Yaxın vaxtlarda balinalar üçün qaranlıq dövr başlayır: Səbəb və Günəşin bununla əlaqəsi - FOTO

Yaxın vaxtlarda balinalar üçün qaranlıq dövr başlayır: Səbəb və Günəşin bununla əlaqəsi - FOTOOmarlar, balıqlar, dəniz tısbağaları, köçəri quşlar və bəzi həşəratlar da daxil olmaqla, təəccüblü sayda canlılar Yerin maqnit sahəsindən təsirlənə bilirlər. Eyni zamanda, alimlər xəbərdarlıq edirlər ki, Günəş tsiklində partlayış piki yaxınlaşır və bu, xüsusən okeanın sakinlərinə təsir edəcək.

Bu barədə "Live Science"də məlumat verilib.

Əvvəlki tədqiqatlar göstərir ki, təqribən 11 illik günəş dövrünün ən aktiv fazasında baş verən Günəş fırtınaları bəzi böyük balina növlərinə təsir edir: Onlar kütləvi şəkildə azır və özlərini sahilə vururlar.

Alimlərin fikrincə, bu, çox güman ki, bəzi balina növlərinin Yerin maqnit sahəsindən istifadə edərək səmtlərini müəyyənləşdirməsi ilə bağlıdır. Günəş fırtınaları planetimizi vurduqda onların yollarını müəyyənləşdirməsi çətinləşir.

Bundan əvvəl düşünülürdü ki, növbəti Günəş maksimumu 2025-ci ildə başlayacaq və nisbətən zəif olacaq. Ancaq yeni araşdırmalar onun 2023-cü ilin sonu, ya da 2024-cü ilin əvvəlində başlaya biləcəyini və gözləniləndən daha aktiv olacağını göstərir.

Mütəxəssislər bildiriblər ki, əgər Günəş dövrü əvvəllər proqnozlaşdırılandan aktiv olarsa, bu, çox güman ki, Yerin maqnit sahəsindən təsirlənən canlılara, xüsusən də balinalara böyük təhlükə yaradacaq, onlar daha çox azaraq sahilə çıxacaqlar. Bu isə çox vaxt onlar üçün fəlakətlə nəticələnir./Oxu.az
Yaxın vaxtlarda balinalar üçün qaranlıq dövr başlayır: Səbəb və Günəşin bununla əlaqəsi - FOTOYaxın vaxtlarda balinalar üçün qaranlıq dövr başlayır: Səbəb və Günəşin bununla əlaqəsi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1293   Tarix: 09 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021