Vaşinqtona olan ümidlər puç oldu?

Vaşinqtona olan ümidlər puç oldu?Məlum olduğu kimi ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi bu gün İrəvandan sonra Bakıya səfərə gəlib. Bakıda onun AR XİN rəhbəri Ceyhun Bayramov ilə görüşü baş tutub. Görüşdə regiondakı son vəziyyətlə əlaqədar rəsmi Bakının narahatlığı qonağın diqqətinə çatdırılıb.

Xatırladım ki, ələlxüsus son 1 ildə Bakıda bir çoxları Vaşinqtonda keçirilən görüşlərə ümidlər bəsləyərək Demokratlar partiyasının tarixində ilk dəfə olaraq birisinə- məhz Entoni Blinkenin məsələyə obyektiv yanaşacağını düşünürdü. Ədalət naminə qeyd edim ki, Vaşinqtonda bu il baş tutan AR və ER XİN rəhbərlərinin Blinkenin də iştirak etdiyi görüşlərdə çox yaxşı ab - hava yaranmış və ABŞ Dövlət Departamentinin rəhbəri 30 illik tarixdə öz sələflərindən fərqli olaraq daha rasional yanaşma orta qoyaraq Azərbaycanın tezislərinin əksəriyyətini nəinki qəbul etmiş, o cümlədən əsas prinsiplərin həyata keçirilməsi üçün əməli addımlar da atıb. Lakin, çox təəssüflər olsun ki, görünən odur kı, son zamanlar okeanın o tayındakı müəyyən qüvvələrin təzyiqi və səyi nəticəsində Blinken geri çəkilməyə qərar verdi.

Çox güman kı, bu gün Lui Bononun Bakıda bağlı qapılar arxasındakı dedikləri Vaşinqton və Bakı arasında Senatda 2 gün qabaq baş tutan çıxışdakı qərəz ab-havasını yumşaltmadı, əksinə daha da möhkəmlətdi. Hazırda, Azərbaycanın ABŞ, Aİ və Rusiyadan eşitmək istədiyi ilk prinsip: ölkənin suverenliyinin və ərazi bütövlüyünün prioritetliyi, digər məsələlərə isə, məhz bu aspektdən yanaşılması tələbidir. Təəssüflər olsun kı, son zamanlar, Qərbin məsələlərə yanaşmasında ərazi bütövlüyü və suverenlik prinsipləri unudulur.

Prinsip etibarilə, iki gün qabaq ABŞ DD-nin köçəkçisi Y. Kimin "Dağlıq Qarabağ xalqının hüquqları" terminindən istifadə etməsi, onun həmkarlarının hansı düşüncədə olduğunun göstəricisi idi. Senatdakı həmin çıxışlar zamanı amerikalı siyasətçilərin Qarabağdakı erməni rezidentlərinin hüquq və təhlükəsizliyi ilə bağlı Azərbaycan hökumətini az qala soyqırımda günahlandırmaları, onların Prezident İlham Əliyevin apardığı Qarabağ siyasəti ilə bağlı səsləndirdikləri fikirlər cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandı. Həmin çıxış və ondan əvvəl - sonra Vaşinqtonun məsələlərə yanaşması bu ölkənin Azərbaycanla bağlı beynəlxalq hüququ kənara qoyduğunun göstəricisidir.

Senatdakı dinləmələr zamanı Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı ifadəsini bir nəfər belə səsləndirmədi. Əvəzində separatçı quldur dəstəsini müdafiə edən ifadələr yer aldı. Halbuki, hamıya məlumdur kı, Ermənistanın əsas məqsədi Azərbaycan torpağında "xilas naminə - azadlıq" şüarını beynəlxalq səviyyədə təbliğ edərək Kosovada olduğu kimi Qarabağın Azərbaycandan ayrılmasına nail olmaqdır.

Senatda Laçın yolunun guya bağlandığı və Qarabağda ermənilərin ac olduğunu bildirən amerikalı senatorlar və hökumət nümayəndələri növbəti şouları ilə MDB məkanında öz imiclərini sual altına qoymuş oldular. Çünki, nəinki Azərbaycan ictimaiyyəti, o cümlədən, separatçılıqdan əziyyət çəkən digər dövlətlərin hakimiyyətləri də, Senatdakı bu çıxış fonunda okeanın o tayı ilə münasibətləri haqqında düşünməli oldular. Fikir verin, iclas zamanı az qala cib dəsmalı ilə "ac erməni"lərin halına kövrələn siyasətbazlar nədənsə Ağdam yolu ilə bağlı susmağa üstünlük verdilər. Adama deyərlər, əgər humanitar yardım etmək istəyirsən və 30 000 insana görə pərişansansa, o zaman niyə Bakıya ərzaq göndərərək Ağdam vasitəsilə Xankəndinə yardım etmirsən? Əlbəttə, cavab bəllidir. Fransa və ABŞ humanitar fəlakət adlı şou ilə bölgədə erməni məsələsini aktuallaşdırmaq və öz oyunlarını oynamaq istəyirlər. Amma Blinken yaxşı bilir ki, əldə edilmiş razılıqlara əsasən sentyabrın 1-dən Ağdam-Xankəndi yolu açılmalı idi.

Hazırda azərbaycanlılar bütün vasitəçi ölkələrin sülh danışıqlarındakı davranışlarını diqqətlə izləyir. Aydın şəkildə, Dnestryanı ərazi, Abxaziya və Osetiya, Krım, Luqansk- Doneskdəki mübahisələrə eyni, Qarabağa isə başqa yanaşmanın olduğu görünməkdədir. Düzdür, bütün bu münaqişələrlə bağlı Vaşinqtonun eyni davranışı da qeyd edilməlidir - bütün adları çəkilən bölgələr tərkibində olduğu dövlətdən ayrıldılar və onların geri qaytarılması üçün Gürcüstana, Moldovaya real dəstək yoxdur, Ukraynada isə, hazırki proseslər ərazi bütövlüyünün təmin ediləcəyi ilə bağlı ümidləri sual altına qoyur.

Yuxarıda sadalanan münaqişələr və separatçı ocaqlar arasında ilk dəfə olaraq məhz Azərbaycan öz məsələsini heç kimin şirin vədinə güvənməyərək təkbaşına həll etməyi bacardı. Rəsmi Bakının 3 il əvvəl atdığı addım ətrafda münaqişələrdən və separatizmdən əziyyət çəkən bütün dövlətləri ruhlandırdı. Təbii ki, bu vəziyyət bəzi dairələri narahat etməyə bilməzdi. Onlar təkcə qalib gələn Azərbaycan dövlətinin hakimiyyətinə deyil, eyni zamanda, vətəndaş cəmiyyəti, ayrı-ayrı sosial qruplar ilə bağlı əvvəllər digər dövlətlərdə sınaqdan keçirilmiş metodlardan istifadə etdilər. Əgər əvvəllər müxalifət partiyalarındakı bəzi şəxslərin beyinlərinin yuyulması üçün işlər aparılırdısa, son 3 ildə QHT sektoru, ictimai birliklər, tələbə qrupları vasitəsilə öz məqsədlərini həyata keçirmək üçün işlər aparırlar. Milli dəyərlərin, adət - ənənələrin, vətənpərvərlik hisslərinin yox edilməsi, LGTB-yə dəstək, NO WAR kimi hərəkatların yaradılması, əlbəttə ki, məqsədli xarakter daşıyır. Ermənipərəst mövqeyi ilə seçilən və nədənsə Ermənistanda sülh platformaları, Azərbaycan ilə sülhsevərlər platformaları yaratmayan Samanta Paurin başçılıq etdiyi USAİD, ancaq Bakıda ermənilərlə sülhün lazımlığı haqqında danışan adamlar axtarışındadır. Xarici ölkələrdə sülh platformaları çərçivəsində Qarabağdakı erməni rezidentləri haqqında danışan iclaslarda nədənsə Xocalıdan, Ağdərədən, Şuşanın kəndlərindən, Xocavənddən, Xankəndidən məcburi köçkün düşmüş şəxslərin hüquqları müzakirə edilmir.

Beləcə, çox təəssüf hissi ilə qeyd edirəm ki, regionda sülh və sabitlik erasına başlama şansımız olduğu bir vaxtda Fransanın və ABŞ-dəki ermənipərəst qüvvələrin atdığı addımlar separatçıların arxayınlaşması ilə nəticələnə bilər.

Azərbaycan onsuz da bu və ya digər şəkildə öz məqsədlərinə çatacaq və kimin nə deməsindən asılı olmayaraq biz haqq yolumuzdan dönməyəcəyik. 3 il əvvəl olduğu kimi, bu dəfə də zəfərdə yanımızda kimlərin olmasına baxacağıq. Regionda geosiyasi maraqları olan qüvvələr o halda maraqlarını qoruyacaqlar ki, proseslərdə obyektivlik nümayiş etsinlər.

Bakı Politoloqlar Klubunun sədri Zuar Məmmədov


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 851   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə

Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəz

4 oktyabr
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

4 oktyabr
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

4 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

3 oktyabr
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

4 oktyabr
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

3 oktyabr
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

4 oktyabr
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

3 oktyabr