NASA mütəxəssisi Meksikada nümayiş olunan "yadplanetli mumiyalar"a münasibət bildirdi
NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində iştirak edən astrofizik David Spurgel Meksika parlamentində nümayiş etdirilən "yadplanetli mumiyaları"ndan danışıb.
Sonxeber.az xəbər verir ki, NASA-nın mətbuat konfransı zamanı jurnalistlərdən biri astrofizikdən Peruda tapıldığı iddia edilən "canlı"larla bağlı Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıb-saxlamadığı və onun bu tapıntılara əhəmiyyət verib-vermədiyi barədə soruşub. Spurgel cavab verib ki, o, Meksikada nümayiş olunan "yadplanetlilər" haqqında ancaq internetdən məlumatlıdır. Astrofizik deyib ki, onların həqiqiliyini yalnız mütəxəssislər qiymətləndirə bilər. Onun sözlərinə görə, 50 il əvvəl Aydakı torpaq nümunələri Yer üzünə gətirilərkən, dünya alimləri tərəfindən onun tədqiqatı təmin edilib. Bu vəziyyətdə də eyni edilməlidir. "Əgər qəribə bir şeyiniz varsa, dünya elmi ictimaiyyətinə nümunələr təqdim edin və bunun nə olduğunu görək", - deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 12-də ufoloq Xayme Maussan Meksika parlamentində üçbarmaqlı əlləri və ayaqları olan mumiyalanmış "yadplanetlilər" adlandırdığı skletlər nümayiş etdirib. O, onların Perudakı Naska yaylasında aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu canlıların DNT-si insan DNT-sindən üçdəbir qədər fərqlənir ki, bu da onların Yerdən kənar mənşəyini sübut edir. O, həmçinin qeyd edib ki, onların min ildən çox yaşı var.
Maussan ilk dəfə deyil ki, Naska yaylasından mumiyalanmış üçbarmaqlı yadplanetlilər haqqında danışır. 2015-ci və 2017-ci illərdə də onun tapıntıları olub. Ekspertlərin fikrincə, onlar qədim dini ayinlər zamanı kəllə sümükləri deformasiyaya uğramış uşaqların qalıqlarıdır. Lakin bəziləri də həmin sümüklərin yadplanetlilərə aid olduğunu bildirirlər.
APA
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 933 Tarix: 16 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
4 oktyabrAvropa İttifaqı Ukraynanın 2027-ci ildə təşkilata üzvlüyünü istisna edib
"Ukraynanın 2027-ci ildə Avropa İttifaqına qəbul edilməsi gözlənilmir. Həmçinin rəsmi Kiyevə siyasi birliyə inteqrasiya prosesində heç bir xüsusi imtiyaz və ya güzəştlər verilməyəcək". xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos "Corriere"
4 oktyabrOman sahillərində xam neft tankeri naməlum mərmi ilə vurulub, UKMTO bildirib
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) şənbə günü səhər saatlarında bildirib ki, xam neft tankerinin kapitanı Omanın dörd dəniz mili şərqində naməlum mərmi ilə vurulub. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO, bütün ekipaj üzvlərinin təhlükəsiz olduğunu və hazırda ətraf mühit
3 oktyabr"Forsaj" seriala çevrilir: Premyera tarixi məlum oldu
"Peacock" striminq platforması "Forsaj" kino franşizası əsasında serial çəkəcəyini elan edib. İlk dəfə 2026-cı ilin mayında haqqında danışılan layihənin hazırlanmasına artıq rəsmi razılıq verilib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. Məlumata görə, franşizanı
4 oktyabrTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
4 oktyabrQonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
4 oktyabr