Ankaradakı "TEXNOFEST"in azərbaycanlı iştirakçıları: "Burada ölkəmizə maraq cəlb edirik"

Ankaradakı "TEXNOFEST"in azərbaycanlı iştirakçıları: "Burada ölkəmizə maraq cəlb edirik"Ankarada ilk dəfə keçirilən dünyanın ən böyük aerokosmik və texnologiya festivalı - "TEXNOFEST"də Azərbaycanın təhsil sahəsi üzrə üç, kənd təsərrüfatı üzrə bir startap layihəsi yer alır.

"Report"un Ankara bürosu yarışda iştirak edən azərbaycanlı komandalarla görüşüb, onların təqdim etdiyi məhsullarla maraqlanıb.

"Safavy.org" komandası 2020-ci ildə yaradılıb. Komandanın kapitanı İqtisad Universitetinin gənc müəllimi Könül Quliyevanın sözlərinə görə, Səfəvilər dövlətinin hakimiyyəti dönəmində Azərbaycan türkcəsinə və elminə böyük əhəmiyyət verildiyi üçün layihələrinə bu adı seçiblər:

"Səfəvilər zamanında Azərbaycanın ərazi bütövlüyü qorunub və genişlənib, 2020-ci ildə də Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Təhsil startapımız vasitəsilə dünyaya bu mesajı vermək istərdik ki, Azərbaycan Səfəvilər dövlətinin prinsiplərini qoruyur və davam etdirir".

Layihənin Azərbaycanda ilk video formatlı təhsil startaplarından biri olduğunu deyən Könül Quliyeva bildirib ki, onlayn təhsil platforması vasitəsilə yerli bazar ehtiyaclarına uyğun, ən yeni mövzular üzrə peşəkar təlimçi və müəllimlərdən video dərsliklər almaq mümkündür:

"Məqsədimiz təhsili hər kəsə əlçatan etməkdir. Platformada artıq on mindən çox qeydiyyat var".

"Metatesk" layihəsi isə metakainat, gerçəkliyə yaxın virtual texnologiyaların reallaşdığı virtual təcrübə məkanını əks etdirir.

Bu startap Azərbaycanda keçirilən "TEXNOFEST"də qalib olub. Layihənin icraçı direktoru Günay İmanzadə həm də innovasiya və sahibkarlıq sahəsi üzrə prezident mükafatçısıdır. Layihə əsasən uşaqların və yeniyetmələrin dünyasını rəngləndirir:

"3 D mühitlər yaradırıq. Virtual reallıq texnologiyaları ilə kosmos modeli düzəldirik, uşaqlar müəllimlə birlikdə virtual sinif otağına daxil olurlar, özlərini sanki kosmosda hiss edirlər. Fizika qanunları, təbiətdə suyun dövranı, helikopterlər necə hərəkət edir və bu kimi proseslər uşaqlar üçün çox əyləncəli və yaddaqalan olur".
G.İmanzadə deyib ki, Azərbaycandan 10, Çindən 200-ə yaxın 5-14 yaş arası şagirdləri var ki, onlar bu layihə vasitəsi ilə həyat bilgisi dərsləri alırlar:

"Edinify" komandasının kapitanı Nərgiz Seyidzadə bildirib ki, onların təqdim etdiyi layihə təhsil mərkəzləri üçün yaradılmış idarə sistemidir: "Startapımız müəllimlərin maaşlarının yanlış hesablanması, dərs cədvəllərinin yanlış tərtib olunması kimi problemlərin aradan qaldırılmasına dəstək verir. Artıq 3 təhsil mərkəzində sistemimiz tətbiq olunur. Tələbatın çoxluğu ilə əlaqədar gələcəkdə daha da böyüyəcəyini güman edirik".

"Azirrigation" layihəsi isə kənd təsərrüfatında və fərdi təsərrüfatlarda ağıllı idarəetmə vasitəsi ilə suvarmaya qənaətlə xidmət məqsədi daşıyır. Komandanın kapitanı Elmira Poladova Pedaqoji Universitetdə "Sabah" qruplarında təhsil alır.

Elmira deyib ki, bu proqramı uzaqdan ağıllı idarəetmə sistemi ilə tətbiq etmək mümkündür:

"Dünyanın harasında olursanız olun, öz bağçanızı bu sistem vasitəsilə suvara bilərsiz. Tövsiyə sistemlərimiz ilə isə hava şərtləri, torpağın vəziyyəti - nəmlilik, duzluluq dərəcəsi analiz edilir və ən uyğun suvarma sistemi tətbiq olunur. Proqramlaşdırdığımız bir tətbiqi telefona yükləməklə bütün sistem haqqında istənilən məlumat əldə etmək olur. Elektrik və ya su kəsildikdə, ərazidə bir dəyişiklik olduqda telefon vasitəsilə şəxsə dərhal məlumat verilir".

Öz vəsaitləri hesabına bu tədbirə qatılan gənclər beynəlxalq festivalın onların dünyagörüşlərinə müsbət təsir etdiyini və dünyanın 100-dək ölkəsindən gələn iştirakçılarla əlaqələrin qurulması, təcrübə və məlumatlarının çoxalmasına böyük dəstək olmasından razılıqlarını ifadə ediblər. Layihə iştirakçıları Azərbaycan stendlərinin də "TEXNOFEST"də böyük maraqla qarsalandığını bildiriblər:

"Bu beynəlxalq tədbirdən həm çox şey öyrənirik, təcrübə qazanırıq, həm də Azərbaycana çox maraq cəlb edirik".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 595   Tarix: 03 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr