Türkiyənin ilk yerli və milli rabitə peykinin buraxılış tarixi açıqlandı

Türkiyənin ilk yerli və milli rabitə peykinin buraxılış tarixi açıqlandıTürkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkənin ilk yerli və milli rabitə peyki "Türksat 6A"nın Ankaranın Kahramankazan bölgəsində yerləşən kampusundakı Kosmik Sistemlərin İnteqrasiya və Test Mərkəzini ziyarət edib.

O, Türk Əsrinin əvvəlində dünyada söz sahibi olmaq üçün "kosmosda iz qoymaq" üzərində çalışmaq əzmlərini davam etdirdiklərini söyləyib.

Nazir "Türksat 6A" ilə Türkiyənin dünyada rabitə peyki istehsal edən 11 ölkədən biri olacağına diqqət çəkib.

"Türksat 6A" 42 dərəcə şərq uzunluğunda xidmət göstərəcək. Cihaz 35 min 786 kilometr məsafədə geosentrik orbitdə yerləşəcək. O, 7,5 kilovat gücündə yerli və milli rabitə peyki olacaq. 20 transponder tutumlu "Türksat 6A" Ku diapazonunda çalışacaq və Cənub-Şərqi Asiya kimi əvvəlki "Türksat" peyklərinin əhatə edə bilmədiyi yeni coğrafiyada da xidmət göstərəcək.

Uraloğlu, peykin uçuş müddətinin 15 il olacağını, uçuş kompüteri, enerji paylama qurğusu, elektrik mühərriki, yanacaq çəni, enerji emalı və idarəetmə bloku kimi kritik komponentlərin yerli imkanlarla istehsalının peyk və kosmik sektorda xarici asılılığı azaldacağını ifadə edib.
Nazir aparatın 2024-cü ilin fevral ayında buraxılacağını bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 794   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil

NATO-nun Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone Şimali Atlantika Alyansının Kalininqradı blokadaya almaq niyyətində olmadığını bəyan edib. xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb. "Kalininqradla bağlı məsələ tam aydın olmalıdır: NATO hər hansı bir blokada hazırlamır

10 oktyabr
.

Tramp Ağ Evə yeni mətbuat katibi təyin etdi

"Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin etməkdən şərəf duyuram" . xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib. "Keti hazırda Truth Social-da Baş Kommunikasiya Məsləhətçisi vəzifəsində çalışır və burada uğur qazanıb". [hh4-unikal]

10 oktyabr
.

Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib

Yəmənin hökumət qüvvələri Bab əl-Məndəb boğazını və Perim adasını tamamilə nəzarətə götürüb, "Cənub nəhəngləri" briqadaları isə Dhubab rayonunda husilərlə toqquşmalara girərək onlardan bir neçəsini əsir götürüb. "Report" xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "A

9 oktyabr
.

Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib

ABŞ Prezidenti Donald Tramp beynəlxalq münaqişələrin nizamlanmasındakı nailiyyətlərini sadalayaraq, Nobel sülh mükafatını almadığına görə yenidən narazılığını bildirib. "Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb. Trampın sözlərinə görə, o

10 oktyabr
.

Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib. Nazirlər Ermənistan-Türkiyə əməkdaşlığına dair məsələlər

9 oktyabr
.

Braziliyada istehsal olunan ilk Gripen ilk dəfə havaya qalxdı

İsveçdən kənarda istehsal olunmuş ilk Gripen qırıcı təyyarəsi, Embraer şirkətinin San Paulo əyalətindəki Gavião Peixoto hava limanından tarixi ilk uçuşunu uğurla başa vuraraq havaya qalxdı. xəbər verir ki, sınaq uçuşu Saab şirkətinin baş sınaq pilotu Yakob Heqberq tərəfindən həyata keçirilib. Bu hadis

10 oktyabr
.

Rus ordusu Annopolyeni işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Annopolye yaşayış məntəqəsini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

8 oktyabr
.

Tramp İrana zərbələri təxirə salır: ABŞ bölgəyə əlavə qüvvələr göndərir

ABŞ ilə İran arasında gərginlik davam edir. Vaşinqtonun diplomatik danışıqlarla bağlı açıqlamalarına baxmayaraq, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, neft daşımaları və bölgədəki hərbi mövcudluq əsas müzakirə mövzuları olaraq qalır. CNN-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranl

9 oktyabr
.

Ermənistanda hərbçi güllələnərək öldürülüb

Ermənistan silahlı qüvvələrində xidmət edən A.Q. adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində aldığı yara ilə meyiti tapılıb. xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan özünün "Telegram" kanalında məlumat paylaşıb. Onun sözlərinə görə, hazırd

10 oktyabr