Azərbaycanda neçə avtomobil oğurlandığına görə axtarışdadır? - RƏQƏMLƏR
Azərbaycanda 351 avtomobil qaçırılıb və onların axtarışları davam edir.
Bu barədə Oxu.Az Daxili İşlər Nazirliyinin saytının "Axtarışda olan nəqliyyat vasitələri" bölməsinə istinadən bildirir.
Həmin rəqəm 2005-ci ildən 2023-cü ilədək olan dövrü əhatə edir.
2022-ci ildə Azərbaycanda üç avtomobil oğurluğu qeydə alınıb. 2021-ci ildə də eyni sayda avtomobil oğurluğu hadisəsi olub.
2020-ci il üçün isə bu rəqəm daha çoxdur - 18 avtomobil qaçırılması hadisəsi.
Qeyd edək ki, həmin avtomobillərin axtarışı "Qaçırılmış, oğurlanmış nəqliyyat vasitələrinin və yol-nəqliyyat hadisəsi yerindən qaçmış sürücülərin axtarışının təşkili haqqında" Təlimata əsasən həyata keçirilir.
Axtarış işinin əsasını oğurlanmış və ya qaçırılmış nəqliyyat vasitələrini aşkar etmək, nəqliyyat vasitələrini oğurlayan, qaçıran şəxsləri müəyyən edərək saxlamaq, eləcə də nəqliyyat vasitələrini ələ keçirmək məqsədilə sürücülərə zor tətbiq edən, həmçinin yol-nəqliyyat hadisəsi yerindən qaçmış şəxslərin müəyyənləşdirilməsi təşkil edir.
Cinayət işlərinin istintaqı ilə əlaqədar nəqliyyat vasitələrinin axtarışı Dövlət Yol Polisi və digər xidmət əməkdaşlarının cəlb edilməsilə DİN-in cinayət-axtarış xidmətləri tərəfindən aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1192 Tarix: 16 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrYasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabrGəncədə kuryoz hadisə: Səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu
Gəncədə evdə səs-küy salan oğul həbs olunub. -a istinadla xəbər verir ki, hadisə şəhərin Nəvai küçəsində baş verib. 36 yaşlı Fərahim Şükürov (şərti adla) evə gələrək səs-küy salıb. Bu zaman səs-küyə oyanan atası hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Gələn polis əməkdaşları Fərahimi
11 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabrAbşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
5 oktyabrQız nişanlısı ilə olan fotolara görə toyu ləğv etdi
Ukraynalı qadın nişanlısının onunla birlikdə çəkdirdiyi fotoları sosial şəbəkələrdə paylaşmaqdan imtina etməsi səbəbindən toyunu ləğv edib. xarici mediaya istinadən xəbər verir ki, Valentina adlı qadının sosial şəbəkələrdə fəal olan nişanlısı onunla birlikdə çəkdirdiyi fotoları paylaşmaq istəməyib. Qadını
18 oktyabr