Bakının B planı: Zəngəzur dəhlizinin açılması ləngisə...

Bakının B planı: Zəngəzur dəhlizinin açılması ləngisə...Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina etsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəsə, onda Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlıqlarına bağlamayacağıq və regional tərəfdaşlarımızla hərəkət etməyə davam edəcəyik", – deyib.

Maraqlıdır, H. Hacıyevin bu sözləri hansı mənaya gəlir? Rəsmi Bakı Zəngəzur dəhlizindən imtina edir?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Hikmət Hacıyev Azərbaycanın regional tərəfdaşları ilə hərəkət etməyə davam edəcəyini bildirib:

"Belə anlaşılır ki, Zəngəzur dəhlizinin açılması dalana dirənib və rəsmi Bakının bununla bağlı ümidləri azalıb. Ümumiyyətlə iki ölkə arasında sülh sazişi imzalanmayana və Ermənistan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər Zəngəzur dəhlizinin açılması çətindir. Zəngəzur dəhlizinin açılması ilə bağlı 3 ildir danışıqlar gedir, nəticə yoxdur.

Bakı-Tiflis-Qars dəmir yolu işlək vəziyyətdədir. Bu yol Zəngəzur dəhlizindən uzun olsa da, Bakı-Tiflis-Qars dəmiryolu ilə daşımalar ildən-ilə artır. Bunu Prezident İlham Əliyev iki gün əvvəl Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı da bildirib. Dövlət başçısının sözlərinə görə, Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tiflis-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona qədər artırılacağını qeyd edən dövlət başçısı bildirib ki, buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Yəni Zəngəzur dəhlizi olmadan da Çin, Mərkəz Asiya, Türkiyə və Avropa arasında körpü rolunu oynayan dəhlizimiz var".

Politoloq hesab edir ki, digər alternativ marşrut İranla bağlıdır:

"Keçən ilin mart ayında Azərbaycanla İran arasında memorandum imzalanıb. Həmin memoranduma görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantıların – dəmir və avtomobil yolunun İran üzərindən həyata keçirilməsi planlaşdırılıb. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədən keçəcək. Azərbaycan bütün xərcləri öz üzərinə götürüb. Bu memorandum rəsmi Bakının İrəvana əlavə təzyiq vasitəsidir, yəni "Zəngəzur dəhlizini açmasanız, dəhliz İran ərazisindən keçəcək və bununla Ermənistan oyundankənar vəziyyətdə qalacaq". Ancaq sonrakı aylarda İran Azərbaycanla münasibətləri gərginləşdirmək siyasətini seçdi və imzalanan memorandum arxa plana keçdi. Münasibətlərin normallaşması halında həmin memoranduma qayıdış mümkündür.

Bütün hallarda Ermənistan Zəngəzur dəhlizini açmasa, bu, Azərbaycan üçün böyük problem deyil, Bakı-Tiflis-Qars yolu ilə daşımaların həcmi artır, üstəgəl Türkiyə üzərindən Naxçıvana da əlavə xətt çəkiləcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 7825   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr