun 10,6 milyon tonu ixraca yönəldilib. 20 milyard kub metrdən çox qaz hasil olunub. Hasilat həcmlərinin 4,6 milyard kubmetri Avropaya, 4,3 milyard kubmetri Türkiyəyə, 1,9 milyard kubmetri Gürcüstana ixrac olunub. Bu il Avropaya 12 milyard kubmetrə yaxın qaz ixrac ediləcək. İxrac coğrafiyamıza Yunanıstan, İtaliya, Bolqarıstan, Balkan ölkələri daxildir. Bütövlükdə isə, 22 milyard kubmetr ixrac həcmlərimiz olacaq. Satış həcmlərindən kifayət qədər gəlir gözlənilir. Yaxın 10 ildə dünya bazarında təbii qaz qiymətləri artan dinamika ilə davam edəcək. Təbii qazdan əldə etdiyimiz gəlirlər əvvəlki illərdə neftdən əldə etdiyimiz gəlirləri kompensasiya edəcək".

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə düşünür ki, bu rəqəmlər reallığı əks etdirmir:

"Mühasibatlıq əməliyyatları nəticəsində qaz gəlirləri neft gəlirlərini üstələyir. Çünki, ötən il 2022-ci ilin nəticəsinə görə, Dövlət Gömrük Komitəsi qazın faktiki ixracından 3 milyard kubmetr aşağı bəyan edib. Cari ildə isə onu həcmlərin üzərinə gəlir. Ötən ilin göstəricilərinə baxdıqda da görmək olar ki, bu dördüncü rübdən başlayaraq belədir. Ondan öncə real ixrac həcmləri ilə bəyan edilmiş həcmlər arasındakı fərq çox kiçik idi. Fərqi Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Energetika Nazirliyinin aylıq hesabatlarında da görmək mümkündür. Amma yenə də qaz gəlirləri qalxacaq. Çünki neft hasilatımız azalır. Bu səbəbdən, qaz gəlirləri arta bilər".

İqtisadçı Xalid Kərimli isə bildirir ki, bu il daha çox qaz ixrac etmişik:

"Qaz gəlirlərinin neft gəlirlərinə yaxınlaşmasının səbəbi Azərbaycanın qaz hasilatını artırmasıdır. Neft hasilatı isə yavaş-yavaş aşağı düşür. Neftin qiymətlərində də enmələr müşahidə olunur. Həmçinin qaz qiymətləri də azalıb. Eyni zamanda, Azərbaycan bu il daha çox qaz ixrac etməyə başlayıb. Yaxın 5 ildə Avropaya qaz ixracı 2 dəfəyə qədər artacaq".

X.Kərimlinin sözlərinə görə, gələcəkdə qaz gəlirləri daha da artacaq, hətta neft gəlirlərini keçəcək:

"Ölkənin 90-92 faiz gəlirləri neft və qazdandır. Gələn gəliri əməkhaqqılara, cari xərclərə - orduya, silaha, işğaldan azad olunmuş ərazilərin bərpasına, investisiya xərclərinə istifadə edirik. Amma yaxın gələcəkdə böyük neft yataqları tapılmasa neft hasilatı tədricən azalan templə gedəcək. Çünki köhnə neft yataqları uzun illər əvvəl kəşf edilib və onlarda da hasilat getdikcə azalır. Amma qaz hasilatının yaxın 5 ildə artırılacağı gözlənilir. Bu səbəbdən qaz gəlirləri neft gəlirlərini keçə bilər. Amma burada qiymətlərin də təsiri var. Qiymətlər hazırda dünyadakı baş verən hadisələr fonunda dəyişir. Həm də alternativ enerji mənbələrinin ənənəvi enerji mənbələrini nə dərəcədə əvəzləməsi də qiymətləri formalaşdırır".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1291   Tarix: 09 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Üzüm şərabı ehtiyatı artıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 346,1 min dekalitr üzüm şərabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur. Avqust ayının 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 609,1 min dekalitr təşki

14 sentyabr
.

Azərbaycanda pul bazası 15 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 1,2 % çoxdur. Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 7,9 %, son 1 ildə isə 14,8 % artıb

7 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Çindən Azərbaycana turist axını 5 % artıb

2026-cı ilin avqust ayında Çindən Azərbaycana gələn turistlərin sayı 5 % artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini Teymur Süleymanzadə "China Southern Airlines" aviaşirkətinin Bakıdakı nümayəndəliyinin fəaliyyətə başlamasını

10 sentyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü

Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8

21 sentyabr
.

Azərbaycanda 8 ayda 446 dövlət standartı qəbul edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu 446 yeni dövlət standartı qəbul edib. bu barədə AZSTAND-a istinadən xəbər verir. Məlumata görə, bunun 91-i nəqliyyat, 56-sı qida texnologiyas

10 sentyabr
.

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Azərbaycanda 1 722 227 vergi ödəyicisi olub. bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 4,7 % çoxdur. Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digə

10 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr