Qarabağdakı "seçkiləri"in kökü burdan qaynaqlanır... - Savelyev

Qarabağdakı "seçkiləri"in kökü burdan qaynaqlanır... - SavelyevSonxeber.az Rusiya Dövlət Dumasının təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, deputat Dmitri Savelyev Azərtac-a müsahibəsini təqdim edir:

- Dmitri İvanoviç, bu yaxınlarda RF XİN son vaxtlar Cənubi Qafqazın bu ölkəsində Rusiya tərəfində suallar doğuran silsilə hadisələrlə əlaqədar Ermənistanın səfirini çağırıb. Ermənistan, bu arada, çoxdandır ki, qonşularının səbir kasasını doldurub. Necə hesab edirsiniz, indi səbir kasasını dolduran son damla nə oldu?

- Cavab aydınıdır: Moskva İrəvanı həmişə özünün etibarlı müttəfiqi kimi qəbul edib. Məlum oldu ki, bu əminlik mahiyyətcə illüziyadır. Qərb bizim güzəştlərimizi və münaqişələrdən qaçmaq cəhdlərimizi zəiflik kimi qəbul edib, İrəvan isə özünün Moskva üçün əhəmiyyəti və vacibliyinə çox inanıb. Görünür ki, yaxşı münasibətlər rəsmi İrəvanda öz mövqelərinin yenilməz olması barədə əsası olmayan əminlik yaradıb. O dərəcədə ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, "dərin təhlil" aparmaq lazım gəlib. Hələ ki, Rusiya Ermənistanın hərəkətlərini birmənalı "dönüş" kimi qiymətləndirmir, amma artıq bu ölkənin Moskvanın Qafqazda etibarlı müttəfiqi olmasına dair şübhələr yaranıb. Məhz bu şübhələr İrəvanın əvvəlki əminliyi ilə ziddiyyət şəraitində və Qərblə sivilizasiya müharibəsi fonunda Ermənistanın davranışına belə diqqət cəlb edib.

- Lakin Ermənistandan soruşsan, yəqin ki, Qarabağ münaqişəsində Azərbaycanın tərəfində olmaqla, Rusiyanın "birinci başladığını" deyəcək.

-Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin də haqlı olaraq dediyi kimi, Ermənistan özü Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Amma bu etirafa baxmayaraq, biz aydın şəkildə görürük ki, İrəvan beynəlxalq hüquq çərçivəsində Azərbaycan tərəfi ilə konstruktiv müzakirələrdən ardıcıl şəkildə yayınır. Bu, mahiyyət etibarilə, son vaxtlar rəsmi İrəvana xas olan tipik strategiya – təxribatlar, humanitar məsələləri siyasiləşdirilməsi, öz öhdəliklərindən yayınma və s. hallardır. Qarabağda qondarma "prezident seçkiləri"nin də kökü burdan qaynaqlanır. Təbii ki, dünyanın heç bir ölkəsi bu "seçkiləri" tanımadı. Daha bir çox tipik örnək Ağdam yolunun açılması ilə bağlıdır. Ermənistan hər yerdə bağırır ki, Qarabağda erməniləri sıxışdırır, Laçın yolu ilə ərzaq daşınmasına və insanların gediş-gəlişinə əngəl yaradırlar, bu səbəbdən tibbi yardım göstərilməsi çətinləşib. Bununla yanaşı, Ağdamdan keçən digər nəqliyyat yolu analoji olaraq bağlanıb və bunu azərbaycanlılar etməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəflərin hamısının razı olduğu variant təklif edib: Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yükləri üçün Ağdam yolunu açmaq, bir sutka sonra isə Laçın yolunda hərəkəti bərpa etmək.

Lakin razılıq əldə edildikdən dərhal sonra Qarabağdakı qondarma rejim tərəfindən hər iki yolun paralel şəkildə açılması, Azərbaycan mallarının gətirilməməsi, Birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı hərbi cinayətlərdə ittiham olunan şəxsin (Vaqif Xaçatryanın-red.) təcili olaraq azad edilməsi üzrə əlavə şərtlər irəli sürülüb. Nəticədə, Laçın yolu açılmamış qalır. Elə bu yaxınlarda qəribə mənzərənin şahidi olduq: Rusiya Qırmızı Xaçının humanitar yükünü daşıyan Rusiya yük maşınına yoldan keçməyə imkan verilmədi. Son nəticədə, yük buraxıldı, amma Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin iki yük maşını hələ də gözləyir ki, aqressiv erməni radikalları Ermənistanın inandırmağa çalışdığı kimi, Qarabağın "aclıq çəkən" sakinlərinə yardım edilməsinə nə vaxt icazə verəcəklər.

- Sizin fikrinizcə, Rusiya bu şəraitdə nə etməlidir?

- Hələ ki, nəticə çıxarmaq tezdir. İndi söhbət rəsmi İrəvanın gərginliyin azaldılması üzrə işləmək istəməməsindən gedir. Eyni vaxtda iki stulda oturmağa Ermənistanın nə resursları, nə də siyasi çəkisi yetərli deyil. Çox ümid edirəm ki, sonunda sağlam məntiq qalib gələcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 865   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6300-ü keçib

Venesuela parlamentinin spikeri Xorxe Rodrigez iyunun 24-də baş verən zəlzələlərdə ölənlərin sayının 6301 nəfərə çatdığını bildirib. xəbər verir ki, 6462 nəfər xilas edilib. Hazırda xəstəxanalarda 73 mindən çox yaralı müalicə alır. 31.336 yaşayış binası yaşayış üçün yararlı hesab edilib. [hh4-unikal

11 avqust
.

İranın ABŞ-nin hücumları zamanı Şimali Koreyadan silah aldığı açıqlanıb

İran ABŞ ilə İsrailin hücumları zamanı Suriya və Şimali Koreyadan silah tədarük edib. "Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanının müavini, "Əbubəkr" ləqəbi ilə tanınan briqada general

9 avqust
.

Rusiya Ukraynaya növbəti zərbələr endirdi: ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə raket və PUA-larla hücumlarını davam etdirir. Son hücumlar nəticəsində yaşayış binalarına və mülki infrastruktura zərər dəyib, ölən və yaralananlar barədə məlumat verilib. "Reuters" xəbər verir ki, Rusiyanın son hücumlarından biri Xarkov şəhərind

10 avqust
.

Yaponiyada "üç səkkiz" təlaşı: Şanslı rəqəm günündə kütləvi nikahlar keçirilib

Ailə həyatına başlamaq üçün əlverişli günün qeyd edilməsi məqsədilə bütün Yaponiya ərazisində yeni evlənənlərin şərəfinə kollektiv tədbirlər və kütləvi nikah qeydiyyatları keçirilir. -ın xəbərinə görə, bu barədə "Kyodo" agentliyi məlumat verib. Məlumata görə, ajiotaj Yaponiyada şanslı rəqə

9 avqust
.

ABŞ Çinin texnologiya sektoruna qarşı yeni cəbhə açır: hədəfdə dronlar, robotlar və süni intellekt infrastrukturu

ABŞ administrasiyası Çin texnologiyalarının Amerika bazarına çıxışını məhdudlaşdırmaq üçün yeni addımlar atır. Vaşinqton xüsusilə dronlar, marşrutlaşdırıcılar, invertorlar, robotlar və məlumat mərkəzlərində istifadə olunan avadanlıqlar üzrə Çin şirkətlərindən asılılığı azaltmağa çalışır. Reuters-ə istinadə

10 avqust
.

Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb

Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib ki, ölkə terror təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, nazir bu barədə İğdır vilayətinə səfəri çərçivəsində çıxışı zamanı danışıb. O qeyd edib ki, 40 ildən artıqdır ölkənin inkişafı

9 avqust
.

Özü qolf oynadı, raketlər onu qorudu - Video

ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə "AN/TWQ-1 Avenger" yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "War Zone" portalı məlumat yayıb. Məlumata görə, son günlərdə sosia

11 avqust
.

İspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir

İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın

11 avqust
.

Çində tayfun təhlükəsi ilə 420 mindən çox insan təxliyə edilib

Çinin şərq bölgələrində güclü "Delfin" tayfununun yaxınlaşması ilə əlaqədar 420 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Məlumata görə, Çjetszyan əyalətinin Tayçjou şəhərində 390 mindən çox sakin müvəqqəti olara

9 avqust