Azərbaycanın məşhur musiqi qrupları indi haradadırlar?

Azərbaycanın məşhur musiqi qrupları indi haradadırlar?2000-ci illərin əvvəllərində Azərbaycan estradası öz qızıl dövrünü yaşayırdı. Bu gün xalq və əməkdar artist olan məşhurlarımızın bir çoxu o zaman sənət yoluna yeni başlasalar da, aralarındakı güclü rəqabət sayəsində peşəkar işlər ortaya qoyur, tez-tez yeni mahnılar yazdırır, kliplər təqdim edir, konserti konsert ardınca verirdilər.

Həmin ərəfələrdə "Qala", "Şeron", "X-trio", "NM", "N brother", "Kristal", "Dostlar", "W-trio", "Sevən ürəklər" və digər musiqi qrupları yarandı. Bu qruplar həm televiziyalarda, həm də toylardakı çıxışları ilə populyarlaşmışdılar. Bu qruplar arasında çox populyar olanlar da vardı. İndi solo çıxışları ilə tanınan müğənnilərin bir çoxu vaxtilə həmin qrupların üzvləri olublar.

Xeyli vaxtdır məşhur olan və olmayan bu qrupların bəziləri ya fəaliyyətini dayandırıb, ya da varlıqları ilə yoxluqları bilinmir. Görəsən, indi o qruplar haradadırlar?

"Lent.az"ın əldə etdiyi məlumata görə, keçmiş qruplardan yalnız Rüstəm Zeynallının rəhbərlik etdiyi "Şeron" fəaliyyətini davam etdirir. Onları ekranlarda çox görməsək də, toy məclislərində fəaldırlar. 2020-ci ildə qrupun üzvlərindən biri, Tərlan Əkbərov vəfat edib.

20 ildir fəaliyyətini davam etdirən "Sevən ürəklər" qrupu üç nəfərdən (Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbi) ibarətdir. Qrup kölgədə qalmağın əsas səbəbini telekanalların onlara ögey yanaşmasında görür. "Azərbaycan televiziyalarının bizim klipləri efirə verməməsi və radiolarımızın 150-dən çox mahnımızı efirdə səsləndirməməsi tək problemimizdir".

"N brother"i yaradan prodüser Namiq Qafarovla keçmiş qrup üzvləri arasında qalmaqal yaşanmışdı. 2015-ci ildə birləşib yenidən qrup olmaq istəyən üzvlər köhnə rəhbərləri ilə əlaqə qurmaq istəməmişdilər. Lakin brend Namiq Qafarova aid olduğu üçün cəhd uğursuz alınıb. Namiq Qafarov hazırda başqa uşaqlarla toy bazarında yer qazanmağa çalışır.
Qızlardan ibarət "Kristal" qrupunun qızları ərə gedəndən sonra qrup rəhbəri Mədinə Məlik özü də oxumağa başlayıb və yeni qızlarla yoluna davam etməyə qərar verib. Amma ulduzu parlamayıb. Bu gün adları olsa da, özləri yox kimidirlər.

Dağılan "Qala"qrupundan bircə Ceyhunu ara-sıra efirlərdə görmək olur. Solo fəaliyyət göstərir.

Qrupların dağılma səbəblərinin kökündə bir qədər məşhurlaşdıqdan sonra aralarında yaranmış pulla bağlı mübahisələr, "ulduz xəstəliyi", gənclərin başqa işlərə üstünlük verməsi, solo fəaliyyət göstərməsi dayanır. Əslində qrup rəhbərləri qrup üzvlərinə haqlı olaraq öz kapitalları kimi baxır, onlardan qazanırdılar. Çox zaman tanınmış müğənnilər də qrup adı altında topladığı gəncləri özləri ilə toya aparır, həm toy sahibindən qrupu gətirdiyinə görə əlavə pul alır, həm də özü bir qədər oxuyub, sonra yorulmamaq üçün meydanı onlara təhvil verirdilər. İndi bir çoxları toy tutmaq üçün yarım saatlıq dəvət aldığından belə müşayiətçi qruplara da ehtiyac qalmır.

Qruplar ansambllara çevrilib şadlıq evlərində, restoranlarda gündəlik proramlar göstərməklə qazanc əldə edirlər. Bir növ iş yeri tapıblar. Dövrün tələbinə uymayanlar, tamaşaçını ələ almağı bacarmayanlar, sadəcə meydandan çəkilmək məcburiyyətində qalırlar. Necə deyərlər, hər igidin öz dövranı var.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1978   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Bəzi satıcılar qozun daha təravətli və nəm görünməsi, eyni zamanda çəkisinin artırılması məqsədilə onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətinə mənfi təsir göstərir və insan sağlamlığı üçün müəyyən risklər yarada bilər. xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

17 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur

Qış qarderobunun əvəzedilməzi olan palto və yun sviterlərdəki tiftiklənmə problemi xüsusi təmizləyici aparatlara pul xərcləmədən, mətbəxdəki sadə bir vasitə ilə həll olunur. xəbər verir ki, tiftik rulonları və ya xüsusi cihazlar olmadan paltarların ilkin görünüşünü qaytarmağın yolu demək olar ki, hə

18 oktyabr
.

Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?

"Biz bütün uşaqlarımızı bərabər sevirik" deyən valideynlərlə bağlı aparılan genişmiqyaslı araşdırma gözlənilməz nəticə ortaya qoyub. Sosioloq və psixoloqların tədqiqatları göstərir ki, valideynlərin böyük əksəriyyəti gizlicə bir övladını digərlərindən daha çox istəyir. xəbər verir ki, araşdırmad

17 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr