Bakı-Qazax yolunda yük avtomobilləri toqquşub, iki nəfər ölüb
Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonu, Ərşəli kəndi yaxınlığında (Bakı-Qazax avtomobil yolunun 180-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Ford" və "KamAZ" markalı iki yük avtomobili toqquşub, iki nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iki nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib", - deyə qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1106 Tarix: 30 iyul 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 2-də cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb. Bu barədə -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub
3 oktyabrBilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobili
14 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabr