"ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız öz maraqları dayanır"
Son günlər ABŞ Konqresinin və ABŞ Dövlət Departamentinin anti-Azərbaycan kampaniyasını izləyərkən, belə bir fikrə gəlmək olar ki, ABŞ-dəki erməni lobbisi nə qədər güclü olsa da, onlar ABŞ-dən yox, ABŞ dövləti özü erməni lobbsindən Azərbaycana qarşı həyata keçirdiyi siyasətdə alət kimi istifadə edir.
Sonxeber.az xəbər verir ki, bu barədə "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli deyib.
"Aydındır ki, Konqresmen Bob Menendez fərdi olaraq öz maraqları çərçivəsində hərəkət edir (korrupsiya və ermənilərlə qohumluq səbəbindən və s). Amma Menendezin bəyanatına oxşar şəkildə ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kimin söylədikləri, bu kampaniyanın təkcə, "çünki arvadı ermənidir" səbəbilə həyata keçirilməməsini sübut edir.
ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı hamıya bəllidir. Dünyanın müxtəlif bölgələrindəki münaqişələrə ABŞ selektiv olaraq yanaşır. Yəni burada ABŞ dünyaya bəyan etdiyi insan hüquqları və bərabərlik prinsipləri deyil, fərdi milli maraqlar önə çıxır.
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı.
Hazırda Azərbaycanla Ermənistan arasında normalizasiya prosesinə maneə törətmək istəyən müəyyən qüvvələr mövcuddur. Fransanın siyasəti məlumdur. Bu ölkə tam olaraq Ermənistanın tərəfində olduğunu hamıya açıq bəyan edir və Azərbaycana qarşı öz nifrətini belə müxtəlif məmurları vasitəsilə göstərir. ABŞ da Fransa və Rusiya kimi, ATƏT MQ-nin həmsədri kimi turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu qrup uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. 30 il Azərbaycana məğlubiyyətləbarımağa məcburetmə siyasətindən istifadə olunurdu. Lakin Azərbaycan bütün təzyiqlərə müqavimət göstərməyi bacardı və öz gücünə torpaqlarını işğaldan azad etdi. Təbii ki, bu gücə və cəsarətə malik Azərbaycanın mövcudluğu ABŞ, Fransa və digər bu kimi ölkələrin maraq və məqsədlərinə uyğun gəlmir. Buna görə bu gün də rəsmi Vaşinqton Ermənistanla Azərbaycan arasında problemin həllinə ciddi səy göstərmir, yalnız görüntü yaradır", - deyə o bildirib.
"Trend"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
GƏLƏN İL MAAŞ VƏ PENSİYALAR ARTACAQ? - Ayrılacaq VƏSAİT AÇIQLANDI