Fransa müstəmləkəçiliyinin iflası

Fransa müstəmləkəçiliyinin iflasıMakronun dövlət başçısı olduğu müddətdə anti-fransız əhval-ruhiyyə pik həddə çatıb. Bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri minimuma endiriblər. Hətta, bu ölkələrdə Fransa televiziya kanallarının yayımı qadağan edilib. İndi isə Nigerdə və Qabonda hərbi çevrilişlər Fransaya növbəti zərbəni vurmaqdadır.

Ermənistana və Qarabağdakı bir ovuc erməni separatçıya başı qarışan Fransa, əvəzində on illərdir soyub taladığı, milyonlarla insanı sorğusuz-sualsız qətlə yetirdiyi keçmiş müstəmləkələri ilə vidalaşmaq üzrədir. Afrika qitəsi Fransadan, onu xatırladan hər şeydən sürətlə uzaqlaşmaq xəttini götürüb. "Qara qitə" fransız idarəçiliyinə, müstəmləkə siyasətinə son verməkdə israrlı görünür.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Nigeri itirmək Fransa üçün daha ağrılıdır

Fakt odur ki, bu uzaqlaşmada indiki prezident Emmanuel Makronun rolu əvəzsizdir. Uzun müddətdir ölkə daxilində yaşanan etirazlar indi sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə yayılıb. İfrat dərəcədə sərt siyasət, pozulan hüquqlar, müstəmləkəçi yanaşma etirazların dalğasını genişləndirib. Fransanın fəxrlə elan etdiyi frankomaniya ideyasının da artıq nifrət doğurduğunu demək mümkündür. Keçmiş müstəmləkələrdə "Fransa" dedikdə zorakılıq, insan hüquqlarının pozulması başa düşülür. Afrika ölkələrində bir-birinin ardınca etirazlar, qiyamlar, dövlət çevrilişləri də bunu təsdiqləyir. Məhz Makronun dövlət başçısı olduğu müddətdə anti-fransız əhval-ruhiyyə pik həddə çatıb.

Bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri minimuma endiriblər. Hətta, bu ölkələrdə Fransa televiziya kanallarının yayımı qadağan edilib. İndi isə Nigerdə və Qabonda hərbi çevrilişlər Fransaya növbəti zərbəni vurmaqdadır. Əsasən Paris üçün illər uzunu milyardlar qazandıran Niger indi yalnız Fransa hərbi kontingentinin ölkədən çıxıb getməsini istəyir. Nədən? Səbəbini də Makron bilməmiş deyil. Nigerlilər sadəcə yeridilən çirkin və iyrənc müstəmləkə və irqi-ayrıseçkilik, ölkənin sərvətlərinin talanması siyasətinə son qoymaq istəyirlər. Halbuki, Niger Makrona qədər Fransanı ən yaxın tərəfdaş ölkə sayırdı. İndi isə hərbçilər və onlara dəstək verənlər Fransanın ölkəni tərk etməsini istəyir. Fransanın Nigerdə təxminən min nəfərlik hərbi heyəti var. Nigerdə artıq fransız dili rəsmi dil statusundan məhrum edilib. Ölkə dünyada uran istehsalının həcminə görə yeddinci, Afrikada isə ikinci ölkədir. Fransa da urana ehtiyacı olan əsas Avropa ölkəsidir. Nigeri itirmək Fransa üçün daha ağrılıdır. Çünki Niger Avropa İttifaqını, o cümlədən Fransanı uranla təmin edən 3 ölkədən (digər ikisi Kanada və Qazaxıstandır) biridir. Fransada elektrik enerjisinin 75 faizi ölkədəki atom elektrik stansiyalarından əldə edilir.

"Fransa Nigeri öldürür"

E.Makron G20 ölkələrinin Hindistanda keçirilən son toplantısında hər kəsi şoka salan bəyanatı ilə gündəm olub. Bildirib ki, Nigeri tərk etmək fikrində deyillər. Ehtimallara görə, Fransa müdaxilə üçün onun tabeliyində olan, marionet Qərbi Afrika Ölkələri İqtisadi Birliyindən (ECOWAS) yararlana bilər. Bu qurumun hərbi heyəti var və 15 ölkə daxildir. Əgər hərbi müdaxilə baş verərsə, bu ölkəni daxili gərginliyə gətirib çıxara bilər.

Yeri gəlmişkən, demokratiyadan, insan hüquqlarından daim dəm vuran Makron Nigerdən qovulmuş, lakin imtiyazları və toxunulmazlığının ləğvinə rəğmən bu ölkəni tərk etmək istəməyən fransız səfiri Silvain İtteni "cəsarətli diplomat" adlandırıb. Nigerin baş naziri Əli Mahaman Lamine Zeyne Fransanın dövlət başçısının bu bəyanatını qəbuledilməz və onun ölkəsinə qarşı hörmətsizlik adlandırıb. Əlavə edib ki, İtte özünü diplomat kimi aparmayıb və ona təcili olaraq ölkəni tərk etməsi barədə xəbərdarlıq edilib. Hörmətsiz yanaşma paytaxt Niameydə minlərlə etirazçının aksiyasına səbəb olub. Aksiya iştirakçıları "Fransa Nigeri öldürür", "Biz müharibə istəmirik!", "Nigerə qarşı müharibə ədalətsizdir!" şüarları ilə yürüş ediblər. Nümayişçilər əllərində Nigeriya və Niger bayraqlarını daşıyıblar, Fransa bayrağını isə yerə atıblar. Aksiya iştirakçıları "Rədd ol, Fransa! Fransa, bizi rahat burax!", "Fransa bizim problemləri həll edə bilmədi, taleyimizi öz əlimizə götürməliyik" və bu kimi digər anti-fransız şüarlar səsləndiriblər. Onlar həmçinin Fransa qoşunlarının Nigerdən çıxarılmasını tələb ediblər. Nigerdəki fransız mövcudluğuna qarşı aksiyalar yeni deyil. Hələ bir il öncə - 2022-ci ilin sentyabr ayında yüzlərlə insan ölkənin parlamenti qarşısında Fransanın hərbi mövcudluğuna qarşı etiraz aksiyası keçirmişdi.

Qərb-Çin qarşıdurmasının nəticəsi?

Maraqlıdır ki, Nigerdə gərginlikdə beynəlxalq güclərin roluna gəldikdə, daha çox Çinin adı çəkilir. Bu, Qərblə Rusiya-Çin cütlüyünün mübarizəsinin göstəricisi sayılır. Pekin Afrikanın sahillərində hərbi bazalar yaratmaq niyyətindədir. Bir neçə il əvvəl onun Cibutidə hərbi baza yaratması buna örnək ola bilər. Çin 2018-ci ildə Afrika ölkələrinə 200 milyard dollarlıq sərmayə qoyub. Odur ki, Nigerdə baş verənləri Pekinlə Moskvanın birgə əməliyyatı da saymaq olar. Ehtimallara görə, Ukraynadakı hadisələrdən diqqəti yayındırmaq, yaxud şərtlərini qəbul etdirmək üçün Rusiya Afrikada ABŞ başda olmaqla Qərbin maraqlarına qarşı belə hadisələr törədə bilər. Qitə ölkələrinin bir çoxu vaxtı ilə SSRİ-nin nüfuz dairəsində olub. Bu isə həmin ölkələrdə vəziyyəti qarışdırmaq üçün Rusiyanın imkanlarının hələ də tükənmədiyini ehtimal etməyə əsas verir. İyulun 30-da Fransanın paytaxt Niamedəki səfirliyinin binası qarşısında keçirilən nümayişdə "Yaşasın Rusiya!", "Yaşasın Putin!", "Rədd olsun Fransa!" şüarlarının səslənməsi də təsadüfü deyil.

Fransaya qayıtsaq, Niger əldən çıxarsa, Paris başqa ölkədən uran idxal etmək məcburiyyətində qalacaq. Problem yalnız uranla da bağlı deyil. Fransanın Afrikada itirdiyi ölkələr Rusiya və Çinlə əməkdaşlığa üstünlük verirlər. Makronun Cənubi Qafqaz siyasəti bərbad olduğu kimi, Afrika siyasətinin də uğursuzluğa düçar olacağı şəksizdir. Afrikadakı yerdə qalan tərəfdaşlarını Nigerə qarşı sərt mövqe sərgilməyə məcbur etməyə çalışarsa, bu onun olan-qalan nüfuzunu heç edəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 618   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İnsan hüceyrələri meymunun bədənində işləməyə başladı: Alimlərdən qeyri-adi təcrübə

Yaponiyalı alimlər insan kök hüceyrələrindən yetişdirilən hipofiz toxumasını makaka meymununa köçürüblər. Əməliyyatdan sonra heyvanın qanında kortizol istehsalını tənzimləyən hormonların səviyyəsi artıb. xəbər verir ki, bu barədə Naqoya Universiteti məlumat yayıb. Təcrübədən əvvəl makakanın hipofiz vəz

4 oktyabr
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

4 oktyabr
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

4 oktyabr
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

4 oktyabr
.

Yaponiya adasında 8 nəfər dayvinq zamanı itkin düşüb

Tokionun Xatidzyo adası sahillərində dayvinqlə məşğul olan 8 nəfər itkin düşüb. "Report" xəbər verir ki, bu barədə Yaponiya mediası Sahil mühafizəsinə istinadən məlumat yayıb. "Dayvinqlə məşğul olan 8 nəfər səhər saat 11 radələrində suya dalmağa başlayıb, onların saat 18:00 radələrind

3 oktyabr
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

4 oktyabr
.

Məşhur rusiyalı bloqerin Türkiyədə faciəli ölümü: Təqsirkara hökm oxundu

Məşhur rusiyalı bloqer Tatyana Ozolinanın ölümündə təqsirli bilinən türkiyəli bayker Onur Obut təxminən üç ilə qədər həbs cəzasına məhkum edilib. -ın xəbərinə görə, bu barədə mərhumun keçmiş əri Stanislav Fedorçenko sosial şəbəkə hesabında məlumat verib. "Məhkəmə onu təqsirli bildi və 2 il 11 a

3 oktyabr
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

4 oktyabr
.

Putindən Kadırovla bağlı mühüm tapşırıq - Video

"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki

3 oktyabr