Ramzan Kadırov hazırda haradadır?
Məlum olduğu kimi, son günlər sosial şəbəkələrdə və teleqram kanallarında Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin qəfil pisləşməsi və hətta dünyasını dəyişməsi barədə məlumatlar yayılıb. Dünən isə Kadırov öz teleqram kanalında video paylaşaraq sözügedən məlumatları təkzib edib. Videonun Qroznı şəhərində çəkildiyi bildirilir.
"Qafqazinfo" xəbər verir ki, Rusiyanın "Вёрстка" nəşri isə Kadırovun hazırda Moskvada olduğunu iddia edib.
Nəşrin məlumatına görə, Kadırova məxsus təyyarə sentyabrın əvvəlindən 3 dəfə Moskvaya uçuş həyata keçirib: "Böyük ehtimalla, Çeçenistan rəhbəri hazırda Moskvadadır. "RA-73417" nömrəli təyyarə sentyabrın 6 və 9-u Moskvada yerə enib. Sonuncu dəfə isə təyyarə Qroznıdan Moskva istiqamətində sentyabrın 15-i uçub və həmin tarixdən bu günə qədər Çeçenistana qayıtmayıb".
Qeyd olunur ki, son zamanlar mediada Kadırovun səhhətinin pisləşməsi və onun Moskvada Mərkəzi Klinik Xəstəxanada müalicə alması barədə yayılan məlumatlar fonunda təyyarənin hərəkəti maraq doğurub. Rusiyanın bəzi teleqram kanallarında yayılan məlumata görə isə, sentyabrın 17-si səhər saatlarından Mərkəzi Klinik Xəstəxanaya çeçen dövlət nömrə nişanlı avtomobillər gəlir və onlar əraziyə yoxlanılmadan buraxılır. Məlumat rəsmi olaraq təsdiq olunmayıb.
Xatırladaq ki, ilin əvvəlindən mediada 46 yaşlı Ramzan Kadırovun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılır. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi iddia edilsə də, Kadırov bu barədə məlumatları təkzib edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3216 Tarix: 18 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
4 oktyabrPutindən Kadırovla bağlı mühüm tapşırıq - Video
"Rosqvardiya"nın direktoru Viktor Zolotov Çeçenistan rəhbəri Ramzan Kadırova ordu generalı poqonlarını və tünd qırmızı beretini təqdim edib. -ın xəbərinə görə, bu barədə TASS məlumat verib. Zolotov bildirib ki, Kadırovu Vladimir Putin vəzifəyə yüksəldib. Ona - Zolotova tapşırıq verilib ki
3 oktyabr"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
4 oktyabrMoldovanın hava məkanı PUA-larla pozulub
Moldovanın milli hava məkanının monitorinq sistemi 5 dronun uçuşunu qeydə alıb. "Report" xəbər verir ki, bu barədə "Newsmaker" ölkənin Müdafiə Nazirliyinin məlumatına istinadən yazıb. Dronlar Aneniy-Noy, Ştefan-Vode, Hinçesti, Tudora və Kauşanı yaşayış məntəqələrinin yaxınlığınd
3 oktyabrMoskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
4 oktyabr"Forsaj" serial olacaq
"Peacock" platforması məşhur "Forsaj" film franşizası əsasında serial hazırlanacağını açıqlayıb. Axşam.az xəbər verir ki, ekran işinin ulduzu Vin Dizel serialın icraçı prodüseri olacaq. Onun layihədə aktyor kimi rol alıb-almayacağı isə hələ məlum deyil. Serialın premyerasının 2028-c
2 oktyabrAlmaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabr