Ermənistan KİV: "Biz dövlətimiz olduğunu imitasiya edirik"
"Əslində biz suveren dövlət deyilik, dövlət olduğunu imitasiya edirik".
Bu barədə "Hraparak"da yayılan "Dövlətin imitasiyası" adlı məqalədə bildirilib.
Məqalə müəllifinin yazdığına görə, Ermənistanın himni, gerbi, bayrağı, milli dram teatrı, bir çox ölkədə səfirliyi, hökuməti, parlamenti və onun müxtəlif ölkələrdə səfir və rəsmi nümayəndələrini qəbul edən, hansısa sənədləri imzalayan, tədbirlər keçirən üzvləri olduğu ironik şəkildə vurğulanıb.
Bildirilib ki, Ermənistanın özünümüdafiə üçün resursu yoxdur: "Yeganə ümidiniz qonşu dövlətlərin hazırda onların maraqlarına uyğun olmadığı üçün sizə hücum etməkdən çəkinməsidir. Deməli, siz mahiyyətcə heç bir dövlət deyilsiniz".
Müəllif Ermənistan hakimiyyətinin indiki çaşqın mövqeyini belə xarakterizə edib: "Əgər siz üzünüzü Qərbə tutaraq siyasət yürütməyə cəhd göstərib Şimaldan sarı vərəqə aldıqdan sonra ona çaşqıncasına məktub yazır, onu heç bir anti-Rusiya addımı atmadığınıza inandırmaq istəyirsinizsə, artıq siz dövləti məhv etmisiniz".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ona məktub yazdığını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1175 Tarix: 17 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Moldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
3 oktyabrAlmaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B
2 oktyabrRusiyada epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində ağciyər taunu şübhəsi ilə vəfat edən qadınla təmasda olmuş azı 197 nəfər müəyyən edilib. -ya istinadən xəbər verir ki, onlardan 189-u müşahidə və profilaktik tədbirlər məqsədilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, həmin şəxslərdən 114-ü bir xəstəxanada, 63-ü digə
4 oktyabrİstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
4 oktyabrOman sahillərində xam neft tankeri naməlum mərmi ilə vurulub, UKMTO bildirib
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) şənbə günü səhər saatlarında bildirib ki, xam neft tankerinin kapitanı Omanın dörd dəniz mili şərqində naməlum mərmi ilə vurulub. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO, bütün ekipaj üzvlərinin təhlükəsiz olduğunu və hazırda ətraf mühit
3 oktyabrTramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
4 oktyabr